Yüksək təzyiqlə yuyan maşınlar: MAXI.AZ internet mağazasından almaq

Yüksək təzyiqlə yuyan maşınlar Bu kateqoriyada hal hazırda 3 məhsul var

Yüksək təzyiqlə yuyan cihaz Karcher

Yüksək təzyiqlə yuyan cihaz avtomobil sevənlər üçün əsl hədiyyədir. Keyfiyyətli cihaz seçimində aparatın gücü və ona qoşula bilən aksesuarların sayı vacib məqamlardır. Nə qədər çox olsa iş o qədər rahat olar.

Düzgün seçim etmək üçün yuyan cihazdan hansı sahədə istifadə ediləcəyini təyin etmək lazımdır. Avtomobilin yuyulmasında adətən iki və üç fazalı yuyan aparat seçilir. Bu növ cihaz ilə avtomobil örtüyünün orijinal səthini uzun müddət ilkin halda qoruyur və yuyulma müddəti azalır.

Karcher yuyan cihazları qiymət və keyfiyyət uyğunluğuna malikdir. Brendə məxsus məhsullar sırasında К2 və К3 sadə modellərdən başlayan və ən güclü K7 qədər məhsul mövcuddur.

Ən populyar modellərə nəzər yetirək.

Karcher K3

Karcher K3 yuyan cihazlar arasında büdcəli modellərdən biridir, 120 bara qədər təzyiqi təmin edir, və bu göstərici onun qiymət seqmentində kifayət qədər yüksək hesab edilir. Aparatın gücü 1600 Vt təşkil edir. Karcher K3 suya qənaət edən cihazdır – cəmi 380 l/s sərf edir.

Dəstinə bu başlıqlar daxildir: avtomobili yumaq, yuyucu vasitə və suyu qarışdırmaq və çıxış təzyiqinə nəzarət üçün Vario Power, çətin çirklənmələri təmizləmək üçün freza başlığı. Freza başlığı ilə avtomobili yumaq tövsiyyə edilmir, çünki səthini zədələyə bilər.

Yuyan cihaz əldə rahat saxlanılan qulp ilə təchiz edilmişdir. Vario Power ilə maşının yuyulması üçün düyməni Mix nöqtəsinə keçirmək, yuyucu vasitəni xüsusi konteynerə (aparatın aşağı hissəsində yerləşir) tökmək, şampunu avtomobilə sürtmək və bir müddət gözləmək lazımdır. Sonra təzyiq rejimini seçərək yuyucu vasitəni çirklə birlikdə avtomobil üzərindən su ilə yumaq.

Freza başlığının köməkliyi ilə divarlar, piyada yolları, səkiləri asanlıqla yumaq olar.

Karcher K5

Karcher K5 Compact – çirkin öhdəsindən mükəmməl şəkildə gələn, yüksək su təzyiqini təmin edən və müxtəlif başlıqlarla təchiz olunan modeldir. Başlıqlar arasında cərəyan başlıqları, təmizləyici forsunkalar, fasadların təmizlənməsi üçün teleskopik ştanqalar və digər başlıqlar mövcuddur.

Karcher K5 Compact – modellər içində ən optimal cihazdır. Aparat 500 l/s məhsuldarlığa malikdir və 2.1 kVt güclü mühərriklə təchiz edilmişdir. Təzyiqin ən yüksək səviyyəsi 145 bar təşkil edir. K5 dəstinə yuyucu vasitəni və ya aktiv köpüyü verən 2 tezçıxarılan başlıq («VarioPower» və «palçıq frezası») daxildir.

Karcher K5 Compact asanlıqla qurulur və sökülür. Su şlanqı rahat yerdə quraşdırılmışdır. İstənilən qabdan (çəllək və ya vedrədən) su toplama funksiyasına malikdir. Həmçinin başlıqların və digər alətlərin rahat saxlanılması üçün vacib olan quraşdırılmış tutacaqlar və bərkitmələr mövcuddur. Onların sayəsində avtomobil yuyulduqdan sonra cihazın bütün hissələrini toplamaq və saxlamaq rahatdır.

К5 Compact aparatının köpük başlığı avtoşampun və ya aktiv köpüyü birbaşa yuyan cihaz vasitəsilə ötürür. Bunun üçün şlanq yuyucu vasitə olan qaba yerləşdirir, və daha sonra vasitə VarioPower ilə səth üzərinə səpələnir.

Cihaz yığılmış vəziyyətdə 12 kq çəkiyə malikdir və bu çəki cihazın daşınması və ya yerdəyişməsində heç bir maneə yaratmır. Yuyan aparat qulp və təkərlərlə təchiz edilmişdir. Teleskopik qulpu altında aparatı qaldırmaq və yerini dəyişməkdə kömək edən güc qulpu mövcuddur. Bundan əlavə yerdəyişməsinin asanlaşdırılması üçün xüsusi təkərləri var. Qulp rahat yığılması üçün teleskopik mexanizmlə təchiz edilmişdir, ehtiyac olduqda onu açıb bağlamaq mümkündür.

Karcher К5 bağ evinə, şəhər kənarına aparmaq və ya sadəcə qarajda saxlamaq olar. Yığcam ölçüləri sayəsində avtomobilin yük yerinə yerləşir və bütün başlıq və aksesuarları cihazın koprusunda saxlama yerlərinə birləşdirilmişdir. Yuyan aparat 145 Bar yüksək təzyiq ilə işləyir, həm avtomobilin yuyulması, həm də fasadlar, binalar, səkilərin də yuyulmasında mükəmməl nəticəni təmin edir.

Karcher K 7

Karcher K 7 yuma cihazı yüksək təzyiqli aparatların içində ən top məhsul sayılır. Cihazın qurğusunda su ilə soyudulan orijinal asinxron motoru olan yüksək təzyiqli alüminium pompadan istifadə edilmişdir. Yuyan cihaz 600 l/s məhsuldarığı olan yüksək sinif aparatlarına aiddir. Karcher K 7 aparatının təzyiqi 160 Bara qədər çatır, gücü isə 3 kVt təşkil edir.

Belə güclü yuyan cihaz uzun müddət ərzində fasiləsiz fəaliyyət göstərə bilər. Plug'n'Clean sistemi tez və asanlıqla yuyucu vasitəni dəyişdirmək imkanı verir. Şlanqı aparata birləşdirmək üçün Quick Connect sistemi kömək edir.

Karcher K 7 yuyan cihazın əsas üstünlüklərini qeyd edək:

  • İstifadə sadəliyi
  • Etibarlılıq
  • Güc
  • Universallıq
  • Səs səviyyəsi
  • Zəmanət və alıcılara dəstək

Karcher K 7 təzyiqini tənzimləmək çox sürətli və asandır. Dəstinə Vario-Power и "palçıq frezası" başlıqları daxildir. Vario-Power geniş səpələnmə ilə aşağı təzyiqli yuma üçün istifadə olunur. İkinci başlıq yüksək təzyiq altında su şırnağı yaradır. Başlıqlar istifadə məqsədindən asılı olaraq dəyişilə bilər.

Vario-Power başlığı su axınını ehtiyatla tənzimləyir, aşağı təzyiqdən başlayır və ən yüksək səviyyəyə qədər çatdırır. Bu növ tənzimlənmə yuma zamanı çox rahatdır.

Karcher K 7 yuyan cihaz etibarlıdır və uzun müddət davamlı şəkildə fəaliyyət edir, konstruksiyasında keyfiyyətli mühərrik, nasos və ümumiyyətlə qurğunun özünü qeyd etmək olar. Cihaz universaldır, ev şəraitində və həmçinin istehsal işlərində eyni yüksək keyfiyyətlə işləyir. Su ilə soyudulma sistemli 160 Bar təzyiq səviyyəsi olan güclü mühərrik bütün çirklənmələri bir dəfəyə aradan qaldırır və eyni zamanda həddindən artıq isinmə baş vermir.

Karcher 7 yuma aparatı demək olar ki, səssiz işləyir, iş prosesində yalnız su səsi eşidilir.

Maxi.az-da alış

Maxi.az internet mağazasında Karcher brendinə məxsus yuyan cihazların istənilən modelini seçib ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Karcher yuyan aparatları həmçinin Maxi.az mağazalarından da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml