Qəhvə: MAXI.AZ internet mağazasından almaq

Qəhvə Bu kateqoriyada hal hazırda 0 məhsul var

Qəhvə maşınları üçün kapsullar

Qəhvə içkilərini sevirsiniz, lakin dənələrini üyütmək və dəmləmək üçün vaxt yoxdur? O halda ən rahat yol – qəhvə maşınları üçün kapsullar.

Niyə kapsullar adi dəmlənmiş qəhvədən daha rahatdır?

İlk dəfə qəhvə kapsulları 80-ci illərin sonunda istehsal edilmişdir. Lakin o zamanlar istifadəçilərdə qarışıq hisslər yaradan bu içki keyfiyyətə malik deyildi. Müasir qəhvə kapsulları hermetik qablaşdırmada istehsal olunur, sayəsində qəhvə dənələrinin ilkin ətri və təravətini saxlayır. Kapsul daxilində lazımlı dərəcədə təzyiq yaradan və qəhvə içkisinin keyfiyyətli şəkildə hazırlanmasına imkan verən xüsusi formaya malikdir. Həmçinin müxtəlif dadlı kapsullar əldə edərək ailənin hər üzvünə uyğun qəhvə içkisi hazırlamaq mümkündür.

Qəhvə kapsullarını seçdikdə ən əsas məqamlar

Hal-hazırda yüzlərlə müxtəlif brendlər tərəfindən qəhvə kapsulları istehsal olunur, bir çox kapsul sistemləri mövcuddur. Kapsullar müxtəlif forma və həcm, həmçinin hazırlanma üsulu ilə fərqlənir. Və əldə etdikdən öncə istifadəsinə təlimat ilə tanış olmaq və hətta dükanda olarkən satıcı ilə məsləhətləşmək tövsiyə edilir.

Kapsulların tərkibində 5-9 qram qəhvə ola bilər. Təbii ki, kapsulun daxilində nə qədər çox qəhvə olsa, qəhvə içkisi o qədər dadlı olar. Həmçinin istehsalçı brendə nəzər yetirmək vacibdir. Kapsul və qəhvənin ən tanınmış istehsalçıları: Lavazza, Nespresso və illy.

Kapsulların saxlanılma qaydaları

Kapsul qəhvəsinin hermetik qablaşdırması sayəsində saxlanılma müddəti daha uzundur, dadı və ətri itmir. Kapsulların qaranlıq yerdə saxlanmasını təşkil etmək, otaq temperaturuna riayət etmək tövsiyə edilir.

Kapsulları əldə etdikdə:

  • Kapsulları qəhvə maşınına uyğun əldə etmək vacibdir.
  • Seçim etdikdə etibarlı və tanınmış istehsalçılara nəzər yetirmək yaxşı olar.
  • Yenidən istifadə edilə bilən kapsulları almaqdan çəkinmək tövsiyə olunur - onlar qəhvə maşınının mexanizmini zədələyə bilər.
  • Kapsulları gün işığından uzaq yerlərdə və otaq temperaturunda saxlamaq lazımdır.

Maxi.az-da alış

Maxi.az-da Lavazza, Nespresso brendlərinin istehsalı olan qəhvə kapsullarını əldə edə bilərsiniz. Kapsulların sifarişi üçün “Məişət texnikası – İçkilərin hazırlanması üçün” bölməsinə keçid alın və zövqünüzə uyğun kapsulları seçin. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml