Bir çox insan səhərini bir fincan ətirli, təzə dəmlənmiş qəhvə ilə başlamağı üstün tutur. Və, əlbəttə ki, həm qəhvə növü həm də qəhvə dəmləyən cihazın seçiminə çox diqqətli yanaşırlar.
Qəhvədəmləyən Delonghi EC 685.R ən sadə növ cihazlara aiddir – borulu qəhvədəmləyən.
Dedica kolleksiyasından EC 685 modeli özündə ciddi və eyni zamanda tərzli dizaynı uyğunlaşdırır. Bu cür cihaz yığcam ölçüləri sayəsində istənilən mətbəxdə yerləşdirilə bilər. Xrom örtüklü detallar və metal korpusu sayəsində EC 685 uzun müddət xidmət edəcəkdir. Qəhvədəmləyənin idarəetməsi çox asandır və qəhvə içkilərini hazırlama prosesi çox vaxt sərf etməyəcək.
Borulu qəhvədəmləyənin dəstinə istiliyi və lazımi temperaturu saxlayan xrom örtüklü ikiqat altlığı olan 3 ədəd filtr daxildir. Dəstdə bir porsiya, iki porsiya və tabletləşdirilmiş qəhvə (çalda) üçün filtrlər mövcuddur. Filtrlər etibarlı şəkildə bərkidilir, təmizlənmə zamanı borudan çıxmır.
Delonghi EC 685.R modelində tənzimlənən kapuçinator mövcuddur. İstəyinizə uyğun seçim edə bilərsiniz: isti süd və ya qatı köpüyün hazırlanması.
EC 685.R modelində avtomatik söndürülmə, fincanların isinməsi, “Kapuçino” sistemi, buxarın verilməsi, proqramlaşdırılma və digər funksiyalar var
Arxa paneldə yerləşən 3 düymə qəhvədəmləyəni idarə etməyə kömək edir. Qəhvədən buxara keçid qolu və qoşulma düyməsi sağ tərəfdə aşağıda yerləşir.
Qəhvə içkisinin hazırlamaq üçün ilk addım – suyun xüsusi bölməyə əlavə edilməsidir. Sonra üyüdülmüş qəhvəni boruya töküb temper ilə sıxmaq lazımdır. Borunu bərkitdikdə qəhvədəmləyəni qoşmaq olar. İsinməsi bir neçə dəqiqə təşkil edir. Və, nəhayət, dəmlənmə düyməsini sıxaraq, içki hazırlanmasını başlayırıq və bir fincan təzə dəmlənmiş qəhvə əldə edirik.
Delonghi EC 685.R modelində daha iri fincan üçün çıxarılan sini nəzərdə tutulmuşdur.
Hər bir cihaz kimi, qəhvədəmləyənin də vaxtaşırı təmizlənməyə ehtiyacı var. Modelin üstünlüyü ondadır ki, təmizlənmə zamanı gəldikdə yanıb sönən sarı işıq xəbərdarlıq verəcəkdir, və cihaz içki hazırlamaq üçün qoşulmayacaq. Təmizlənmə prosesi təxminən yarım saat təşkil edir.
Maxi.az internet-mağazasında Delonghi EC 685.R qəhvədəmləyən modelini ən münasib qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.