Oyun noutbuklar Bakida kredit ve taksitle satisi • Oyun ucun noutbuklar qiymetleri MAXI.AZ

Oyun üçün noutbuklar Bu kateqoriyada hal hazırda 2 məhsul var

Oyun noutbukları

Oyun noutbukları nə üçün lazımdır? Bu növ cihazları adətən kompüter oyunlarından daha çox zövq almağa çalışan istifadəçilər əldə edir. Lakin oyun noutbuklarından istifadə etməyin məqsədi təkcə bu deyil, cihazlar həmçinin yüksək məhsuldarlıq və böyük həcmli məlumat daşıyıcılarını tələb edən müxtəlif istiqamətli tapşırıqları yerinə yetirir. Oyun noutbukunu seçdikdən öncə, onun xüsusiyyətləri və bütün parametrlərinə diqqət yetirmək vacibdir.

Seçim meyarları

Güc

Əlbəttə ki, seçim zamanı ən vacib nüans – cihazın gücüdür. Bu parametr portativ kompüterin əsas detallarından asılıdır – prosesor, video kart, operativ yaddaş və digər.

Video kart

Video kart – monitorda əks olunan keyfiyyətli görüntünü təmin edən detaldır. Güclü noutbuklarda diskret video kartın mövcudluğu mütləqdir, hətta bir deyil, bir neçə video kart ola bilər. Ən yeni CrossFire və SLI texnologiyaları sistemdə ikidən dörd ədədə qədər video kartların dəstəklənməsini təmin edir, bu da noutbukun məhsuldarlığını bir neçə dəfə artırır.

Düzgün qrafik çipsetin seçimi üçün takt tezliyi və video kart yaddaşının həcmini nəzərə almaq lazımdır. GPU tezliyi nə qədər yüksək olarsa, qrafik məlumatların emalı o qədər keyfiyyətli olar. Oyun noutbuklarının video kart yaddaş həcmi 2Gb-dan 8Gb qədər təşkil etməlidir.

NVIDIA video kartları hazırki zamanda video kartlar istehsalında dünya üzrə liderdir və oyun laptopları üçün ən uyğun olandır. GeForce GTX 1050-dan GeForce GTX 1080 qədər video adapterlər yüksək məhsuldarlıq üçün ən uyğun olanlardır.

Müasir video oyunları üçün 6Gb-lıq GeForce GTX 1060 qrafik kart ən mükəmməl uyğun olandır. Həmçinin GTX 1070 və ya GTX 1080 kimi güclü və məhsuldar video prosesorlar mövcuddur, 4K displeyə qoşulduqda və ya video və qrafika ilə işlədikdə uyğundur.

Prosesor

Geymer (oyun) cihazını əldə etdikdə güclü prosessor da böyük rol oynayır. Bu, oyun noutbukundan istifadə etmək üçün zəruri və ondan cihazın bütün iş məhsuldarlığı asılı olan vacib hissədir.

Geymer laptoplarında prosesorlar 4-nüvəli və daha yuxarı olmalıdır. Nüvələrin sayı emal olunan məlumatların ümumi miqdarına təsir göstərir.

Oyun noutbuku üçün düzgün prosesoru necə seçmək olar? Əslində bu o qədər də çətin məsələ deyil, bazarda 4 nüvəli Intel Core i5-7300HQ, Intel Core i7-7700HQ və Intel Core i7-7820HQ kimi aktual modellər təqdim olunur.

Prosessorun işarələnməsini necə başa düşmək olar? Misal üçün Intel Core i7-7700HQ nəzər yetirək:

  • i7 – prosesorun seriyasıdır;
  • 7 – CPU nəsli;
  • 700 – CPU modeli;
  • HQ – məhsuldar qrafikası olan mobil prosesor.

GeForce GTX 1050, GTX 1050 Ti, GTX 1060 kimi video kartları olan noutbuklar üçün Intel Core i5-7300HQ prosesoru ən uyğun olandır. Lakin yüksək məhsuldarlığa malik video kartlar olduqda daha güclü Intel Core i7-7700HQ əldə edilməsi tövsiyə olunur. Burada Hyper-Threading (hiperdəqiqlik) dəstəklənir və 3,4 Hz yüksək takt tezliyi mövcuddur.

Operativ yaddaş

Oyun noutbukunun daha bir mühüm hissəsi - operativ yaddaşıdır. Onun həcmi də məhsuldarlığa böyük təsir göstərir. Həcmi nə qədər böyük olarsa, o qədər çox oyun və tətbiq növlərini yükləmək mümkün olacaq. Ən çox tövsiyə edilən operativ yaddaş həcmi – 16Gb. 32Gb video və qrafika ilə intensiv şəkildə çalışan peşəkarlar üçündür. Bu opsiyalardan başqa, yaddaş həcmini genişləndirmık üçün əlavə modullardan da istifadə etmək olar.

Soyutma

Soyutma oyun cihazı üçün daha bir vacib faktordur. CPU və video kartın effektiv istifadəsi ondan asılıdır. Soyutma prosesi üçün xüsusi kulerlər, ventilyasiya barmaqlıqları və istilik borucuqları mövcuddur. Lakin bunlar bəzən kifayət etmir. Belə hallarda güclü geymer noutbukları üçün soyuducu altlıqlardan istifadə edilir.

Məlumatların saxlanması və yüklənməsi

Burada əsas rol məlumatlar daşıyıcısı modulu olan SSD diskinə məxsusdur.

Müasir kompüter oyunları böyük miqdarda yaddaş tələb edir, buna görə də oyun noutbukları üçün ən azı 1TB həcmli yaddaş daşıyıcısı əldə etmək tövsiyə olunur. SSD sayəsində oyunlar, müxtəlif proqramlar və fayllar saxlamaq mümkündür. Diskləri dəyişdirərək yaddaş həcmini azaltmaq və ya genişləndirmək olar.

Ekran

Oyun noutbuklarının ekranları 17 düymdan az olmamalıdır. Ən böyük ekran maksimum 21 düym təşkil edə bilər.

Oyun noutbuklarında daha çox 1920х1080 piksel imkanlı Full HD displeylərdən istifadə olunur. Matrislər adətən 2 növdə olur – IPS və TN. Geymer cihazları üçün uyğun olan daha geniş baxış bucaqları və daha keyfiyyətli rəng otürülməsini təmin edən IPS matrisdir. Lakin tez tez TN matrisi istifadə olunur, çünki burada cavab sürəti daha yüksəkdir.

Ekran örtüyü də böyük rol oynayır. Parıltılı ekran daha keyfiyyətli rəng ötürülməsini təmin edir, mat örtük isə antiblik effektə malikdir.

Klaviatura

İstifadəçinin kompüter ilə çox zaman keçirdiyi səbəbdən, ilk növbədə vacib olan rahatlıq və erqonomikadır. Klaviaturaların istehsalında müxtəlif yeni texnologiyalar, dizayn növləri, keyfiyyətli materiallar və hətta oyunlar üçün nəzərdə tutulmuş xüsusi düymələrdən istifadə edilir.

Oyun noutbuklarında olan klaviatura adətən işıqlandırma ilə təchiz edilir. Klaviatura həm bütün düymələri, həm də müəyyən düymələri işıqlandıra bilər. Müəyyən rəngdə və ya müxtəlif rəngli işıqlanıdrma da ola bilər. Kompüter oyunlarını sevərlər gecə vaxtı oynamağı daha çox üstün tuturlar. Müxtəlif növ işıqlandırma məhz bu istifadəçilər üçün yaradılmışdır.

Akkumulyator

Oyun noutbunu seçdikdə onun avtonom işinə də xüsusi diqqət yetirilməlidir. Şəbəkəyə qoşulmadıqda 4 saat müddətində avtonom rejimdə işləyən modellər mövcuddur. Uzun müddətli avtonom iş çox vacib olduğu hallarda 5800 mAs qədər çox həcmli akkumulyatorlu model seçmək tövsiyə olunur. Lakin bu halda nəzərə almaq lazımdır ki, şəbəkəsiz iş zamanı qrafik video kartın məhsuldarlığı daha az olur – güclü kompüter oyunları üçün kifayət etməz.

Maxi.az-da alış – hər zaman yüksək keyfiyyət deməkdir!

Oyun noutbuklarının istənilən modelini Maxi.az internet mağazasında seçib, ən sərfəli qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml