İPhone 11, bu il Apple -ın “top” telefonları iPhone 11 Pro və iPhone 11 Pro Max ilə birlikdə satışa çıxarılacağ. IPhone 11, iPhone XR-in davamçısı kimi hazırlanmışdır.
Yeni iPhone 11 aşağıdakı rənglərdə mövcuddur: bənövşəyi, ağ, sarı, yaşıl, qara və qırmızı. Telefonun arxa tərəfi şüşədən hazırlanıb, alt tərəfində isə Lightning çıxışı var.
Bu cihazda 3,5 mm qulaqlıq yuvası yoxdur, Apple qulaqlıq portunudan imtina etdi.
O, 2018 iPhone XR ekranı ilə eyni ölçüdə olan 6.1 düymlük Liquid Retina ekrani ilə gəlir. “Qaş” ekranın üst hissəsində olaraq qalır və ümumilikdə cihaz təəccüblü şəkildə keçən ilki telefona bənzəyir.
Telefon 150.9 x 75.7 x 8.3 mm-dir və çəkisi 194 qramdır.
Cihaz həm də suya davamlıdır və IP68 standartı ilə qorunur. Bu da, onu vannda “batırmaq” və ya onunla duş qəbul etmək və ya iki metrə qədər dərinliyi olan hovuza batırmaq imkanı deməkdir.
Bu il kameraya çox diqqət yetirilir və bunun səbəbi iki linzalı sensorun ilk dəfə olaraq yeni iPhone-un ən ucuz versiyasına da quraşdırılmasıdır.
12 meqapiksel və 26 mm lens olan bir kamera var və ultra geniş 12 meqapiksellik kamera ilə birlikdə bu "canavar" 120 dərəcə baxış bucağına malikdir.
iPhone 11-də aşağı işıq şəraitində gecə rejimi avtomatik olaraq qoşulur. Bu, Google-un piksel telefonlarında olan gecə görüntüsünə bənzəyir və səhnədəki nümunə olduqca təsir edici görünürdü.
Bu parlaqlığı artırır və şəkillərinizdəki “səs-küyü” azaltmağa kömək edir. Apple, iPhone 11-in az işığda üç qat daha yaxşı işləyəcəyinə inanır.
Video rejimlərinə 4K video çəkliş daxildir, yavaş və daha yavaş çəkiliş daxildir. Apple yeni telefonda görüntü sabitləşməsinin də olduğunu qeyd edir.
Ayrıca Apple, smartfonun ən yüksək keyfiyyətli video çəklişə sahib olduğunu vurğulayır.
Selfi kamerası - 12 meqapiksellik TrueDepth-dir və bunu quraşdırmaqda məqsəd odur ki, bu geniş bucaqlı çəkiliş olmasa da, daha geniş görüntü əldə etmək üçün telefonunuzu sağa sola fırladaraq bu görüntüyə nail ola biləsiniz. Bundan əlavə, Apple ilk dəfə selfie kamerasına 4K video çəkmək imkanını əlavə edib.
İPhone 11 içərisindəki çipset A13 Bionic adlanır. Apple, bu smartfonda ən sürətli CPU və GPU olduğunu iddia edir.
Apple telefonda bəzi video oyunların necə işlədiyini nümayiş etdirdi, lakin çipsetin nəyə qadir olduğunu hələ araşdırmalıyıq.
IPhone 11 içərisindəki batareya, iPhone XR-dən bir saat daha çox işləyəcəyi iddiası ilə gəlir. Apple heç vaxt batareyalarının dəqiq ölçülərini açıqlamır, lakin uçurulan məlumatlara görə onun 3110 mAh olduğu gözlənilir (iPhone XR-də 2942 mAh). Tezliklə daha dəqiq biləcəyik.
Apple RAM haqqında da danışmır, ancaq deyilənən görə 4GB olacaq, bu da iPhone XR-də olan 3 GB-dan, 1GB daha çox deməkdir.
Cihaz ilk dəfə olaraq Dark Mode ilə gəlir və bir başa iOS 13 proqramı təminatı ilə işləyəcək.
Səhnədəki açıqlamada onun "inkişaf etmiş üz tanıma" texnnologiyası ilə birlikdə gələcəyi bildirilirdi, lakin “üz tanıma” texnologiyasının necə inkişaf etdirildiyi dəqiq bilinmir.
Telefon 64 GB, 128 GB və ya 256 GB həcmində olacaq. Bu üç cihaz üçün dəqiq qiymət fərqlərini hələ biraz gözəməliyik.
Buna görə, Apple’dan yeni smartfonu əldə etmək və qiymətləri haqqında ilk məlumatlı olmaq üçün, veb saytımızı və bloqdakı xəbərləri izləyin..
Oxuyun, şərh edin və sosial şəbəkələrdə dostlarınızla paylaşın.