- Ana sәhifә
- Bloq
- Xəbərlər
- Növbəti xeyriyyə aksiyası keçirdik
- Xəbərlər
- Növbəti xeyriyyə aksiyası keçirdik
Növbəti xeyriyyə aksiyası keçirdik

İnsanların dəstəyi olmadan, heyvanlara qarşı insani münasibəti hiss etmədən, kimsəsiz heyvanların problemi heç vaxt həll oluna bilməz.
Xoşbəxtlikdən, hələ də öz təşəbbüsü və öz vəsaiti hesabına evsiz və kimsəsiz heyvanlar üçün sığınacaqlar açan və sonra onlara qayğı ilə baxan və ev heyvanlarının etimadını qazanan insanlar var.
Belə sığınacaqlardan biri də iki incəqəlbli qadın - Nigar Quliyeva və Nigar Babaeva tərəfindən açılmış Dog House kimsəsiz heyvanlar üçün sığınacaqdır. MAXİ.AZ bu sığınacağa dəstək olmaq qərarına gəldi və Dog House üçün kömək məqsədilə bir xeyriyyə aksiyası keçirdi.
Şirkət işçiləri tərəfindən dərman vasitələri, itlər üçün yem, isti döşək, örtük və digər əşyalar gətirilmişdir. Ən əsası isə, qısa zamanlıq olsa da, itlərə istilik və qayğı göstərildi.