Xiaomi Smart saatlar sərfəli qiymətlərlə Bakida • MAXI.AZ

Xiaomi Smart saatlar Bu kateqoriyada hal hazırda 22 məhsul var

Xiaomi ağıllı saatları

Smart saatlar və fitness bilərziklər bazarında ən mühüm liderlərdən biri Xiaomi şirkətidir. Xiaomi smart saatları – bütün smartfon istifadəçiləri üçün köməkçi cihazlardır, bir çox iş və idman proseslərini asanlaşdırır. Xiaomi qol saatı ürək ritmini, yuxu fazalarını nəzarətdə saxlayır, bildirişləri göstərir, müxtəlif idman rejimlərini dəstəkləyir. Daha bahalı və funksional ağıllı saat modellərində dinamik və mikrofon mövcuddur, danışıqlar və media faylların səsləndirilməsi mümkün olur.

Xiaomi ağıllı saatlarının kateqoriyaları

Standart modellər

Standart modellər - müxtəlif funksiyalar dəsti olan adi cihazlardır. Saat smartfonuzu cibinizdən və ya çantanızdan çıxarmadan uzaqdan idarə etməyə malikdir. Bu növ saat ilə gələn sms-ləri yoxlamaq, musiqini idarə etmək, zənglərə cavab vermək və digər əməliyyatları həyata keçirmək olar. Funksiyaların sayı cihazın qiymətindən asılı olaraq dəyişir. Qiymət nə qədər yüksək olarsa, smart saat o qədər çox opsiyaları dəstəkləyir.

Fitnes – bilərziklər

Fitnes-bilərzikləri də smart saatlara aid etmək olar, lakin burada daha az sayda funksiya dəstəklənir. Bu qadcetlər idmançılar, aktiv həyat tərzini keçirən insanlar və ahıllar üçün uyğun olan faydalı aksesuardır, çünki bilərzik ilk növbədə səhhət göstəricilərinə (nəbz, fiziki aktivlik, addımların, kalorilərin sayı, və digər) nəzarət edir.

Uşaqlar üçün smart-saatlar

Bu kateqoriyaya aid olan cihazlarda uşaqların yerini təyin edən GPS-treker mövcuddur. Bundan əlavə, saat təhlükə düyməsi ilə təchiz edilmişdir, düyməni sıxan kimi təyin olunmuş telefon nömrəsinə avtomatik olaraq zəng olunur. Bu növ saatlar valideynlərin uşaqları üçün tam rahat və sakit olmasına kömək edir.

Xiaomi ağıllı saatlarının əsas xüsusiyyətləri

Korpus və kəmər

Digər geyilən aksesuar kimi, ağıllı saat da hər zaman gözə görünür. Bu səbəbdən onun dizaynına böyük diqqət yetirilir. Müxtəlif rənglərdə və materiallarda, çıxarıla bilən kəmərli modellər mövcuddur. Xiaomi smart saatları arasında qadınlar və kişilər üçün ayrı-ayrı seriyalar da istehsal olunur.

Bəzi Xiaomi cihazları nəm və tozdan qorunmaya malik olur, saat ilə qısa müddətə suya girmək mümkündür.

Displey

Xiaomi ağıllı saatların istehsalında IPS, OLED və ya Super AMOLED ekranlarından istifadə edilir. Ekranlar keyfiyyətli rəng ötürülməsi, kontrastlıq və geniş baxış bucağına malikdir. 

Texniki xüsusiyyətləri

Bütün Xiaomi smart saatları uzun müddətli avtonom iş və yüksək məhsuldarlığa malikdir. Nəbz, ürək ritmi, hərəkətləri ölçən, işıqlandırma səviyyəsi, yerləşmə və bir çox digər amilləri göstərən sensorlar quraşdırılır.

Mi Watch

Bu saat modeli aktiv həyat tərzi keçirən istifadəçilər üçün uyğundur. Saat həmçinin səhhətinə nəzarət edən ahıl insanlar üçün də faydalıdır. Cihaz 1,39" düym, keyfiyyətli OLED displey ilə təchiz edilmişdir. Modelin köməkliyi ilə aşağıdakı göstəricilərə nəzarət etmək olar:

  • addımlar;
  • kalorilər;
  • yuxu;
  • nəbz;
  • qanda oksigenin səviyyəsi;
  • stress;
  • gün ərzində fiziki aktivlik.

Bu model ilə zəngləri qəbul etmək və musiqiyə qulaq asmaq mümkün deyil.

Xiaomi Mi Band 7

Cihaz 1,62 düym OLED matrisli ekrana malikdir. Ekran cızıqlara qarşı davamlı şüşə ilə qorunur. Barmaq izlərinin təmizlənməsini asanlaşdıran oleofob (yağ itələyici) örtüyü var. Mi Fitness tətbiqi daha rahat şəkildə istifadə etməkdə kömək edir. Saatın köməkliyi ilə yuxu keyfiyyətini, müxtəlif məşq növlərini, kaloriləri izləmək mümkündür. Aktiv şəkildə istifadə edildikdə ağıllı cihaz 9 saata qədər, orta istifadədə isə - 14 saata qədər işləyə bilər.

Xiaomi Watch S1 Active

Xiaomi Watch S1 Active – idmançılar və aktiv və sağlam həyat tərzini keçirən insanlar üçün uyğundur. Saat kifayət qədər böyük ölçüdədir, davamlı koprusa malikdir. Xiaomi Watch C1 Active 1,43 düym, 60Hz yenilənmə tezliyinə malik AMOLED ekran ilə təchiz edilmişdir. Həmçinin onu da qeyd edək ki, qadcet suya davamlıdır (5-ci səviyyəli ATM).

Smart saat giroskop, akselerometr, PPG biosensor, kompas, işıqlandırma sensoru, və digər göstəricilərlə təchiz olunmuşdur. Saat ilə zəngləri də qəbul etmək mümkündür. Yeri dəqiqliklə təyin edən iki diapazonlu GPS mövcuddur. Bundan əlavə, NFC, Wi-Fi, səs köməkçisi Alexa da dəstəklənir. Mi Fitness tətbiqinin köməkliyi ilə 200-dən artıq siferblat növü, 100-dən artıq idman rejimlərini və s. yükləmək mümkündür.  

Maxi.az-da alış – hər zaman sürətli, etibarlı və sərfəlidir!

İstədiyiniz Xiaomi ağıllı saat modelini Maxi.az onlayn mağazada seçib, ən sərfəli qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml