Robot tozsoran Bakıda kreditlə satışı • MAXI.AZ-da qiymətlər

Tozsoranlar Bu kateqoriyada hal hazırda 1 məhsul var

Xiaomi brendindən robot tozsoranlarının üstünlükləri

Evlərimiz məişət həyatımızı çox asanlaşdıran ağıllı və rahat texniki yeniliklərlə daima doldurulur. Robot tozsoranları məhz bu cihazlara aid etmək olar. Bu növ robotları istifadə etdikdən sonra adi tozsoranlara qayıtmaq çətin olur.   

Avtomatlaşdırılmış cihazların əsas üstünlükləri nədədir? Əlbəttə ki, təmizlik üçün ayrılan vaxta qənaətdə. Müasir modellərdə həmçinin ən yeni texnologiyalar mövcuddur – yuyucu tozsoranlar, müxtəlif rejimlər, taymer və digər çox faydalı funksiyalar.  

Xiaomi robot tozsoranlar

Xiaomi brendindən ağıllı tozsoranlar həm ev, həm də işdə istifadə üçün rahatdır. Tozsoranların alış qiyməti bahalı görünə bilər, lakin istifadədən sonra alıcılar cihazların nə qədər rahat, davamlı olduğunu görəndə, bu üstünlüklər ilə müqayisədə qiymət daha da qənaətcil olur.

Düzgün modeli necə seçmək olar

Düzgün seçim üçün bir neçə məqamlara nəzər yetirmək tövsiyə olunur:

  1. Təmizlənən otağın ümumi sahəsi.
  2. Quru və ya nəm təmizləmənin lazım olması.
  3. Ev heyvanlarının mövcudluğu. Bu halda nəm təmizləmə və yun toplamaq üçün xüsusi fırçalar ilə olan robot tozsoranlara üstünlük vermək lazımdır.
  4. Evdə allergenlər və tozun olması. Bu halda xüsusi filtrli cihazlara üstünlük vermək tövsiyə olunur.
  5. Alış üçün nəzərdə tutulan büdcə.

Xiaomi robot tozsoranlarının ən populyar modellərinə nəzər yetirək:

Roborock S7 MaxV Ultra

Roborock S7 MaxV Ultra modeli 2022-ci ilin siyahısında ən bahalı modelidir. Tozsoran özünü təmizləmək, salfetləri yumaq, döşəmədə olan əşyaları tanımaq üçün xüsusi stansiya ilə təchiz edilmişdir. Bunlardan əlavə, tozsoranda naviqasiya üçün lidar (məsafəli yoxlama texnologiyası, optik sistemlərin köməkliyi ilə məsafəni ölçür) və güclü mühərrik mövcuddur. Xiaomi cihazı smartfondan idarə oluna bilər, məsafəli nəzarət proqramlarını dəstəkləyir.  

Xiaomi All-in-One Mop and Vacuum Robot

Xiaomi All-in-One Mop and Vacuum Robot cihazı həmçinin salfetləri yuyan və zibili boşaldan kombinə edilmiş stansiya ilə təchiz edilmişdir. Naviqasiya üçün lidar da mövcuddur. Döşəmə üzərində nəm təmizlik iki ədəd salfet köməkliyi ilə həyata keçirilir, xalçalar üzərinə keçdikdə, salfetlər qaldırılır.

Roidmi EVA

Üçüncü yerdə Roidmi EVA modelidir. Xiaomi brendindən bu robot tozsoran həmçinin özünü təmizləmə və salfetlərin yuyulması stansiyası ilə təchiz olunmuşdur. Lakin xalçalar üzərindən keçdikdə salfetlər qaldırılmır. Bu səbəbdən tozsoran yalnız sərt döşəmələrdə istifadə edilə bilər.

Dreame Bot W10

Nəm təmizləmə üstün olduqda, Dreame Bot W10 modelini seçmək tövsiyə olunur. Tozsoran salfetlərin yuyulması üçün stansiya ilə təchiz edilmişdir, lakin özünü təmizləməsi yoxdur. Lidar köməkliyi ilə naviqasiya həyata keçirilir. Korpusunun D-forması sayəsində cihaz otaqların bütün bucaqlarından toz və zibili daha effektiv aradan qaldırır.

Roborock S7

Roborock S7 modeli xalçalar olan otaqlar üçün uyğundur, həm nəm, həm də quru təmizliyi həyata keçirir. Özünü təmizləmə stansiyasını dəstəkləyir. Lidar naviqasiya ilə təmin edir. Robot tozsoran Roborock S7 yüksək gücə malikdir, quru təmizliyi effektiv şəkildə həyata keçirir. Ən yaxşı modellər sırasına aid etmək olar.

Dreame Bot Z10 Pro

Robot tozsoran Dreame Bot Z10 Pro böyük sahələrdə quru təmizləmə üçün uyğundur. Yüksək toz çəkmə gücü, naviqasiyanı təmin edən lidar, özünü təmizləmə stansiyası və döşəmə üzərində olan əşyaların təyin edilməsinə malikdir. 

Roborock Q7+

Roborock Q7+ xalçalar olmadıqda, sərt səthlərdə nəm və quru təmizləmə üçün uyğundur. Həmçinin özünü təmizləmə stansiyası, naviqasiya üçün lidar, yüksək gücə malikdir. Dəstinə silikon fırça daxildir.

Xiaomi Smartmi Pioneer A1

Xiaomi Smartmi Pioneer A1 modelini həmçinin ən yaxşı tozsoranlara aid etmək olar. Bu cihazı tam əminliklə yuyucu robot tozsoran adlandırmaq olar. İş prosesi belə həyata keçirilir: təmizləyici rulona təmiz su ötürülür, çirkli su isə xüsusi konteynerə axır. Naviqasiyanı lidar təmin edir. Tozsoran avtomatik olaraq özü stansiyaya qayıdır.  

Roborock S6 MaxV

Roborock S6 MaxV modelinin əsas özəllikləri - döşəmə üzərində mövcud olan əşyaların təyin edilməsi, həmçinin evə nəzarət üçün smartfon vasitəsilə kameraya uzaqdan qoşulmasıdır. Cihaz böyük sahələrdə quru və nəm təmizləmə üçün yararlıdır.

Roborock S5 Max

Roborock S5 Max modeli robot tozsorana aid bütün funksiyalara malikdir – lidar, quru və nəm təmizləmə, zəruri rejimlər.

Xiaomi Mijia Robot Vacuum Mop 2

Tozsoran Xiaomi Mijia Robot Vacuum Mop 2 tünd səthləri effektiv təmizləyir və demək olar ki, səssiz işləyir.  

Xiaomi Mi Robot Vacuum Mop Essential

Xiaomi Mi Robot Vacuum Mop Essential – ağıllı tozsoranlardan ən büdcəli modeler. Cihaz kiçik sahəli otaqların təmizlənməsi üçün rahatdır. Eyni zamanda quru və nəm təmizləməni etmək olar, smartfon tətbiqi vasitəsilə asanlıqla idarə edilir.

Maxi.az-da alış – sürətli, keyfiyyətli, münasib

Robot tozsoranı asan və sərfəli necə əldə etmək olar?

Xiaomi robot tozsoranlarını Maxi.az internet mağazasında seçib, ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Xiaomi robot tozsoranlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.    

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml