Playstation 4 (PS4) Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Oyunlar Bu kateqoriyada hal hazırda 14 məhsul var

PS4 oyunları

Boş vaxtımızı nəyə sərf edə bilərik? Əlbəttə ki, PS4 oyunlarına! Bir çox maraqlı PS4 oyunları arasında əsas oyun layihələrini qeyd edib onlar barədə danışmaq istərdik.

Battlefield 1

Bu oyunda əsas mövzu Birinci Dünya müharibəsində baş verən hadisələrdir. Oyun müharibə tarixini, döyüşlərdə virtual olaraq iştirakı hiss etməyə imkan verir.

Üstünlükləri:

  • İnanılmaz reallıq və detallar.
  • Təkmilləşdirilmiş qrafika və oyun zamanı film seyr etmiş kimi olan hissi bəxş edir.
  • Oyun zamanı təkmilləşdirilmiş multi və tək oyunçu rejimləri.

The Old Hunters

Bu oyun Bloodborne oyununa əlavə kimi qeyd olunur. Oyunçu yırtıcılara qarşı ovçu rolunda olur, və bossları məhv edir. The Old Hunters oyunu Bloodborne oyunu ilə birlikdə satılır. Oyunu bu əlavə ilə aldıqda süjet daha maraqlı olur, baş qəhrəman ona kömək edən bir əşyaya sahib olur. Həmçinin müxtəlif növ avadanlıq və silahlar mövcuddur.

Dark Souls III

Bu oyun Yaponiyadan gəlib. Dark Souls III - əsl şah əsəridir və oyuna başladıqda dayanmaq mümükün deyil. Burada çox maraqlı mövzu və yüksək səviyyəli qrafika mövcuddur.

Üstünlükləri:

  • Oyunda labirintlər, bataqlıqlar, gizli yerlər və yollar mövcuddur. Onların axtarışı üçün şübhə yaradan hər bir detalı yoxlamaq lazımdır.
  • Düşmən çox güclüdür və istirahət etməyə vaxt yoxdur, hərəkətlərə daim diqqət yetirimək vacibdir.
  • Oyun kompüterdə də istifadə oluna bilər.

Dishonored 2

Dishonored 2 hərəkət birinci şəxs tərəfindən icra edilir, oyun stels-action tərzində, Ada imperiyasında baş verir.

Xüsusiyyətləri:

  • Dishonored 2 oyununda tərəf seçməyə imkan var: taxtdan məhrum edilmiş imperatriça və ya tacın qoruyucusu tərəfində.
  • Hər qəhrəmana məxsus qabiliyyətlər mövcuddur, hansıları ki, oyun prosesində təkmilləşdirmək mümkündür.
  • Oyun “stels” tərzindədir, bu o deməkdir ki, oyunçu öz istəyinə uyğun olaraq oyunun keçməsi tərzini seçə bilər. Bu seçim narahat etmir, çünki bir neçə üslubu mərhələlərlə sınamaq olar.
  • Oyun həm konsol, həm də kompüterdə oynanıla bilər.
  • Ən yaxşı oyunlar sırasındadır, çünki bütün detalları kombin edilə və ya dəyişdirilə bilər və s.
  • Oyunçu qəhrəmanların xarakteristikalarını, cinsiyyətlərini və hətta biliklərini də dəyişdirə bilər.

DOOM

DOOM oyunu vaxtı ilə ən tanınmış oyunlardan biri olmuşdur. Və indi yenilənmiş variantı ilə yenidən satışa daxil oldu. Həyəcan hisslərini axtaranlar üçün müxtəlif növlərdə qorxunc personajlar, demonlar, inanılmaz güclü silahlar mövcuddur.

Xüsusiyyətləri:

  • Oyunçu geniş çeşidli silahlardan və həmçinin əlbəyaxa döyüşdən istifadə edə bilər.
  • Unto the Evil, Hell Followed və Bloodfall – oyun üçün əlavələrdir.
  • Oyunçu silahlar və digər yenilikləri əldə edir. Oyunun həmçinin arkada rejimi mövcuddur.
  • Oyundan şəxsi kompüterdə də istifadə etmək olar.

Grand Theft Auto V

Grand Theft Auto V geymerlər arasında çox populyar, macəralar dolu bir oyundur. Burada adətləri və həyat tərzləri ilə bir birindən fərqlənən üç əsas qəhrəman mövcuddur. Oyunu birinci və ya üçüncü şəxs tərəfindən idarə etmək olar. Personajları hərəkətlər zamanı və digər vaxtda dəyişmək mümkündür. Onlayn-rejimdə eyni anda 30 nəfərə qədər oynaya bilər.

Maxi.az-da alış – sürətli, rahat və münasib.

Maxi.az internet mağazasında istədiyiniz oyunları ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml