Siləcəklər

Siləcəklər Bu kateqoriyada hal hazırda 0 məhsul var

Avtomobil siləcəkləri – ön şüşədən su və çirklənmələri aradan qaldıran mexanizmlərdir. Hər bir avtomobildə onların mövcud olması normativ aktda qeyd edilmişdir, çünki yağış təhlükəli vəziyyətlərə səbəb olaraq görüntünü əhəmiyyətli dərəcədə poza bilər.

Siləcəklərin konstruksiyası və fırçaların növləri

Şüşə siləcəkləri aşağıda göstərilmiş elementləri daxil edir:
  • fırçaların şüşə üzərində hərəkət etmələrini təmin edən elektrik ötürücü;
  • tutacaq və bərkitmələr;
  • su və ya yuyucunun töküldüyü bir tank (bak);
  • burunlar - şüşəyə maye səpmək üçün qurğular;
  • rejimləri dəyişmək üçün rele-açar.
Bəzi sistemlərdə həmçinin elektron modul da ola bilər. Şüşətəmizləyicilərə bərkidilmiş fırçalar bir neçə əsas növlərə bölünür:
  • Karkaslı — ən əsas və geniş yayılmış növdür. Münasib qiymət, şüşə səthinə sıx vəziyyətdə yaxın olması ilə fərqlənir. Amma qış mövsümündə buzlanma sayəsində problemlər yarana bilər. Həmçinin uzun müddətili istifadəsi səbəbindən çərçivə və detalların birləşməsi zəifləyə bilər.
  • Karkassız — bu mexanizmlərin qurğusu maksimal dərəcədə sadədir: yanlarında tıxac olan rezinləşdirilmiş dəmir lövhə. Müsbət cəhətləri – mənfi temperaturlarda mükəmməl şəkildə işləyir və lenti dəyişdirilə bilər. Ancaq şüşə səthinə yaxınlığı çərçivəli fırçalardan daha azdır.
  • Hibrid — bu növ şüşə təmizliyicilər hər iki növ (çərçivəli və çərçivəsiz) mexanizmlərin xüsusiyyətlərini birləşdirir. Sonuncu növ şüşəyə ən yaxın olması və aerodinamik göstəriciləri ilə fərqlənir. İlin hər mövsümündə effektivdir, eyni zamanda da ən bahalıdır.

    Siləcəklərin digər aksesuarları

    Fırçalar və ehtiyat rezinlərindən başqa avtomobil təmizləyicisinin aşağıda göstərilmiş detalları da bəzən dəyişdirilməlidir:
    • Bərkitmələr – avtomobil siləcəklərinin müxtəlif növ bərkitmələri mövcuddur: çəngəl, düymə, caynaq, yan pin. Müəyyən avtomobil markaları üçün xüsusi istehsal edilmiş konstruksiyalar da var, məsələn MBTL 1.1 Mercedes Benz avtomobiləri üçün yaradılmışdır.
    • Burunlar – bir və ya bir neçə axınlar üçün, fan şəklində və ya klapanlı, və digər.
    • Ötürücülər və digər kiçik hissələr.
    Komponentlərin daha ciddi dəyişdirilməsi də tələb oluna bilər - məsələn, bir rele və ya elektron modul sıradan çıxdıqda.

    Keyfiyyətli siləcəkləri haradan əldə etmək olar?

    Maxi.az internet-mağazasında avtomobil üçün siləcəkləri tez və münasib qiymətə əldə edə bilərsiniz. Kataloqda çərçivəli, çərçivəsiz və həmçinin hibrid tipli şüşə siləcəkləri təqdim edilmişdir. Sürücü və sərnişin şüşəsi üçün variantlar, dəyişik rezinlər – hər nəyə ehtiyac varsa, tapa biləcəksiniz. Hansı şüşə siləcəklərin alınacağına qərar verməkdə çətinlik çəkirsinizsə, mütəxəssisimiz ən yaxşı və uyğun məhsul seçimində köməklik göstərəcək, rahat çatdırılma, taksit və ya kredit imkanları barədə məlumatlandıracaqdır.
btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml