Lenovo V14 modeli ofis işçiləri, tələbələr və məktəblilər üçün əla seçimdir. Gündəlik vəzifələri yerinə yetirmək üçün bütün lazımlı funksiyalara malikdir və eyni zamanda bu alış istənilən büdcəyə uyğun olacaq.
Cihazın korpusu keyfiyyətli mat plastikdən istehsal edilmişdir, dizayn sadə və eleqantdır. Mat səthi sayəsində əl izləri demək olar ki, görünmür. Qapağı üzərində brendin loqosu əks olunmuşdur. Arxa panelinin altında noutbukun masa üzərində sürüşməsinə imkan verməyən dəstək ayaqları var. Qeyd etmək lazımdır ki, korpus davamlıdır və zədələrə qarşı müqavimət üçün sınaqdan keçirilmişdir.
Cihazın ölçüləri 327x241x20 mm, çəkisi isə 1.6 kq təşkil edir. Çəki yüngülliyi istənilən məsafəyə səyahət edərkən çox vacib amildir.
Lenovo V14-IGL 14" 14 düym diaqonal ekran ilə təchiz olunmuşdur, ekran parıltı əleyhinə səth ilə örtülmüşdür. Displey imkanları 1920х1080 piksel təşkil edir. Cihazda büdcəli TN-matris quraşdırılmışdır. Ekranın maksimum parlaqlığı 220 kd/m2 bərabərdir, bu göstərici otaq şəraitində işləmək üçün yetərlidir. Modeldə ofis proqramları ilə işləmək, mətn çap etmək, cədvəllər yaratmaq, video izləmək çox rahatdır.
Lenovo V14 modeli bütün büdcəli noutbuklarda olduğu kimi adi səsə malikdir, səs keyfiyyətini yüksəldən Dolby Audio texnologiyası dəstəklənir. Həmçinin hər biri 1.5 Vt təşkil edən 2 stereodinamik mövcuddur.
Lenovo V14-IGL 14" yığcam və iş prosesi üçün çox rahat bir klaviatura ilə təchiz edilmişdir. Bütün düymələri optimal ölçüdə və toxunuşlara həssasdır. Hərflər və rəqəmlər aydın şəkildə əks olunmuşdur və yaxşı oxunur. Düymələr bir qədər yuvarlaq və dərinliklidir, bu da uzun müddətli çap etməni asanlaşdırır, əlləri yormur. Touchpad həssasdır, toxunuşlara tez cavab verir.
Lenovo V14 modeli peşəkar Windows 10 və Ice Lake Intel Core i3-1005G1 prosesoru üzərində əsaslanır. Prosesor ikinüvəlidir, 10-nm texnologiyası və Hyper-Threading dəstəkləyir.
Audio giriş və SD-cardreader sağ tərəfdə, solda isə HDMI, şarj girişi, ikisi 3.0 və biri 2.0 standartlı üç USB girişi mövcuddur.
Noutbuk 35Vt litium-ion akkumulyatir ilə təchiz olunmuşdur. Bir dəfəlik şarj yüklənməsi 5 saat ərzində fasiləsiz ofis işi üçün kifayət olur.
Maxi.az onlayn mağazasında Lenovo V14-IGL 14"/N4020/4GB/1TB/DOS/Gray modelini ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.