Yeni Samsung Galaxy Note bir müddətdir ki satışdadır! Əvvəl də dediyimiz kimi, əfsanəvi Samsung Galaxy Note xəttinin onuncu seriyası ilk dəfə olaraq iki fərqli versiya ilə gəldi - 6.3 düymlük ekrana sahib Galaxy Note10 və möhtəşəm 6.8 düymlük paneli olan Galaxy Note10.
Yeni Galaxy Note10 smartfonları inqilabi dizayn ilə və öz sinifində aparıcı texniki göstəriciləri ilə fərqlənirlər. Smartfonlar Aura Black, Aura White və Aura Glow rənglərdə mövcuddur və sonuncu rəngin diqqətdən kənarda qalması sadəcə mümkün deyil. Samsung-un bütün yüksək səviyyəli smartfonları digər vacib xüsusiyyətlərədə malikdir, məsələn suya davamlılıq, sürətli simli və simsiz şarj, quraşdırılmış stereo dinamiklər və s.
Hər Galaxy S və Galaxy Note, AKG tərəfindən hazırlanmış əla cüt simli qulaqlıq ilə birlikdə gəlir.
Aşağıda diqqətinizə layiq olan ən yaxşı Samsung smartfonlarını topladıq! Ən yeni texnologiyalara sahib Samsung Galaxy Note 10-dan, büdcə smartfonu Galaxy A6-a kimi!
Ən yaxşısı: Samsung Galaxy Note10 və Galaxy Note10+
İkinci yer: Samsung Galaxy S10+
Ən yaxşı büdcə modeli: smartfon Samsung Galaxy A6
Ən yaxşı kompakt seçim: smartfon Samsung Galaxy S10e
Məhsuldar və ağlabatan qiymət: Samsung Galaxy Note9
Əlaçı S9: Samsung Galaxy S9+
Qeyd: Qiymətlər daim dəyişə biləcəyi üçün və sizi aldatmamaq üçün, smartfonların qiymətləri bu siyahıda göstərilmir. Saytımızda sifariş rəsimləşdirərək, qiyməti kiçik aylıq ödənişlərə bölüb istənilən telefonu əldə edə bilərsiniz.
Galaxy Note10 və Galaxy Note10+ , Samsung -un bu günə qədər ən güclü smartfonlarıdır. Bundan əvvəl qeyd olunan bütün məhsullar kimi, yeni Galaxy smartfon üstün xüsusiyyətləri və S Pen, üstəgəl böyük ekran panelləri ilə təchiz edilmişdir. İkisi də sələflərinin sahib olduqları audio çıxışından və Bixby düyməsindən imtina ediblər.
Qeyd etmək lazımdır ki, daha yüksək imkanları olan böyük ekranla yanaşı, Note10+ həm də 12 GB operativ yaddaş ilə təchiz edilmişdir. Böyük Note eləcə də böyük bir batareya ilə təchiz edilmişdir.
Yeni Galaxy Note telefonlardakı S qələm əvvəlkilərdən daha yaxşıdır. Bluetooth funksiyası ilə təchiz edilmiş bu aksesuar bir çox faydalı tapşırıqları yerinə yetirə bilər. Siz hətta tətbiqlər açmaqla və onlara nəzarət etməklə, eləcə də jestlər edərək oyunlar oynamaqla özünüzü Harry Potter kimi hiss edə bilərsiniz :) .
Təəccüblü deyil ki, Galaxy Note 10 və Galaxy Note10+ daha üstün ön və arxa kameralara malikdirlər. Qeyd etmək lazımdır ki, Böyük Note-un arxa panelində şəkillərinizi yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş əlavə sensorda var. Hər iki Note10' -nun video yazma və tənzimləmə imkanları həmişəkindən daha yaxşıdır.
Çipset: Qualcomm Snapdragon 855;
Displey: 6,3-düym ekran FHD + Infinity Super AMOLED (Note10), 6,8-düym ekran QHD + Infinity Super AMOLED (Note10 +);
Kamera: 12 meqapiksellik üçqat kamera, 12 meqapiksellik telefoto, 16 meqapiksel geniş bucaqlı; 10 meqapikselli selfie kamera;
Operativ yaddaş: 8/12 GB, 512 GB-dək artırmaq imkanı yoxdur;
Batareya: 3500 mAh (Note10), 4300 mAh (Note10 +), sürətli simli və simsiz şarj, tərs simsiz şarj;
Digər: Quraşdırılmış stereo dinamiklər, suya davamlı korpus
Samsung Galaxy S10 + təəccübedici dizayn, inanılmaz dərəcədə güclü mikrosxem, barmaq izi sensoru ilə həyəcan verici Infinity Super AMOLED displey, quraşdırılmış beş ədəd əla kamera (üçü arxa və iki ön) və əla batareya tutumu ilə təci ediib. O, CNET, Engadget, Mashable və TechRadar kimi şirkətlərdən rəylər alıb.
Samsung, Galaxy S10+ -u ən son Qualcomm Snapdragon çipseti ilə təchiz etmişdi. Çox böyük miqdarda olan RAM ilə birlikdə kiçik tərəddüd etmədən belə istənilən vəzifəni yerinə yetirməyə qadirdir.
Cihazın quraşdırılmış batareyası sürətli simli və simsiz şarjı dəstəkləyir. Bundan əlavə, Galaxy S10+, digər uyğun cihazları arxa hissəsinin sadə bir toxunuşu ilə doldurmağa imkan verən tərs simsiz şarjı da dəstəkləyir.
Daha kompakt bir seçim axtarırsınızsa, Samsung Galaxy S10 modelini nəzərdən keçirin. Galaxy S10 + ilə müqayisədə 6.1 düymlük displey, iki əvəzinə bir ön kamera və daha kiçik bir batareya var, bunlar hamısı daha aşağı qiymətədir.
Çipset: Qualcomm Snapdragon 855
Displey: 6,4 düym QHD + Infinity Super AMOLED displey;
Kamera: 12 meqapikselli kamera, 12 meqapiksellik telefoto, 16 meqapiksel geniş bucaqlı üç kamera; 10 meqapiksel və 8 meqapiksellik sensorlar olan ikili selfie kamerası;
Yaddaş: 8 GB, 1 TB-dək artırılan yaddaş;
Batareya: 4100 mAh sürətli simli və simsiz şarj, tərs simsiz şarj;
Digər: quraşdırılmış stereo dinamiklər, suya davamlı korpus, standart audio çıxış.
Samsung Galaxy A6 - diqqətinizə layiq ən yaxşı büdcəli Samsung telefonudır. Zərif dizayn, 5,6 düymlük Super AMOLED ekranı var və güclü Exynos çipseti, həmçinin 3000 mAh batareya ilə təchiz olunmuşdur.
Samsung, bu telefonu 16 meqapiksellik əsas kamera ilə parlaq f/1.7 apertur ilə təchiz edib. Selfie kamerasında eyni maksimum imkanlar olan bir sensor var - bu qiymət aralığında cihaz üçün dəyər veriləi bir xüsusiyyətdır. Bir çox əlverişli büdcə model smartfonlarda bundan daha az mp olan ön kameralar var..
Çipset: Exynos 7 Octa 7870;
Displey: 5,füym HD + Super AMOLED displey;
Kamera: 16 Mp əasas, 16 selfi;
Yaddaş: 3 GB, 32 GB artırılan yaddaş;
Batareya: 3.000 mAh sürətli simli və simsiz şarj, tərs simsiz şarj;
Digər: Standart audio çıxış.
Yığcam və idarəolunan bir Samsung çoxfunksiyalı bir smartfon axtarırsınızsa, bu sizin üçün ən yaxşı seçimdir. Tamamilə məhdudiyyətsiz bir Super AMOLED ekranı ilə zərif Samsung Galaxy S10e daha bahalı qohumlarından fərqli olaraq bir əllə işləmək asandır.
Samsung Galaxy S10e, Galaxy S10, Galaxy S10+ da olan eyni çipset ilə təchiz edilmişdir. 128 GB və ya 256 GB genişləndirilə bilən yddaş fərqi arasaında seçim edə bilərsiniz. Versiyadan asılı olaraq 6 və ya 8 GB operativ yaddaş ilə qarşılacaqsınız.
Daha yığcam olduğundan, daha kiçik bir batareya və iki arxa kamera sensoru var - bu xətdən olan digər modellər ilə müqayisədə. Ekranın altında barmaq izi sensoru da yoxdur. Onun əvəzinə, sağ tərəfdəki power düyməsinə quraşdırılıb.
Çipset: Qualcomm Snapdragon 855;
Displey: 5,8-düym displey FHD + Infinity Super AMOLED;
Kamera: 12MP əsas, 16MP geniş bucaqlı kamera, 10 meqapikselli selfie kamera;
Yaddaş: 6/8 GB, 256 GB və artırılan yaddaş;
Batareya: 3100 mAh - sürətli simli və simsiz şarj, tərs simsiz şarj;
Digər: quraşdırılmış stereo dinamiklər, suya davamlı korpus, standart audio çıxış.
Məhsuldar bir telefon axtarırsınızsa, lakin lap çox pul xərcləmək istəmirsinizsə, o zaman keçən ilki Samsung Galaxy Note9 əla təklifdir. Ultra dəqiq 6.4 düymlük Infinity Super AMOLED ekran, əla dayanıqlığı olan batareya, Bluetooth dəstəyi ilə S Pen qələmi.
Samsung Galaxy Note9, yaxşı ayarları olan iki optik sabitləşdirilmiş sensor ilə möhkəm kameraya malikdir. Qalan əsas xüsusiyyətləri - simsiz şarj, genişlənən yaddaş, tam suya davamlı korpus, AKG tərəfindən tənzimlənən daxili stereo dinamiklər və standart bir audio çıxış daxildir. Telefonunuzu barmaq izi və ya göz skaneri ilə qoruya bilərsiniz.
Telefon 6 GB və ya 8 GB operativ yaddaşa sahibdir, sonuncusu yalnız 512 GB daxili yaddaşla təchiz olunur (6 GB operativ yaddaş 128 GB yaddaşa sahibdir). Samsung Galaxy Note9 eyni zamanda bacarıqlı bir mobil oyun platformasıdır. Vaxtı ilə məşhur Fortnite video oyununu oynamağa imkan verən ilk Android smartfonu oldu.
Çipset: Qualcomm Snapdragon 845;
Displey: 6,4-düym QHD + Infinity Super AMOLED dispey;
Kamera: 12 meqapiksellik əsas ikili kamera, 12 meqapiksel geniş bucaqlı kamera;
Yaddaş: 6/8 GB, 512 GB-dək, artırılan yaddaş;
Batareya: 4000 mAh sürətli simli və simsiz şarj ilə, əks simsiz şarj;
Digər: quraşdırılmış stereo dinamiklər, suya davamlı korpus, standart audio çıxış.
Samsung Galaxy S10 və ya Galaxy S10+ almaq üçün büdcənizi artıra bilmirsinizsə, Samsung Galaxy S9+ barədə düşünün. İkili kamera, güclü Qualcomm Snapdragon 845 çipset və 6 GB operativ yaddaşa (Samsung Galaxy S9-dan 50% çox) malikdir.
Samsung Galaxy S10'nın sələfi eyni zamanda stereo dinamiklərə sahib ilk Galaxy smartfonudur. Galaxy S9+ -nın dizaynı Galaxy S8 + -ə çox bənzəyir. Ön paneldə bir az əyri 6,2 düymlük Infinity ekranı üstünlük təşkil edir.
İkiqat kamera qurğusu dəyişkən bir diyaframı olan 12 meqapiksellik əsas sensordan (f/1.5 və ya f/2.4) və böyüdücü obyektivə sahib ikincil 12 meqapiksellik sensordan ibarətdir. Hər iki sensorda optik görüntü sabitləşməsi var.
Galaxy S9+ simsiz şarj, genişlənən yaddaş, su keçirməyən korpus və standart bir qulaqlıq yuvasına malikdir. Telefon AKG-dən gözəl bir cüt simli qulaqlıq ilə tamamlanır.
Daha kompakt bir seçim axtarırsınızsa, Galaxy S9-a nəzər salın. Bu Galaxy S9+ -dan daha ucuzdur və daha kiçikdir - 5.8 düymlük Infinity displey, dəyişən diyaframı olan 12 meqapiksellik kamera sensoru və 4 GB operativ yaddaşa sahibdir. Telefonun 3000 mAh batareyası da var (Galaxy S9+ -da olan 3500 mAh-a qarşı).
Beləliklə dostlar, seçim sizin ixtiyarınızdadır. Bloqumuzu oxumağa davam edin və dostlarınızla paylaşın!