Kompüter siçanları: MAXI.AZ internet mağazasından almaq

Kompüter siçanları Bu kateqoriyada hal hazırda 1 məhsul var

Logitech kompüter siçanları

İsveçrə şirkəti Logitech hər kəsə gündəlik həyatda lazımlı olan kompüter aksesuarları və cihazlar sahəsində yenilikçi texnologiyalar yaradır.

Bir çox istifadəçi Logitech siçanlarına üstünlük verir, çünki brendə məxsus aksesuarlar şəxsi kompüter və ya noutbukda işləmək üçün etibarlıdır.

Logitech kompüter siçanlarının təsnifatı

Logitech modelləri içində müxtəlif dizaynda, sağ və solaxaylar üçün, müxtəlif idarəetmə üsullu siçanları qeyd etmək olar.

Logitech siçanlarının əsas üstünlükləri:

  • İstifadə diapazonunu daha geniş edən Logitech Option proqram təminatı. Logitech Option köməkliyi ilə istifadəçi düymələri, sürətli keçid klavişlərini, həssaslıq səviyyəsini və sürətləndirmə rejimini tənzimləyə bilər.
  • Brendə məxsus siçanlar arasında baş barmaq üçün xüsusi əlavə düymə mövcuddur. Həmin düymədən bir barmaq ilə, kursor olmadan müxtəlif saytlara keçmək üçün istifadə olunur.
  • Sürətli və texnoloji cəhətdən mükəmməl sürüşdürmə təkərciyi. İstehsalçı cihazlarını Smartshift texnologiyalı sürətli təkərciklə təchiz etmişdir. Təkərciyin fırlanma sürəti tənzimlənir və avtomatik olaraq adi fırlanmadan ultra sürətli fırlanmaya qədər dəyişilə bilər.
  • Dəbli dizayner fikirləri və rahat erqonomika.

Logitech siçanlarının növləri

  • Ofis siçanları. Bu, istənilən noutbuk və ya kompüterə uyğun ən adi modellərdir.
  • Oyun siçanları. Bu cihazlar çoxsaylı düymələr və işıqlandırma ilə təchiz edilmişdir. Geymer siçanları adətən rəngli dizaynda təqdim olunur.

Logitech oyun siçanları bu növlərə bölünür:

  • Wireless – naqilsiz siçanlar. Bu sırada müxtəlif rəsmli, parlaq dizayna malik siçanlar daxidir.
  • G növü. Bu kompüter köməkçiləri qara rəngdə istehsal olunur, RGB işıqlandırması və Hero sensoru ilə təchiz olunur. Sensor kursora nəzarət edir və yüksək həssaslığa malikdir. Siçan üzərində yerləşdirilmiş rezin yan yastıqlar isifadə rahatlığını təmin edir və siçan əldən sürüşmür.
  • Trekbol siçanlar. Bu növ siçanlar xüsusi bir top ilə təchiz edilmişdir. Hərəkət zamanı trekbol hərəkətsiz qalır. Model layihələrin hazırlanması və qrafik tətbiqlərlə iş zamanı istifadə üçün uyğundur.

Logitech siçanını necə düzgün seçməli?

Alış etdikdən əvvəl bu amillərə nəzər yetirmək vacibdir:

  • Qoşulma üsulları:
  • Siçanı yola götürmək lazım olduqda simsiz modelə üstünlük vermək düzgün olar. Naqilsiz siçan Bluetooth, Wi-Fi və ya Wireless köməkliyi ilə qoşulur və akkumulyator ilə işləyir.
  • Simli siçanlar PS/2 və ya USB vasitəsilə qoşulur. Sürət və yüksək dəqiqliyə ehtiyac olduqda məhz bu modellərə üstünlük vermək düzgün olar.
  • Kombinə edilmiş modellər həm kabel həm də simsiz fəaliyyət göstərə bilər.
  • Həmçinin idarəetmə üsuluna nəzər yetirmək vacibdir. Logitech siçanları içində düyməli mexanik modellər və həmçinin sensorlu cihazlar yer tutmuşdur.
  • Cihazın ölçüsü də böyük rol oynayır. Brend standart ölçüdə və tam unikal ölçülərdə siçanlar istehsal edir. Qeyri standart modellər bir qədər baha qiymətə satılır və daha erqonomik olur.
  • Siçanlar şüalandırıcı növünə uyğun da bir neçə növə bölünür.
  • Lazer siçanları kursorun hərəkətlərini dəqiq və sürətli edən quraşdırılmış lazer ilə təchiz edilmişdir. Lazer modellər istənilən səthlər üzərində eyni keyfiyyətlə işləyir və qənaətli olur.
  • Optik siçanlar LED işıqlandırma ilə təchiz edilmişdir və münasib qiymətə olur. Bu növ siçanlar tez çirklənir və müntəzəm olaraq təmizlənməlidir.

Maxi.az-da alış

Logitech kompüter siçanlarını Maxi.az internet mağazasında asanlıqla seçib ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Logitech kompüter siçanlarının istənilən modelini Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml