inqalyatorlar: MAXI.AZ internet mağazasından almaq

İnqalyatorlar Bu kateqoriyada hal hazırda 3 məhsul var

İnqalyatorlar və nebulayzerlər

Tənəffüs yollarının müalicəsi və soyuqdəymə zamanı inqalyatordan istifadə edilir. İnqalyatorların satışda olan növləri və cihazların düzgün seçimi barədə daha ətraflı məlumatlara nəzər yetirək.

İnqalyator və nebulayzerin fərqi nədədir

İnqalyatorlar dörd növə bölünür. Onlardan ən sadəsi – buxarlı inqalyatordur. Cihaz dərman vasitəsini inqalyasiya edilən buxara çevirir. Digər növlər daha mürəkkəb qurğuya malikdir və “nebulayzer” adlandırılır. Nebulayzerlər dərman vasitələrini incəsəpələnən aerozola çevirir. Nebulayzerlər kompressorlu, ultrasəsli və meş-nebulayzerlərə bölünür.

Buxarlı inqalyator

Buxarlı inqalyator növü yüksək temperaturdan istifadə edərək dərman vasitəsini qızdırır və buxarlandırır. Bu növ buxar yuxarı tənəffüs yollarına daxil ola bilən iri hissəciklərdən ibarətdir. Bu səbəbdən buxarlı inqalyator ağız və burun boşluqlarının (udlağın ağız hissəsi) müalicəsində istifadə edilir. Buxar cihazları yüngül müalicəvi təsir göstərir, çünki səpələnən vasitələrin sıxlığı az olur. Həmçinin onu da qeyd etmək olar ki, inqalyatorlarda seçilmiş vasitələrdən istifadə edilə bilər. Burada efir yağları, düzlü maddələr və ya mineral sudan istifadə oluna bilər.

Nebulayzerlər

Kompressorlu nebulayzer

Kompressor tipli nebulayzer dərman vasitəli boşluğa təzyiqi altında havanı daxil edir və aerozol yaradır. Bu növ cihazlar öskürək və zökəm zamanı kömək edir. Kompressorlu nebulayzerlər yalnız ev şəraitində istifadə üçün nəzərdə tutulmuşdur, çünki böyük ölçülərə malikdir və yer tutur. Bu cihaz ilə vasitə seçimində heç bir məhdudiyyət yoxdur, istənilən dərmanlardan istifadə oluna bilər.

Ultrasəsli nebulayzerlər

Ultrasəs tipli nebulayzer pyezoelementin dərman vasitəsi üzərində vibrasiyasından istifadə edərək aerozol yaradır. Ultrasəsli cihazlar yığcam ölçülərə malikdir, səssiz işləyir və asanlıqla daşınırlar. Səssiz olduqları sayəsində balaca uşaqlar üçün də (hətta yuxu zamanı) inqalyasiya edilə bilər. Lakin bu növ nebulayzerlərdə antibiotik, hormonlar, mukolitik vasitələrdən istifadə etmək olmaz, çünki həmin vasitələr parçalanır və yüksək temperatur təsiri altında müalicəvi xüsusiyyətlərini itirir. Ultrasəs tipli nebulayzerlər ilə duzlu maddə, mineral su, bitki ekstraklar əsaslı vasitələr istifadəsi ilə inqalyasiya etmək olar.

Meş-inqalyatorlar

Meş-inqalyatorlarda (ingilis dilində mesh «tor» deməkdir) xırda torlu membran istifadə olunur – dərman vasitələri həmin tordan keçir və nəticədə aerozol yaranır. Bu növ nebulayzerlər allergiya və astma xəstələri üçün uyğundur.

Burada geniş diapazonlu dərman vasitələri istifadə edilə bilər. İnqalyasiyalar isə istənilən yerdə həyata keçirilə bilər, çünki cihaz akkumulyator ilə işləyir, asanlıqla daşınıla bilər. Meş-inqalyatorlar digər inqalyator növlərindən baha qiymətə satılır.

Nebulayzer hansı hissələrdən ibarətdir

Nebulayzerin əsas hissəsi təhlükəsiz plastikdən istehsal edilmiş kiçik bir blokdur. Onun əsas vəzifəsi dərmanlı maddəni incəsəpələnən buxara çevirməkdir. Elastik silikon şlanq ona birləşdirilir, şlanqa isə burun və boğaz üçün nəzərdə tutulmuş müxtəlif başlıqlar bərkidilir. Bəzi inqalyatorlarda nəfəs vermə zamanı dərman vasitəsinin dayandırılması üçün klapan mövcuddur. Bu funksiya dərman vasitəsinə qənaət etməkdə kömək edir.

İnqalyatoru necə düzgün seçməli

Həkimin təyin etdiyi dəqiq dozada vasitələrdən istifadə edərkən, nəfəs ilə sinxron işləyən nebulayzer seçmək düzgün olar. Yani cihaz vasitəni nəfəs alma zamanı verir və dozaya dəqiqliklə riayət edir. Bu məqsədlə yüksək inqalyasiya sürəti olan kompressor tipli cihazlar seçilməlidir.

Uzun müddətli müalicə (məsələn, ağır xəstələr üçün) prosedurlarında böyük həcmli kamera və güclü kompressorlu cihazlar seçilməlidir.

Körpə uşaqlar üçün səssiz modellərə üstünlük verilməlidir. Burada ən səssiz cihazlar – ultrasəsli nebulayzerlərdir. Səssizliyi pozmayan meş-nebulayzerlər də uyğundur. Uşaqlar üçün oyuncaq şəklində və ya üzərində müxtəlif rəsmlər olan kopressor tipli inqalyatorlar satışda mövcuddur.

Meş-texnologiyalı nebulayzerlər hər zaman əl altında olan cihaz kimi seçilməyə ən yaxşı növdür.

Cihazın seçimi zamanı dərman vasitəsinin kamera daxilində lazımlı qədər həcminə diqqət yetirmək vacibdir. Həcm nə qədər kiçik olsa, vasitənin istifadəsi o qədər qənaətli olacaq.

Maxi.az-da alış

Maxi.az internet mağazasında istənilən növ inqalyatorları seçib ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml