Fujifilm Instax mini 11 Ice White – Fujifilm brendinə məxsus ani çap kameralar seriyasından olan yeni modeldir. Bu kameralar bütün dünyada məşhur və populyar olmuşdur. Instax mini 11 Instax mini 9 modelinin daha təkmilləşdirilmiş formasıdır. Model özündə yüksək texniki xüsusiyyətlər, dəbli dizayn və münasib qiyməti birləşdirir.
Instax mini 11 erqonomik dizayn və istifadə sadəliyinə malikdir. Kameranın korpusu incədir, bir əldə saxlamaq mümkündür. Dəstinə dəbli kəmər və çəkim düyməsini fərdiləşdirmək üçün aksesuarlar daxildir.
Instax mini 11 mini formatına aid digər cihazlar kimi burada da kartriclərdən istifadə olunur. Kamera 62 × 46 mm ölçülü fotoşəkillər əldə etməyə imkan verir. Fujifilm Instах Mini kartricləri xüsusi ayrı qablaşdırmada satılır, 1 kartric 10 ədəd şəkil üçün nəzərdə tutulmuşdur. Kağız üzərində olan şəkillər rəqəmsal variantlardan fərqli olan xüsusi atmosferə malikdir.
Avtomatlaşdırılmış funksiyaları sayəsində FujiFilm Instax mini 11 fotokamerası ilə hər bir insan, hətta uşaq da foto çəkə bilər. Kamera özü çəkim sürətini seçir və fotoşəkillərin parlaq, rəngarəng və unudulmaz olmasını təmin edir.
Bütün sensorlar korpusun üz tərəfində yerləşir, heç bir əlavə hərəkət tələb edilmir. Hazır şəkillər üçün bölmə yan tərəfində yerləşir. İki ədəd AA batareyaları üçün bölmə isə yuxarı hissədədir. Displeyin mövcud olmaması sayəsində kamera nostalji hisslər bəxş edir, foto şəkillərin sayına yalnız kadrlar sayağacı köməkliyi ilə nəzarət etmək olur. Beləliklə, bütün hərəkətlər köhnə qayda ilə həyata keçirirlir. Çəkiliş etmək üçün əvvəl obyektiv altında olan düymə sıxılır, obyektiv irəli çıxır və kamera çəkilişə hazır olur.
Yeni kamera sahibləri üçün daha bir sürpriz var – obyektiv üzərində olan kiçik ölçülü güzgülü kvadrat. Fotokameranın bu elementi tanınmış “selfi” rejimi üçün yaradılmışdır. Ondan istifadə etmək üçün obyektivi maksimuma qədər önə çəkmək lazımdır, üzərində əmələ gələn yazı selfi rejiminin qoşulması barədə xəbərdarlıq edəcəkdir.
Fujifilm Instax mini 11 Ice White (ağ) ani çap kamerasını əldə etmək üçün Maxi.az saytına keçid alın və ən münasib qiymətə sifariş edin. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.