Elektron kitablar: MAXI.AZ internet mağazasından almaq

Elektron kitablar Bu kateqoriyada hal hazırda 0 məhsul var

PocketBook elektron kitabları

Elektron kitablar kağız sələfinə layiqli alternativdir. Bu cihazı istənilən yerlərə daşımaq, onun köməkliyi ilə sevimli əsərləri yolda, evdə, ümumiyyətlə hər yerdə oxumaq olar. PocketBook International S.A. dünya üzrə tanınmış E-Ink texnologiyası üzərində əsaslanan elektron kitabları istehsalçısıdır.

Bəs kitabların məzmununu cihazda necə görə bilirik? Elektron mürəkkəb və kağız texnologiyası sayəsində məlumat displey üzərində əks edilir. Bu texnologiya E Ink Corporation şirkəti tərəfindən icad edilmişdir. Displey üzərində mikro hüceyrələr və müxtəlif cərəyan şiddətli qara və ağ piqmentlər mövcuddur. Hüceyrələrə elektrik cərəyan yönəldilir və piqmentlər hərəkətə başlayır (biriləri yuxarı qalxır, digərləri aşağı enir). Nəticədə oxucu hətta elektrik qidalanma söndükdə belə şəkil və ya mətni ekran üzərində görə bilir. Bu texnologiya cihazın enerjisinə o dərəcədə qənaət edir ki, elektron kitablar bir neçə həftədən bir neçə ayadək enerji toplamadan işləyə bilər.

PocketBook brendindən elektron kitablar

Maxi.az mağazalar şəbəkəsi və onlayn mağazasından keyfiyyətli PocketBook elektron kitablarını əldə etmək olar. Ən populyar mövcud modellərdən bir neçəsinə nəzər yetirək.

PocketBook 617

Bookreader PocketBook 617 yuvarlaq kənarlı düzbucaq korpusa malikdir. Model qara və ağ rənglərdə istehsal edilir. Cihazın çəkisi çox yüngüldür, cəmi 155 qram təşkil edir. Həmçinin 16x10 sm təşkil edən yığcam ölçüləri də qeyd etmək olar, belə ki, kitabı asanlıqla cibə yerləşdirmək mümkündür.

Kitabın plastik korpusu soft-touch örtük ilə təchiz olunmuşdur. Model düymələr ilə idarə edilir, ekran sensorlu deyil. Dörd düymə üz tərəfində yerləşir: mərkəzi, sola-sağa keçirən və mərkəzi düyməni əhatə edən dördlü halqa düymə. Qısa və uzun müddətli sıxma funksiyası mövcuddur. Cihazın aşağı hissəsində microUSB üçün giriş, microSD üçün slot və kitabın qoşulma/söndürülmə düyməsi yerləşir. Həmin düymə işıqlandırma ilə təchiz olunmuşdur.

PocketBook 628

PocketBook 628 modeli iki rəngdə istehsal olunmuşdur – qara və qırmızı. Kitab yığcam ölçülərə malikdir, cibdə də daşına bilər.

PocketBook 628 elektron kitabı düymələr və sensor ekran üzərindən idarə etməyə imkan var. Düymələr tənzimlənə bilər – qısa və uzun müddətli sıxmanı təyin etmək mümkündür. Koprusu toxunuşda xoş olan və çirklənmədən asanlıqla təmizlənən plastik ilə örtülmüşdür. Ekran ön panelə bir qədər girintilidir, beləliklə, yerə düşmə halında, zədələrdən qorunur.

PocketBook 628 istənilən rahat rəng temperaturuna uyğun işıqlandırma ilə təchiz olunmuşdur. Axşamlar, xüsusilə yuxudan əvvəl kitab oxuduqda, isti temperaturlu rənglərdən istifadə etmək tövsiyə olunur. Sensorlu ekran şəkil və ya yazıları böyütmək və ya kiçiltməyə imkan verir.

Ekranın iş səhifəsindən son açılmış kitabları görmək, kitabxanaya, qeydlərə, kitab dükanına, əsas menyuya keçmək olur. Əsas menyuda oyunlar, rəsm, qeydlər, təqvim, kalkulyator, fotoalbom işarələri və s. mövcuddur. Kitab 20 oxu formatını dəstəkləyir: PDF, PDF (DRM), EPUB, EPUB (DRM), DJVU, FB2, FB2.ZIP, DOC, DOCX, RTF, PRC, TCR, TXT, CHM, HTM, HTML, MOBI, ACSM, CBR və CBZ.

Orta istifadə ilə, bir şarj 1,5-dan 2 aya qədər kifayətdir.

PocketBook 740

Pocketbook 740 elektron kitab rahat erqonomikaya malik nazık plastik korpus ilə təchiz olunmuşdur. Cihazda sensorlu ekran və həmçinin düymələr mövcuddur. Kitabın aşağı hissəsində qoşulma düyməsi, ona yaxın isə microSD və microUSB girişləri yerləşir.

Pocketbook 740 elektron kitabında istifadəçi şrift ölçüsünü, girintilər və hətta sətir aralığını tənzimləyə bilər. Kitabda 26 növ şrift seçmək olar. Böyük ekran sayəsində istifadəçi daha rahat oxuya bilir. Pocketbook 740 elektron kitab opsiyaları, rəng temperaturu, parlaqlığı tənzimlənən işıqlandırma ilə təchiz olunmuşdur.

Kitabxanadan istifadə etmək, əsərləri müəlliflər, janrlara görə çeşidləmək çox rahatdır. Sevimli kitabları seçilmişlərə əlavə etmək olar.

Pocketbook 740 elektron kitabın əsas üstünlükləri: böyük ekran, rahat kitabxanası, bütün oxu formatlarının dəstəklənməsi, şriftlərin geniş seçimidir.

PocketBook 970

Bookreader PocketBook 970 tərzli və səliqəli görünüşə malik qara korpus ilə təchiz olunmuşdur. Kitabın ön hissəsi metal, arxa paneli üzərində qabarıq PocketBook yazılı teksturalı büzməli plastik ilə örtülmüşdür. İdarəetmə düymələri (qoşulma/söndürülmə/menyu, səhifələrin çevrilməsi və çıxış/geri) uzun formaya malikdir və sol tərəfdə yerləşirlər. Aşağı hissədə yerləşən USB girişi kitabın şarj olunması və faylların ötürülməsinə xidmət edir.

PocketBook 970 firma örtüklü Linux proqramı ilə işləyir. Həssas interfeys üzərində dəbli işarələr yerləşir, rahat şrift və quraşdırılmış elektron kitablar mağazası da mövcuddur. Elektron kitab PocketBook 970 dəqiq və sürətlə işləyir. PDF, PDF (DRM), EPUB, EPUB (DRM), DJVU, FB2, FB2.ZIP, DOC, DOCX, RTF, PRC, TCR, TXT, CHM, HTM, HTML, MOBI və ACSM formatları dəstəklənir. Send-to-PocketBook funksiyası mövcuddur – kitabın mail ilə göndərilməsi. Müxtəlif oxuma rejimləri, şriftin böyütmə və ya kiçiltməsi, şəkil və mətnin uzaqlaşma və ya yaxınlaşdırılması mövcuddur. Lüğətlər, internetdə axtarışlardan istifadə etmək, hətta sadə oyunları oynamaq mümkündür.

Kitab həm sağ həm də solaxaylar üçün uyğundur. Düymələr sol tərəfdə yerləşsə də, PocketBook 970 çevirdikdə, düymələr sağ tərəfə keçir. Kitabdan üfüqi vəziyyətdə də istifadə etmək mümkündür.

Elektron kitab PocketBook 970 9,7 diaqonalı olan və 1200x825 piksel imkanlı E Ink Carta sensorlu ekran ilə təchiz edilmişdir. Bu imkanlar sayəsində biz aydın və detallı görüntünü seyr edə bilirik. SMARTlight texnologiyası ekranı soyuq və ya isti tonlarda işıqlandırma ilə təchiz edir.

PocketBook 970 bir dəfə enerji topladıqda bir aya qədər fasiləsiz işləyə bilər.

Maxi.az-da alış

Bütün kitab sevənləri Maxi.az internet mağazasında PocketBook elektron kitablarının istənilən modelini seçib ən optimal qiymətə əldə etməyə dəvət edirik. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. PocketBook elektron kitabları həmçinin Maxi.az mağazalarından da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml