MacBook • Apple noutbukların Bakıda satışı MAXI.AZ-da qymətlər

MacBook Bu kateqoriyada hal hazırda 2 məhsul var

MacBook

Apple brendi rəqəmsal texnikasının bir çox sahələrində uğurlar qazanmışdır, o cümlədən dünyada ən keyfiyyətli noutbuklardan birinin istehsalında da. Brendə məxsus portativ kompüterlər uzun inkişaf yolunu keçmiş, və müştərilər indi dünyaca məşhur MacBook noutbukları seçiminə sahibdirlər.

Macintosh Portable modelləri ilə başlayaraq, indi Apple Retina ekranları, sensorlu panellər, barmaq izi skanerləri ilə notubuklar istehsal edir. Noutbuklar rahat istifadə, yüksək sürət və məhsuldarlıqları ilə fərqlənir.

Yeni Apple M1 sistemli MacBook Air və MacBook Pro modelləri ilk dəfə 2020-ci ildə istifadəçilərin diqqətinə təqdim olunmuşlar. 

Düzgün MacbBook noutbukunu necə seçmək olar?

Bütün Apple cihazları yaddaş həcmi, video kart, ekran ölçüləri, çipset və digər detalları ilə fərqlənə bilər. Bu xüsusiyyətlərdən əlavə, modellər rəng və korpus ölçüləri ilə də fərqlənir.

Macbook-lar 3 növə bölünür:

  1. MacBook Bu növ nisbətən büdcəli Apple cihazlarına aiddir. Noutbuklar yüngül, asanlıqla daşınan və çoxfunksiyalıdır.
  2. MacBook – bu modellər yığcam ölçülərə malikdir, bütün vəzifələrin öhdəliyindən mükəmməl şəkildə gələn, hətta ən mürəkkəb olanların. Bu kateqoriyaya aid noutbukların qiymətləri bir qədər yüksəkdir.
  3. MacBook Pro – ən qabaqcıl, çoxfunksiyalı və bahalı modellərdir.

Düzgün seçim etmək üçün cihazın nə üçün əldə edildiyi təyin olunmalıdır: iş, təhsil, oyunlar, video və ya filmlərin izlənilməsi, və ya digər məqsədlərə.

MacBook Air

Yuxarıda qeyd olunduğu kimi, Apple-dan Air seriyası yüngül (1.25 kq) çəkiyə malik olur. İki variantı satışda mövcuddur: Retina matrisi olan (IPS) və olmayan (TN+film). Retina displeyi olan modellərin qiyməti daha yüksək, parlaq və dəqiq rəng çalarları, kontrastlıq, geniş baxış bucağına malikdir.

MacBook-un hər iki versiyası 13,3 düym diaqonal ölçüsündə olur. Laptop bir dəfəlik şarjda 12 saata qədər fasiləsiz işləyə bilər.  

MacBook Air aid daha bir neçə xüsusiyyət:

  1. 8 və ya 16Gb operativ yaddaş həcmi, 128 və ya 512Gb (1Tb qədər ola bilər) quraşdırılmış yaddaş.
  2. Barmaq izi skaneri.
  3. FaceTime HD kamerası.
  4. “Kəpənək” klaviaturası.

 

MacBook

Bu seriyadan olan modellər Air növündən də yüngül olur. Qiymət bir qədər daha yüksək, diaqonal 12 düym təşkil edir, Retina ekranı və LED-işıqlandırma mövcuddur.

Bu seriyadan olan noutbuklarda:

 

  • həssas və tez cavab verən düyməli “kəpənək” klaviaturası;
  • sıxıldıqda vibrasiya edən və sürətlə cavab verən Force Touch trekpadi;
  • məlumatları ötürmək, müxtəlif cihazları şarj etmək, monitorda video nümayiş etdirmək üçün USB-C girişi;
  • bir dəfəlik şarjda 10 saata qədər fasiləsiz iş;
  • cihazların qiyməti prosesor növündən (m3, i5, i7) və operativ və quraşdırılmış yaddaş həcmindən (8-dən 16b-dək RAM və 256-dan 512Gb-dək SSD) asılıdır;
  • rənglərə gəldikdə - bu seriyadan olan modellər qızılı, gümüşü və kosmik boz rənglərdə istehsal edilir;
  • Touch ID bu seriyada mövcud deyil.

MacBook Pro

Pro seriyasında bütün modellər supergüclü və yığcamdır, Apple təklif etdiyi bütün mövcud funksiyalara malikdir. Dizayn sadədir, müxtəlifliyi yoxdur – yalnız gümüşü və boz rəngli korpuslar istehsal olunur.

 

Touch Bar olmayan Pro 13

Pro seriyasından bu model 13.3 düym diaqonalı olan Retina displeyi ilə təchiz edilmişdir, ekran üzərində parıltı əleyhinə örtük mövcuddur. Touch Bar, barmaq izi skaneri və True Tone mövcud olmadığı səbəbdən bu noutbuk digər Pro modellərindən daha ucuzdur.

Bu MacBook bir sıra üstünlüklərə malikdir:

  • Alüminium korpusu;
  • İki nüvəli i5 və ya i7 çipseti;
  • 8Gb-dan 16Gb qədər operativ yaddaş, 128Gb-dan 1Tb qədər quraşdırılmış yaddaş həcmi. 

 

Pro 13 Touch Bar ilə

Pro seriyasıdan olan bu model Touch Bar sensor paneli ilə təchiz edilmişdir. Panel noutbuk klaviaturasında yuxarı cərgədə yerləşir. Touch Bar köməkliyi ilə tətbiqlər, musiqi və digər əlavələri açmaq mümkündür. Bu element cihazın istifadəsini asanlaşdırır.

Seriyada daha bir neçə üstünlüyü qeyd etmək olar:

 

  • Model True Tone funksiyasını dəstəkləyir, həmin funksiya rənglər və çalarların işıqlandırmaya uyğun olaraq ötürülməsini tənzimləyir, və nəticədə görüntü gözləri yormur, əksinə görmə üçün rahatlıq yaradır;
  • Quraşdırılmış yaddaş həcmi 256Gb-dan 2Tb qədər;
  • 7 Hz tezlikli iki və ya dörd nüvəli çipset. Bu opsiya MacBook-u çox yüksək iş sürəti ilə təmin edir, xüsusilə oyunlar zamanı.
  • 4 Thunderbolt 3 girişi.
  • Barmaq izi ilə kilidin açılması - Touch ID.

 

Pro 15 Touch Bar ilə

Bu MacBook Pro seriyasında ən məhsuldar və güclü cihaz sayılır. Bundan əlavə, noutbuk bütün digər modellərdən fərqli olan daha böyük ekran ilə təchiz olunmuşdur (15,4 düym). Retina displeyi 2280х1800 piksel imkana malikdir. Görmə rahatlığı üçün True Tone funksiyası mövcuddur.

Bunlardan əlavə, Pro 15 modelində:

  1. Yüksək iş sürəti, məhsuldarlıq və istənilən yüklənmələrə davamlılığı təmin edən 6 və ya 8 nüvəli prosesor (i9 qədər).
  2. Noutbuk 32Gb qədər operativ yaddaş həcmi ilə təchiz olunmuşdur. Bir neçə proqramı eyni zamanda istifadə etmək olar. Quraşdırılmış yaddaş həcmi 256Gb-dan 4Tb qədər təşkil edə bilər.
  3. İstənilən mürəkkəb vəzifələrin öhdəsindən gələn Radeon Pro diskret video kart mövcuddur.
  4. 1 dəfəlik şarjda 10 saata qədər avtonom iş.
  5. Touch Bar köməkliyi ilə istənilən tətbiqlər və digər məlumatlar MacBook-da rahatlıqla işləyir.
  6. Dəqiqliklə işləyən barmaq izi skaneri.
  7. Digər MacBook modellərindən fərqli, daha ağır çəkiyə malikdir - 1,83 kq.

 

Düzgün seçim üçün aşağıda göstərilənlərə nəzər yetirin:

  1. Cihazın ölçüləri – noutbukla səyahət etmək zərurəti olduqda daha yüngül Air və ya sadə MacBook modellərindən birini seçmək məqsədə uyğundur.
  2. Displey – burada diqqəti Retina ekranlı noutbuka yetirmək düzgün olar. IPS matris bütün yeni MacBook növlərində mövcuddur. Daha büdcəli variant - TN+film olandır. Və, əlbəttə ki, diaqonal. Burada seçim 12-dən 15 düyma qədər mümkün olur.
  3. Yaddaş həcmi. SSD-daşıyıcılar 128Gb-dan 4Tb qədər müxtəlif həcmdə ola bilər.
  4. Çipset və video kart.Seçim istifadəçinin iş proseslərinin mürəkkəbliyindən asılıdır. Bir çox işlərin yerinə yetirilməsini təmin edən Intel prosesorlarını seçmək olar. 3D qrafika ilə və ya digər mürəkkəb vəzifələrlə işləmək lazım gəldikdə diskret video kartlı 15 düym Pro modelini seçmək düzgündür.  

Maxi.az-da alış – hər zaman düzgün seçim deməkdir

MacBook noutbuklarını Maxi.az internet mağazasından sifariş edib ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. MacBook noutbuklarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.     

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml