Hotpoint — kiçik və böyük məişət texnikasının istehsalı ilə məşğul olan ticarət markasıdır. Hotpoint-Ariston soyuducuları yüksək keyfiyyət, gözəl dizayn və mükəmməl funksionala malik cihazlardır.
Aşağı hissəsində yerləşən dondurucu kameralı Hotpoint-Ariston HF 5181 X modeli ərzaqları uzun müddət keyfiyyətli və təravətli saxlayır.
Hotpoint-Ariston modelində meyvə və tərəvəzlər üçün xüsusi Ultra Fresh Crisper qutusu və həmçinin nəmliyi tənzimləyən əlavə qab mövcuddur. Cihaz inteqrasiya edilmiş qapılara malikdir, beləliklə istənilən zaman qapının istiqamətini dəyişmək olar.
Soyuducunin daxili hissəsi zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alan xüsusi örtüyə malikdir, bunun sayəsində ərzaqlar uzun müddət təravətli qalır və keyfiyyətlərini itirmir.
Soyuducunun sensor paneli qapı üzərində quraşdırılmışdır. Onun köməkliyi ilə hər iki kamerada temperaturu tənzimləmək və ehtiyac olduqda dəyişmək mümkündür.
Nəmliyin optimal səviyyəsi Total No Frost texnologiyası sayəsində əldə edilir. Hər iki kamerada nəmlik saxlanılır və şaxta və buzun əmələ gəlməsinin qarşısı alınır. Soyuducunun əridilməsi ildə cəmi bir dəfə tələb olunur.
Soyuducu Hotpoint-Ariston HF 5181 X aşağı enerji istehlakı və səssiz işi təmin edən kompressor əsasında tərtib edilmişdir. Qənaət sinfi - А+.
Maxi.az internet mağazasında soyuducu modeli Hotpoint-Ariston HF 5181 X ən münasib qiymətə əldə edə bilərsiniz. Ödəniş üsulları seçiminizdən asılıdır – birdəfəlik və ya kredit yaxud taksit ilə. Sifariş etdikdə hər hansı bir çətinlik olarsa, satış məsləhətçimiz hər zaman köməklik göstərməyə və çatdırlmanı təşkil etməyə hazırdır. Həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az dükanlar şəbəkəsində də bu modeli əldə edə bilərsiniz.