Lenovo noutbuklar Bakida kredit ve taksitle satisi • Lenovo noutbuklar qiymetleri MAXI.AZ

Lenovo noutbukları Bu kateqoriyada hal hazırda 184 məhsul var

Lenovo noutbukları

İlk Lenovo kompüteri 1990-cı ildə, ilk noutbuku isə 1996-cı ildə istehsal edilmişdir. O zamanlardan indiyə qədər brend öz nailiyyətlərini daimi olaraq təkmilləşdirir və qlobal noutbuk bazarında ilk yerlərdən birini tutur.

Bu gün Lenovo noutbukları növbəti seriyalarda təqdim olunur:

 

  • ThinkPad (klassik)
  • IdeaPad (sadə modellərdən güclü oyun modellərinə qədər)
  • Legion (dəbli dizayn)
  • Yoga və Flex (qeyri-adi dizayna malik noutbuk-transformerlər)

 

ThinkPad seriyası – bu modellər əksər hallarda kəskin kənarları olan, maqnezium ərintisi və titandan istehsal olunmuş qara rəngli korpusa malik olur. ThinkPad modellərində klaviatura qeyri-adidir – düymələrin ortasında mütləq qırmızı rezin mikrojoystik mövcud olur. Boşluq düyməsinin altında daha 3 düymə var: iki kənar düymə (qırmızı) – siçan düymələridir, orta düymə (göy) — fırlatma. İstifadəçiləri heyran edən ThinkPad seriyasının əsas modeli - ThinkPad X1 Carbon. Onun əsas üstünlükləri:

 

  • Su və tozdan qorunma;
  • Yüngül çəki və yığcam ölçülər;
  • 180° qədər açılma;
  • Bir neçə giriş;
  • Güclü və həcmli akkumulyator sayəsində uzun müddətli avtonom iş;
  • Siçan yerinə trackpoint;
  • İşıqlandırmalı erqonomik klaviatura;
  • Skaner.

Legion seriyası - ThinkPad seriyasına layiqli alternativ kimi istifadə olunur. Oyun noutbukları olduğuna baxmayaraq, cihazların dizaynı həddindən artıq gözəçarpan deyil. Noutbuklar güclü soyutma detalları, yüksək xüsusiyyətlərə malikdir. Legion seriyası xüsusi olaraq oyun sevərlər üçün yaradılmışdır, qabaqcıl komponentlər ən çətin oyunlardan istifadə etməyə imkan verir. Geniş operativ yaddaş, sürətli hard disklər ilə təchiz edilmişdir.

 

Yoga seriyası qeyri-adi dizaynı, yüngül çəkisi və nazik korpusu sayəsində qızlar arasında xüsusi populyarlıq qazanmışdır. Əlbəttə, təkcə bunlar deyil, Lenovo Yoga cihazları həmçinin yüksək texniki xüsusiyyətlərinə də malikdir. Bu seriya tez tez yola şıxan, təyyarə ilə səyahət edən istifadəçilər üçün çox uyğundur. Noutbuklar uzun müddətli avtonom iş və yüksək məhsuldarlığa malikdir. Cihazın ekranı istənilən tərəfə açılır və bu çox rahatdır, planşet kimi istifadə etməyə imkan verir. Demək olar ki, Lenovo Yoga – noutbuk və planşetin hibrid növüdür. Yaxşı xüsusiyyətləri sayəsində, cihaz istənilən adi vəzifələr və tapşırıqları yerinə yetirməyə, mobil proqramlardan planşetdə olduğu kimi istifadə etməyə imkan verəcək.

 

Lenovo Ideapads seriyası – adi istifadəçilər üçün yaradılmış ən sadə seriyadır. Burada hər bir alıcıya uyğun və  ən optimal qiymətə bir noutbuk seçmək olar.

Bir neçə ən populyar Lenovo noutbuk modellərinə daha ətraflı nəzər yetirək:

İdeapad 3

Lenovo Ideapad 3 – adi istifadəçilərə uyğun modeldir. 1920 × 1080 imkanlı, 14 düym diaqonala malik Full HD displey multimedia izləmək və bir çox vəzifələri yerinə yetirmək üçün rahatdır. Noutbuk bütün gündəlik işlər üçün Intel Core i5 prosesoru, SSD hard disk, və digər lazımi hissələr ilə təchiz edilmişdir.  

Lenovo V14 Gen2

Münasib qiymətə, lakin böyük ekranlı və eyni zamanda yığcam ölçülü bir noutbuk axtardıqda Lenovo V14 mükəmməl şəkildə uyğundur. 1280 × 720 piksel imkanlı displey multimedia izlənilməsi və iş üçün tam rahatdır.

Lenovo Legion 5 Gen 6

Lenovo Legion 5 – oyun kompüteridir. Və, təbii ki, bütün oyun noutbukları kimi, bu cihaz da büdcəli modellərdən fərqli, daha yüksək qiymətə malikdir. Güclü detallar, yüksək məhsuldarlıq (Intel Core və ya AMD Ryzen prosesoru sayəsində), istənilən tələblərə uyğun oyunları yükləməyə imkan verən operativ yaddaşı mövcuddur. Bunlardan əlavə, burada 512Gb həcmli hard disk var. Full HD ekranın diaqonalı 15.6 düym təşkil edir, а видеокарта - NVIDIA GeForce RTX3060 6 ГБ GDDR6 video kartı isə oyunlardan tam həzz almağa imkan verir.

Lenovo Yoga Duet 7

Yoga seriyasından olan bu model çox çevikdir, əsl transformerdir. Demək olar ki, həm noutbuk, həm də planşet kimi ikisi birində istifadə edilə bilər. Noutbuk 3840 x 2160 imkanlı, 13,9 düym ekran ilə təchiz edilmişdir. Prosesor Intel Core i5 və ya i7, RAM 8 Gb DDR4 və 256Gb həcmli (daha geniş də ola bilər) SSD hard diski var.

Maxi.az-da alış – hər zaman yüksək keyfiyyət və münasib qiymətlər deməkdir

Lenovo noutbuklarının istənilən modelini Maxi.az internet mağazasında noutbuklar kataloqundan seçib ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml