Kondisioner alışı - yay aylarında ən populyar qərarlardan biridir. Cihazın çeşidi, onun növləri və funksiyalarının çoxluğuna görə sizin evə uyğun model seçimi heç də asan deyil. Tələblərinizə daha uyğun model seçmək üçün, gəlin indi bazarda olan əlverişli təkliflər araşdıraq.
Məişət kondisionerlərin növləri
Öz quruluşuna görə məişət kondisionerləri 2 növə bölünürlər:
- Split sistemi. Elektrik kabel və mis borular ilə bir-biriylə birləşən 2 ayrı blokdan ibarətdir: daxili (buxarlandırıcı) və xarici (kompres-kondensatorlu).
- Monobloklu. Bir blokdan ibarətdir. İndi ki zəmanədə, nadir hallarda istiadədə rast gəlinir, lakin split-sistemini quraşdırmaq mümkün olmayan otaqlarda, monoblok əla seçim ola bilər.
Split sistemlərin növləri
Split sistemlərin əsas fərqi onların quruluşuna və otaqda daxili blokun yerləşməsinə görədir.
Divarüstü kondisionerlər
Məişət iqlimi cihazların sırasında ən geniş yayılan bir növ sayılır. Xladagent-freon dolaşan boruları bütün otaq boyu çəkməmək üçün, bir qayda olaraq, bu növ kondisionerlərin daxili blokunu divarın üst hissəsində, pəncərəyə yaxın məsafədə quraşdırırlar.
Əsəs üstünlüklər:
- minimum səs-küy yaradır;
- havanı filtrasiya, soyutmaq və isitmək qüvvəsindədir;
- çox geniş çeşid imkan var, hər hansı bir otaq, xudmanı ofis və mağaza üçün parametlər də dizayna əsasən istənilən növ seçilsin.
Mənfi cəhədlərinə böyük otaqlarda havanın soyuqluğunu (istiliyini) qeyri-bərabər paylaşmasını aid etmək olar.
Kaset kondisionerləri
Bu növ iqlimi cihazın xüsusiyyəti-onun daxili blokunun saxta tavanın arxasında olmasıdır.
Əsas üstünlüklər:
- gözə çarpmamaq, çünkü cihaz dekorativ izqara arxasında gizlənilib;
- böyük otaqları tez və eyni-bərabər soyutmaq bacarığı.
Mənfi cəhədlərdən xüsusi quraşdırma tələbləri, həmçinin saxta tavanın mövcudluğunu qeyd etmək olar. Başqa mənfi cəhəd-cihazın yüksək qiyməti.
Sütünlü (yerüstü) kondisionerlər
Ancaq böyük, dizaynına sərt tələblər olmayan otaqlarda istifadə olunur, çünki onların daxili blokları sütun şəklində çox böyük olçülərə malikdirlər.
Müsbət cəhədlərə aiddir:
- böyük hava axınına görə güclü soyuducu təsir;
- hündür tavanlı otaqlarda yüksək effektliyi.
Çatışmamazlıqlara aiddir: daxili bloku qizlətmək imkanın olmamağı, həmçinin quraşdırma yerinin çətin seçimi – ondan ötəri ki, güclü hava axını birbaşa insanların tərəfinə istiqamətləndirilməsin.
Monoblok kondisionerlərin növləri:
İki növ monoblok kondisionerləri təqdim olunur – pəncərəüstü və mobil.
Pəncərəüstü kondisionerlər

Monoblok pəncərənin alt hissəsində və ya nazik divara elə quraşdırılır ki, blokun bir hissəsi bayıra çıxsın.
Əsas üstünlüklər:
- çətin olmayan quraşdırılma işləri;
- havasovuran funksiyası.
Çatışmamazlıqlar - kompresorun səs-küylü işləməsi və blokun quraşdırılması ilə bağlı otağın is istilik izolyasiyasının səviyyəsinin aşağı düşməsi.
Mobil kondisionerlər
Bundan öncəki kondisioner növlərindən fərqli olaraq, mobil cihazlar pəncərəsi və ya çevik havalandırma üçün çuxuru olan istənilən otaqda asanlıqla quraşdırmaq olar.
Danılmaz üstünlükləri:
- portativlik;
- split-sistemi quraşdırmaq mümkün olmayan hallarda istifadə imkanı;
- yünqül özlüyündə quraşdırılmasına görə, ödənişin olmaması
Mənfi cəhədlərinə səs-küylü işləməsi və yüksək qiymətinin müqabilində aşağı səviyyəli məhsuldarlığını aid etmək olar.
Kondisionerin gücü
Uyğun olan konstruksiyanı seçəndən sonra, kondisionerin lazımi gücü düzgün müəyyənləşməsi də vacibdir. Aşağı səviyyəli güc kompresoru ağır işləməyə vadar edəcək, çöx yüksək səviyyəli güc isə cihazı tez-tez yandırıb söndürülməsinə görə korlayacaq.
Lazımı gücü müəyyən etmək çətin deyil:
- tavanın hündürlüyü 3 m-dən artıq olmamaq şərti ilə hər 1 m2 – 100 Vt;
- əgər otağa birbaşa günəş şuaları düşürsə, üstünə 25% gəlin;
- otaqda olan hər cihaza görə 200-300 Vt (məsələn, kompyuter);
- fəallığından asılı olaraq hər insana görə 100-300 Vt (ofisdə masa arxasında oturmaq və ya idman zalında fiziki məşqələlər).
Modelin adında və ya təlimat kitabçasında tez-tez gücün digər ölçü vahidlərinə rast gəlmək olar – britan termik vahidi (BTU). Aşağıda kondisionerlərin standart gücü Vt və BTU vahidlərlə cədvəldə göstərilib.
Ölçü
|
Güc (kVt)
|
BTU (min.)
|
20 m2 qədər
|
2,1
|
7
|
25 m2 qədər
|
2,6
|
9
|
35 m2 qədər
|
3,5
|
12
|
50 m2 qədər
|
5,2
|
18
|
50 m2 çox
|
7
|
24
|
Bazarda invertorlar ilə split-sistemlərin müxtəlif növlərinin geniş çeşidi mövcuddur ki, onlar daimi elektrik toku cərəyan gücünün göstəricisinin dəyişməsi ilə alternativ toka çevirir, və bu enerji baxımından daha qənaətçil və etibarlıdır.
Kondisionerlərin funksiyalarının müxtəlifliyi
Əsas funksiyadan başqa-havanın soyudulması, alıcılar üçün digər faydalı rejimlər də vacibdir:
- isitmə (fikir verin, bayırda olan hansı minimal temperatura qədər rejimi yandırmaq olar);
- havalandırma (otaqda havanın eyni-bərabər paylaşmasına görə);
- havanın təmizliyi;
- nəmlənmə;
- ionlaşdırma;
- avtomatik rejim (otaqda müəyyən olunmuş göstəriciləri bir səviyyədə saxlamaq üçün, özü özlüyündə müəyyənləşdirilir);
- taymer;
- gecə rejimi.
Kondisionerin quraşdırılması
Əqər monoblok kondisionerləri özünüz də quraşdıra bilərsiz, split-sistemlərin quraşdırılması – xüsusi bilikləri tələb edən daha əziyyətli prosesdir, ona görə onun qiyməti bütün sistemin qiymətinə çata bilər. Buna baxmayaraq, qənaət etməyə dəyməz, çünkü düzgün olmayan quraşdırılma təkcə cihazın fəaliyyəti zamanında və işində nasazıqlarla bərabər, həmdə sizin zəmanətli təmir hüququnuzu ləğv edəcək.
Bakıda hardan kondisioner almaq olar?
Məşhur istehsalçılardan keyfiyyətli kondisionerləri Bakıda bizim mağazalarımızdan birində - Maxi.az-dan ala bilərsiniz. Eləcə də internet mağazamızdan sifariş edə bilərsiniz. Bunun üçün sadəcə olaraq seçdiyiniz məhsulu səbətə əlavə edə, bizə zəng etmək və ya geri zəng sifariş etmək lazımdır. Sifarişi köçürülmə yolu ilə, çatdırılma zamanı yerində ödəniş, taksit kartları ilə hissə-hissı ödəniş və ya bank kartınızı istifadə edərək onlayn ödəyə bilərsniz. Sizə lazım olan texnikanı sərfəli şərtlər ilə əldə etmək şansını qaçırmamaq üçün bizim aksiyalarımızı və xüsusi takliflərimizi izləyin!
Məqaləni dostlarınız ilə paylaşın ki, onlarda məlumatlı olsun. :)