Əvvəllər video redaktə proqramları videoları emal və ixrac etmək üçün yalnız mərkəzi prosessordan (CPU) istifadə edirdi. Lakin hətta dörd, altı, səkkiz və ya daha çox nüvə ilə CPU-lar minlərlə hesablama vahidi olan qrafik kartların şəffaf emal gücü ilə rəqabət apara bilmir.
Bu məqalədə biz hamar, proksisiz ön izləmələr, sürətli göstərmə, daha sürətli kodlaşdırma və ağıllı süni intellektlə işləyən alətləri olan video redaktə üçün nəzərdə tutulmuş ən yaxşı qrafik kartlarından bəhs edəcəyik.
Hətta giriş səviyyəli qrafik kartları iş prosesinizi sürətləndirəcək və vaxtınıza qənaət edəcək. Məhsuldarlıq və qiymət tələblərinizə ən uyğun olan kartı seçməyi tövsiyə edirik. Yaxşı, seçim etməyinizi asanlaşdırmaq üçün ən yaxşı modelləri və onların xüsusiyyətlərindən bəhs edəcəyik.
NVIDIA GeForce RTX 3090 hazırda istənilən mürəkkəblikdə montajı icra etmək üçün ən yaxşı kartdır. RTX 3090 936GB/s ötürmə qabiliyyətinə malik olan 24GB GDDR6X yaddaşı ilə təchiz edilib ki, bu da sizə 8K-a qədər təsvir ölçüsündə ən mürəkkəb layihələr üzərində işləməyə imkan verir. Böyük həcmli video yaddaş kartın təsvir olunma pəncərəsində 8K videonu rəvan oynatmasına və 8K layihələrini sürətlə göstərməsinə kömək edəcək. Böyük həcmli video yaddaş və həmçinin bu flaqman kartın praktikada maksimum performans göstərməsi onun bütün tapşırıqların öhdəsindən asanlıqla gələ bilməsi deməkdir.
Daha sərfəli qiyməti olan RTX 3080 ilə müqayisədə məhsuldarlığın artması o qədər də böyük olmasada RTX 3090-ın çox yönlü olması bu kartı tələbkar peşəkarlar üçün əla seçim halına gətirir.
Ən yaxşı qiymət/performans kartı axtarırsınızsa, o zaman NVIDIA-nın RTX 3060 Ti - dən başqa modelinə baxmayın.
Bu qrafik kartı 6K təsvir ölçüsünə qədər olan layihələrdə çox layiqli performans təmin edəcək. Seriyanın qalan RTX kartları kimi, 3060 Ti avtomatik çərçivə və maskalar kimi süni intellekt alətlərini sürətləndirəcək. Bu alətlər videoları smartfon ekranlarına uyğunlaşdırarkən, eləcə də obyektlərin seçilməsi və izlənilməsi zamanı sizin vaxtınıza xeyli qənaət edəcək.
GeForce RTX 3060 Ti tələbələr, həvəskarlar, frilanserlər və yayımçılar kimi istifadəçilərin mümkün qədər geniş spektrinə uyğun olacaq. Müxtəlif istehsalçılarda bu kartın bir çox variantı var, onların çoxu overclock (proqram dəyişikliyi) edilmişdir.
Əgər sizin məhdud büdcəniz varsa, o zaman GeForce RTX 3050 - yə nəzər yetirin.
Videonun ixracı və göstərilmə sürəti seriyadakı əvvəlki kartlardan 20 - 40% daha yavaş olacaq, lakin RTX 3050 daha ucuzdur, ona görə də bu onu əla seçim edir. Kart rekord həcmdəki video yaddaşla öyünə bilməz, lakin 8 giqabayt GDDR6 6K-a qədər təsvir ölçüsündə video ilə rahat işləmək üçün kifayət edir. Üstəlik, RTX 3050 sizə bütün RTX xüsusiyyətlərinə - sürətləndirilmiş render, kodlaşdırma və AI alətlərinə tam giriş imkanı verir.
RTX 3050 daha kiçik kompüterlərdə istifadə üçün kifayət qədər yığcamdır. Bu kart həm tələbələr, həm də məzmunlarını sosial şəbəkələrdə paylaşmağı sevənlər üçün uyğundur.
NVIDIA yalnız GeForce qrafik kartlarının geniş çeşidini deyil, həm də peşəkar NVIDIA RTX kartlarını təklif edir. GeForce əsasən oyunlar və yaradıcılıq üçün təbliğ edilirsə, NVIDIA RTX həlləri daha çox korporativ və peşəkar istifadə üçün nəzərdə tutulub. Bu, böyük həcmdə video yaddaşda və yalnız bu kartlar üçün mövcud olan korporativ xidmətlərdə nəzərə çarpır.
NVIDIA RTX A4000 qrafik kartının avadanlıq təminatı A4000 - dən 40% ucuz olan GeForce RTX 3070 Ti ilə demək olar ki eynidir.
Bəs niyə NVIDIA RTX üçün daha çox pul ödəyəsiniz? Birincisi, RTX A4000 iki dəfə çox video yaddaşa malikdir ki, bu da onu ağır 8K layihələri üçün uğurla istifadə etməyə imkan verəcək. İkincisi, günün 24 saatı mövcud olan korporativ texniki dəstək problem yarandıqda sizə tez kömək edəcək. O cümlədən, korporativ seqmentə yönəlmiş kartlarda virtuallaşdırma dəstəyi və şirkətlərin peşəkarları və İT mütəxəssisləri üçün faydalı olacaq digər bonuslar var.
Windows-lu PC-də videonu redaktə edirsinizsə, qrafik kartı seçərkən sizin üçün çox sayda imkanlar var. Demək olar ki, hər hansı bir NVIDIA qrafik kartı kompüteriniz aşağıdakı tələblərə cavab verdiyi müddətcə yaxşı işləyəcək: