Multibişirici - bir neçə mətbəx qabını əvəz edə biləcək möcüzəli qazandır: buxarlı bişirici, yoqurt hazırlayıcı, soba, qazan, qril. Bu pula, vaxta qənaət edəcək və mətbəxdə minimum yer tutacaq. Doğru multibişirici seçərək əla yeməklər hazırlayacaqsınız.
Geniş çeşidli modellərə baxmayaraq, bütün multibişiricilər üç əsas növə bölünür. Fərqli bişirmə sürətləri və şərtləri ola bilər. Bu növ cihazlar aşağıdakılardı:
Klassik multibişiricidə ənənəvi yeməyin hazırlanması xüsusi təzyiq olmadan həyata keçirilir. Sobada bişirilən yeməklə müqayisədə vaxt sərfi eynidir.
Sürətli bişiricilər,sıx qapaqlı cihazdır. Bu cihazda bişirilən yeməklər təzyiq altında termik işlənmədən keçir. Nəticədə temperatur yüksəlir və yeməyin hazırlanması müddəti azalır.
Yavaş bişiricilər, sürətli bişiricilərdən tamamilə fərqlənir. Bu cihazlarda yeməklər aşağı temperaturda bir-neçə saat ərzində hazırlanır. Bu üsulun nəticəsi - orqanizmə maksimal xeyir verən,yüngül və faydalı yeməyin hazırlanmasıdır.
Bütün multibişiricilər oxşar dizayna malikdir. Onun əsasında xüsusi yanmaya qarşı örtüklü qab vardır, bu qab ən çox keramika və ya teflon örtüklüdür. Qurğu ayrıca plastik bir qabdan, bir kabeldən, üst örtükdən, kondensat qabdan, ölçü stəkanından, buxarda yeməyin hazırlanması üçün başlıqdan, plastik qaşıqdan və kürəcikdən ibarətdir.
Multibişirici arasındakı əsas fərqləri ondan ibarətdir ki,bu cihazlar fərqli temperatur sensorlarına, mikroprosessor nəzarətinə və qapağın möhkəmliyinə sahibdirlər. Temperatur sensoru (termostat) istilik elementinin mikroprosessor nəzarətindən istifadə edərək müəyyən edilmiş temperaturu saxlamağa imkan verir.
Qapağın möhkəmliyi qabdakı istiliyin bərabər paylanmasına təsir göstərir. Oksigen axınına da təsir edir və hazırlanmış qabların keyfiyyətində əks olunur. Bundan əlavə, dəstə fincan üçün altlıqlar, fritoz və reseptlər olan kitablar daxil ola bilər.
Taymeri olan multibişirici modellərindən əlavə, ağıllı idarə olunan qurğular da istehsal olunur. Bunlar İnternet vasitəsilə işləyən multibişiricilərdir. Məsələn, qabda yeməyi hazırlayıb, evdən çıxmısınızsa, smartfonunuzdan istifadə edərək yemək hazırlamaq üçün quraşdırılmış əlavədən məsafədən istifadə edə bilərsiniz.
Doğru multibişirici seçimi bir neçə parametrdən başlamalıdır: qabın həcmi, gücü, proqram növü və əsas funksiyalar.
Formaca qazana bənzəyən fincan, müxtəlif həcmdə və fərqli örtüklü olur. Həcm 2 litrdən başlaya bilər. Konteyner nə qədər həcmlidirsə, multibişirici bir o qədər böyükdür . Qabın örtüyü keramika və ya yapışmayan teflondur, bu da yemək prosesinə təsir göstərir.
Yağsız bişirmək üçün keramik örtük daha uyğundur. Təmizlənməsi asandır və yanmır. Teflon qablar da yapışmır, amma keramik qablardan fərqli olaraq, təmizlənməsi bir az uzun çəkir. Qulpların olmasına da diqqət yetirin. Bəzi evdar qadınlar üçün bu əlavə rahat bir bonusdur.
Cihazın gücü yemək vaxtına birbaşa mütənasibdir. Cihaz nə qədər güclü olsa, yeməyi daha sürətli bişirəcəkdir. Kiçik cihazlarda 500 Vt-a qədər qızdırıcı var, orta olanlar - təxminən 900 Vt, həcmli olanlar - 1000 Vt-dan çox. Eyni qabları olan modellər arasında seçim edərkən, daha yüksək gücü olan versiyaya üstünlük verməyi məsləhət görürük.
Displeyin xüsusiyyətlərinə də fikir verməyi nəzərə alın. Displey – sensor və mexaniki-sensor olur. Sadə mollər ekranla təchiz edilməyə də bilər.
Multibişiricilərdə proqramların növü menyunuza uyğun seçilməlidir. Bir qayda olaraq, qurğular artıq daxili rejimlərə malikdir. Bunlardan ən geniş yayılanları bişirmə, qaynatma, pörtlətmə, buxarda bişirmə, plovun hazırlanması, dəmləmə və ya müəyyən bir temperaturun saxlanması və qızdırma.
Cihazın standart funksiyaları təxirə salınan start, buxarın verilməsi, paxlalırarın və yarmanın islanması və avtomatik isitmə daxildir. İslatma funksiyası sağlam bir pəhriz sevənlər üçün uyğundur: yemək vaxtını mümkün qədər qısaldır və yarma və ya paxlanın xeyirli maddələrini qorumağa kömək edir.
Qənaət etmək üçün, zəruri olan funksiyalara malik multibişiricini seçə bilərsiniz. Əlavə rejim və xüsusiyyətlərdən imtina edin, məsələn, əgər yağlı yemək qəbul etmək olmazsa, fritozdan vaz keçin. Həm də dəbli displey və çox sayda rejimdən imtina edə bilərsiniz. Lakin, sürətli bişirici seçərkən, əlavə funksiyaları nəzərə alın, məsələn, çörək bişirici və hissdə bişirici kimi
Maxi.az internet mağazada mövcud olan, xüsusiyyətlər baxımdan ən yüksək və optimal multibişiriciləri nəzərdən keçirək.
Maxi.az saytında sərfəli qiymətə uyğun multibişiricini əldə edə bilərsiniz. Cihaz üçün ödəniş nağd və ya nağdsız, həmçinin kreditlə mümkündür. 50 manatdan yuxarı sifariş üçün Bakı və Sumqayıta pulsuz çatdırılma təmin edirik. Azərbaycanda da sürətli göndərilmə mövcuddur.