Samsung smart saat Bakıda kreditlə satışı • MAXI.AZ-da qiymətlər

Smart saatlar Bu kateqoriyada hal hazırda 23 məhsul var

Samsung Watch

Ağıllı saat demək olar ki, smartfon qədər zəruri bir aksesuara çevrilmişdir. Ağıllı saatın köməkliyi ilə zənglərə cavab, sms-lərin idarə etmək, səhhətə nəzarət etmək olar, bundan əlavə cihaz daha bir çox digər sahələrdə köməklik edə bilər.  

Samsung brendi – gözəl və dəbli dizayna malik çoxfunksiyalı smart-saatların istehsalçısıdır. Smart Watch Samsung modelləri növbəti seriyalara bölünür: Galaxy Watch; Galaxy Fit; Smart Charm; Gear. Galaxy Watch seriyasının ən actual cihazlarına nəzər yetirək.

Galaxy Smart Watch 3

2020-ci ildə satışa çıxan Galaxy Watch 3 modeli indiki zamana qədər aktual və istifadə olunandır. Galaxy Watch Android və IOS cihazları ilə işləyir. Saat iki ölçüdə istehsal olunmuşdur - 41 və 45 mm. Saatda iki nüvəli prosesor, və həmçinin parlaq Super AMOLED ekran quraşdırılmışdır. Cihaz su keçirməzdir, 50 m dərinliyinə qədər davamlı qalır.

Galaxy Watch 3 saatında Bluetooth, Wi-Fi, Samsung Pay ödəniş sistemli NFC, və həmçinin GPS dəstəklənir. Ekran Corning DX şüşəsi ilə örtülmüşdür, saatı cızıq və zərbələrdən qoruyur. Saat nəbzi ölçə, idman rejimlərinə və yuxuya nəzarət edə bilər. Galaxy Watch 3 uzun müddətli avtonom işə malikdir, 1-3 gündə bir dəfə şarj olunması kifayət edir.

Samsung Galaxy Watch4 və Watch4 Classic

Galaxy Watch4 modelləri 2 növə bölünür - Galaxy Watch4 və Galaxy Watch4 Classic. Watch4 modelində fırlanan bezel mövcud deyil, yalnız düymələr var və bu, iki modeli fərqləndirən təkcə məqamdır. Modellərin hər ikisi iki ölçüdə istehsal edilmişdir – 40 və 44 mm Watch4 üçün və 46 və 42 mm Watch4 Classic üçün. Həmçinin akkumulyatorları da fərqlənir.

Watch4 Classic sağ tərəfində yerləşən iki düymə ilə təchiz edilmişdir, bezeli mövcuddur. Watch4 saatın düymələri korpus daxilində yerləşir, çıxıntısı yoxdur. Bu modeldə bezel mövcud deyil. Hər iki model 20 mm silikon kəmərlə təchiz edilmişdir, kəmərləri xüsusi millər köməkliyi ilə dəyişmək mümkündür. Hər iki modelin korpusları poladdan, ön səthi şüşə və plastikdən istehsal edilmişdir. Korpus MIL-STD-810G standartına uyğun zərbələrə davamlıdır. 5 atm sudan qorunmaya malikdir, saatla üzmək mümkündür. 

Saat yuvarlaq yastı ekran ilə təchiz olunmuşdur, ekran 450×450 və 396×396 imkanına malikdir. Watch4 displeyi oleofob (yağ əleyhinə) örtük ilə qorunur, barmaq izləri daha rahat və tez silinir. Həmçinin şüşənin cızıqlara qarşı davamlı olduğunu da qeyd etmək olar.

Galaxy Watch 5

Galaxy Watch 5 modeli bir çox cəhətdən Galaxy Watch 4 saatını xatırladır: ölçülər (40 və 44), prosesor, yaddaş həcmi, suya davamlılıq, NFC, GPS, LTE dəstəyi, və həmçinin nəbzə nəzarət, kardioqramma, və hətta bədən tərkibinin analizi də mövcuddur. Yeni cəhətlərdən temperaturun infraqırmızı göstəricisi və Google Assistant qeyd etmək olar.

Watch 5 modelində yeni siferblat növlərinin quraşdırılması imkanı var. Onları Play Market-dən yükləmək olar. Bunun üçün bir neçə sadə addım kifayətdir: aksesuarı smartfona qoşmaq, interneti açmaq, Play Store keçib orada istənilən siferblat növlərini seçmək.

Saat yenilənmiş interfeysə malikdir, bir menyuda yerləşən bir neçə tam yeni funksiyaları mövcuddur. Həmçinin yaxşılaşdırılmış görüntü, daha kontrastlı hərflər və rəqəmlər, rəngli filtrlər müşahidə olunur. Galaxy Watch 5 köməkliyi ilə naqilsiz qulaqlıqların parametrlərini ayarlamaq - hər qulaqlıq arasında səs balansını tənzimləmək mümkündür. Hətta klik dövrünü də fərdiləşdirmək olar.

Galaxy Watch 5 saatının avtonom iş müddəti Watch 4 ilə müqayisədə daha uzundur. Sürətli enerji toplama dəstəklənir, 2 saat ərzində 100% dolur.  

Maxi.az-da alış

Samsung ağıllı saatlarından istənilən modeli Maxi.az onlayn mağazasından seçib ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Samsung ağıllı saatlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml