2014-cü ilin sentyabrında IFA-da təqdim olunan Galaxy Note Edge-dən sonra ilk dəfə olaraq, Samsung, öz flaqmanı Note xəttinin bir neçə versiyasını təqdim etdi. Daha doğrusu, indi Samsung Galaxy Note 10 modelinin üç versiyası var- 10/10+/10+5G.
İlk dəfə olaraq Galaxy Note 10 və Galaxy Note 10+ istifadəçilərə ənənəvi olaraq Samsung smartfonlarının ən böyük displeylərinə malik olan Galaxy Note xəttində iki fərqli ekran ölçüsü arasında seçim etməyə imkan verir.
Gözlənildiyi kimi, Samsung Galaxy Note 10 smartfonları yüksək səviyyəli xüsusiyyətlər, geniş ekranlar, SPen stilusun yeni xüsusiyyətləri və güclü performanslı yeni kamera sistemi sayəsində daha inkişaf olunmuş model oldu.
Görünüş və dizayn
Galaxy Note 10, Galaxy Note 9 və Galaxy S10 -da olduqu kimi Infinity-O dizaynılı, əyri tərəfləri olan 6.3 düymlük AMOLED displey ilə təciz edilib. Eləcə də, ön hissəni daha aydın şəkildə vurğulamaq və ekranda mümkün qədər boş/sərfəli yer saxlamaq üçün, ekranda kiçik O formalı dəlikdə quraşdırılmış kamera ilə təchiz edilmişdir. Bu dizayn, Samsung-un 9-cu Note-unda olan 83.9% ilə müqayisədə, ekran-korpus nisbətini 93.2% qaldırmağa nail olub.
Eyni zamanda, Galaxy Note 10+ 6.8 düymlük Infinity-O AMOLED ilə təchiz olunmuşdur - bazarda ən böyük Galaxy Note ekranı və ekran-korpus nisbəti 94,7%-dir. Note 10 və Note 10+ -dakı displeylər HDR10+ ilə sertifikatlaşdırılıb.
Selfi kamera, Galaxy S10-da yuxarı sağ küncündə və Galaxy A8s -də sol küncündə yerləşdiyindən fərqli olaraq, Note 10 və Note 10+'da fərqli - ekranın yuxarı mərkəzi hissəsində yerləşir.
Təqdimat mərasimində Samsung bu dəyişikliyin
Galaxy S10 xətti barədə müştərilərin rəylərindən sonra tətbiq etdiyini söyləyib. Şirkət nümayəndələrinin sözlərinə görə, selfie kamerasına görə batareya, şəbəkə siqnalı və digər vacib sistem nişanlarının ekranın ortasına sıxışdırılması müştəriləri heyrətləndirmədi.
Görəsən Galaxy Note 10 sahibləri selfi üçün kameranın yeni yerindən razı qalacaqlar mı? Məsələn, albom rejimində videoya baxarkən...
Ön paneldəki kameranın yeri, Samsung-un Galaxy S10 seriyasına aid rəylərin araşdırmasından sonra yenidən baxılan yeganə funksiya deyil. Smartfon istehsalçısı həmçinin ultrasəs barmaq izi skanerini ekranda elə yerə yerləşdirdi ki, ekranın mərkəzinə yaxın olsun, baş barmağla rahat istifadə etmək olsun.
Galaxy Note 10 və Note 10+, Galaxy S10 seriyasında təqdim olunan One UI mobil əməliyyat sistemi üzərində işləyir. Android Pie mobil proqram yaradıcıları etiraf edirlər ki, hamımızın böyük ekranlara ehtiyacı olduğuna baxmayaraq, böyük smartfonları xüsusən də bir əllə istifadə etmək çox narahatdır.
Bu problemi həll etmək üçün One UI, daimi istifadə olunan bütün istifadəçi interfeysi elementlərini - düymələr, keçidlər, menyu elementlərini asanlıqla əldə edə biləcəyiniz hissəyə - ekranının aşağı üçüncü hissəsinə keçirdib.
Düzü, ekranın yuxarı hissəsindəki böyük menyu başlıqları bir az qəribə görünür, amma nəticədə istifadəçilərin çoxları One UI-dən yaxşı mənadə təsirlənmiş və məmnun qalacaq.
Note 10 seriyasındakı ekranların ölçüsünü nəzərə alsaq, bu xüsusiyyətin nə dərəcədə faydalı olduğunu - bir əldə smartfon istifadə edərkən, digər əldə bir stəkan qəhvə və ya çay içə-içə hərəkət edən zaman anlayacaqsınız.
Flaqman Galaxy Note və Galaxy S xətləri funksional baxımdan yaxınlaşdıqca, S Pen onların arasındakı əsas fərq olaraq qalmağa davam edir.
İmkanları
Smartfonun korpusuna yerləşdirilmiş kiçik bir stilus, əl ilə yazılmış qeydlər üçün (adının anlamı), veb səhifələrdə şərh etmək, PDF sənədlərinə imza atmaq və taymerdən istifadə etmədən məsafədən fotoşəkil çəkmək üçün istifadə edilə bilər. PowerPoint təqdimatlarında slaydlar arasında hərəkət etmək mümkündür.
Note 10-da Samsung, yeni jestlər təqdim etmək üçün S Pen'a altı oxlu sensorlar əlavə edib. Məsələn, düyməni basıb stylus ilə yuxarı klikləyərək - Hoqvartsda bir usta praktikant kimi - ön və arxa kameralar arasında keçid edə bilərsiniz :) . Air Gestures adlandırılan bu yeni xüsusiyyət, üçüncü tərəf proqramçılar üçün açıq olacaq, buna görə Samsung önümüzdəki aylarda bəzi maraqlı tətbiqetmələrin app mağazasında görünəcəyini gözləyir.
Note 9 üzərində gələn S qələm təqdimatları uzaqdan idarə edən zaman batareyanın şarjını 30 dəqiqə ərzində bitirirdisə, Note 10 ilə tamamlanan yeni S Pen 10 saatlıq batareya ömrü və cəmi 6 dəqiqə ərzində batareyanı doldurmaq imkanına malikdir.
Performans baxımından Samsung, performansa diqqət yetirən Note 10 seriyasına bir sıra fayda gətirən Microsoft ilə yeni bir ortaqlığa imza atıb. Məsələn, hər iki telefon USB-C vasitəsilə Windows 10 ilə işləyən bir kompüterə qoşula bilər və masaüstünə bənzər dəstək funksiyaları, o cümlədən iki cihaz arasında faylları sürükləmək və redktə etmək imkanı verir. İstifadəçi Note 10 smartfonunda yazılmış Word sənədlərini masaüstünə sürükleyib klaviatura və siçandan istifadə edərək redaktə edə bilər.
Bu, telefonda quraşdırılmış tətbiq ilə kompüterdə masa pəncərəsi yaratmaq üçün proqram - Samsung DeX-ə bənzəyir.
Kamera
Note 10 və Note 10+ eyni 10 meqapiksellik ön kamera təciz olunublar, lakin onların arxasındakı kameralar biraz fərqlidir. Hər iki model eyni dərəcədə geniş bucaqlı şüter ilə dəyişən diyaframı birləşdirən, hansı ki çətin işıqlandırma şəraitində çəkmək üçün avtomatik olaraq f/1.4 və f/2.4 arasında dəyişən 12MP, 123° baxış bucağı ilə ultra geniş
16 MP və 12 MP telefoto kameraya malikdirlər.
Lakin Note 10+'un fərqləndirici xüsusiyyəti, iki ayrı sensoru özündə birləşdirən yeni patentli DepthVision kamerasıdır. Samsung bildirir ki, yeni sistem foto və videolarda çəkilən obyektin arxasında yerləşən fonu daha yaxşı “bulandırmaq” imkanı verəcək.
Lakin, Note 10-da DepthVision sensorlarının olmaması kiçik smartfonun Live Focus rejimində foto və video çəkməsinə mane olmur. Yeni sensorlar əvəzinə, Note 10-da effekti artırmaq üçün xüsusi proqram təminatından istifadə etmək olar. Samsung-un sözlərinə görə, Note 10 istifadəçiləri DepthVision'ın çatışmazlığını yalnız AR tətbiqetməsindən istifadə edən zaman hiss edəcəklər..
Təəccüblü deyil ki, Galaxy Note 10 və Galaxy Note 10+’da olan yeni xüsusiyyətlərin əksəriyyəti iş yönümlüdür, lakin bəyəniləcək bir cəlbedici an, yeni AR Doodle xüsusiyyətinin meydana gəlməsidir.
Burada siz çəkiliş zamanı, çəkdiyiniz cismin üzərində - taclar, eynəklər, quyruq və s. çəkə bilərsiniz ... onlar hərəkət edən cism ilə birgə hərəkət edəcək. AR Doodle foto və video üçün istifadə edilə bilər.
Batareya və yaddaş
Note 10, 3500 mAh batareya ilə təmin olunub, Note 10+ isə 4300 mAh tutumlu daha böyük bir batareyaya sahibdir. Hər iki telefonda mümkün qədər böyük batareyaya yerləşdirmək və eyni vaxtda korpusu daha nazik etmək üçün, Samsung 3.5 mm qulaqlıq çıxışından imtina edib.
Samsung Galaxy Note 10,
256 GB daxili yaddaş ilə birlikdə 8 GB RAM ilə təchiz edilmişdir. Eyni zamanda, Galaxy Note 10+ 12 GB RAM və 256 GB və ya 12 GB RAM və 512 GB daxili yaddaş seçimlidir. Yalnız Note 10+-da microSD slotu var, buna görə də 1 TB-lə yaddaş artırmağı arzulayan hər kəs 6,8 düymlük AMOLED istifadə etməlidir.
Bundan əlavə, həm Note 10, həm də Note 10+ komplektinə AKG qulaqlıqları daxildir, Wireless PowerShare - bu, Galaxy Buds və ya hər hansı digər uyğun cihazı telefonun arxasına qoyaraq şarj etmək imkanı verir, IP68 - su və tozdan qoruyur, Wi-Fi 6 dəstəklənir. 25 Vt sürətli simli şarj və dəstəklənən cihazlar ilə 15 Vt sürətli simsiz şarj.
Galaxy Note 10+ eyni zamanda 45W-lıq yeni ultra sürətli simli şarj üstünlüynə malikdir. Samsung-a görə, elektrik cərəyana qoşularaq cəmi 30 dəqiqə ərzində, gün ərzində kifayət edəcək enerji ilə smartfonunuzu doldura bilərsiniz.
Rəng seçimi
Samsung Galaxy Note 10 üç rəngdə olacaq: Aura Glow, Aura Black və Aura Pink. Galaxy Note 10+ Aura Glow, Aura Qara və Aura White rənglərində satılacaq. Aura Glow fərqli rənglərin parıldayan qarışığıdır. İnanılmaz dərəcədə parlaqdır və hər dəfə üzərinə işıq düşdükdə yeni tonlarda görünür.
Bu smartfonlar üçün öncədən sifariş onlayn mağazamızda mümkündür. Tam və ya ön ödəmə edə bilərsiniz. Samsung-un əvvəlki smartfonlarını da onlayn sifariş edə bilərsiniz.
İcmalı bəyəndinizsə, məqalə və rəyləri oxuyun və şərh edin, həmçinin sosial şəbəkələrdə dostlarınızla paylaşın.