Stasionar məişət texnikasına ilk olaraq soyuducular, qabyuyan maşınlar və
qazla işləyən pilətələr daxildir.
Hansı soyuducular vardır?
Bu məişət texnikası çoxdan və əminliklə bizim mətbəxlərimizdə yer tutmuşdur. Soyuducular hər yerdə var — mənzillərdə, ofislərdə, mağazalarda, barlarda və s. Onlar daxilində kiçik dondurucu kamera olan primitiv soyuducu dolablardan əlavə funksiyaya və rahatlığa malik olan müasir aqreqatlara qədər uzun bir yol keçiblər.
Aşağıda göstərilən aqreqatlar növünü ayırmaq olar
- door-in-door;
- side-by-side;
- iki kameralı;
- mini-soyuducu.
Door in door sistemi – qapı işərisində qapı deməkdir. Belə qurğular tez-tez istifadə olunan məhsulların yerləşdiyi kiçik kameraya açılan əlavə qapı ilə təchiz olunmuşdur. Bu da öz növbəsində əsas qapının əlavə olaraq açılmasının və iş bölməsində temperaturun yüksəlməsinin qarşısını alır.
Side-by-side aqreqatları iki laylı sobalar kimi iki hissədən ibarətdir. Onlar böyük mətbəxlər üçün müxtəlif temperatur rejimində iri ehtiyyatlı məhsullarınsaxlanması üçün nəzərdə tutulub.
İki kameralı modellər aqreqatların əsas hissəsini təşkil edir. Onlar əsas bölmə və ayrıca dondurucu kameradan ibarətdir. Mini soyuducuları kiçik ofis, kabinet və mənzillərdə quraşdırırlar.
Qabyuyan maşınların müxtəlif növləri
Soyuduculardan fərqli olaraq, qabyuyan maşınlar bizim mətbəxlərdə yeni olaraq əmələ gəlmişdir və tez bir zamanda populyar oldular: bu maşınlar nəinki evin xanımının vaxt və gücünə, eləcə də suya və elektrikə qənat edir.
İş prinsipi demək olar ki eynidir - əsas fərq həcmi, qabariti, səs dərəcəsi, quraşdırılma üsulunda ola bilər. Onlar:
- ayrıca dayanan – interyer elementi kimi böyük mətbəxlər üçün;
- qismən quraşdırılanlar – daha yığcamdırlar;
- tam quraşdırılanlar – mətbəx qarnituruna yerləşdirilir;
- kompakt – masaüstü, kiçik ölçüdə.
Stasionar məişət texnikasını Azərbaycanda necə almaq olar
Maxi.az internet mağaza sərfəli qiymətə məşhur istehsalçıların istənilən aqreqatlarını təqdim edir. Azərbaycanın bütün şəhərlərinə çatdırılma mümkündür.