Yanacaq qatqıları – nəqliyyat vasitəsinin optimal işləməsi üçün benzin yanacağı və ya dizelə əlavə edilən maddələrdir. Ən əsası - müəyyən növ yanacaq və mühərrikə uyğun yanacaq qatqısinin düzgün seçilməsidir.
Qatqıların funksiyaları və növləri
Bu maddələr aşağıda göstərilən məqsədlər üçün zəruridir:
- yanacaq sisteminin hər tərəfli təmizlənməsi və çöküntülərin qarşısının alınması üçün;
- avtomobilin yanacaq/dizel istifadəsinin azaldılması üçün;
- sürtünmə qüvvəsinin zəiflədilməsi sayəsində sistemin iş fəaliyyətinin uzadılması üçün;
- • işləmə temperaturu aralığını artırmaq (donma dərəcəsini aşağı endirməklə) üçün;
- korroziya proseslərinin qarşısının alınması üçün;
- zəhərli tullantıların minimuma endirilməsi üçün.
Bütün bunlardan başqa iş səmərəliliyi və mühərrikin güc dərəcəsi artır.
Benzin üçün yanacaq qatqıları
Yanacaq qatqılarını fərqləndirən əsas meyar – yanacaq növüdür. Benzin ilə işləyən sistemlər üçün 4 əsas əlavə növü mövcuddur:
- təmizləyicilər – sistemi çirk, çöküntü və tıxanmalardan təmizləyir;
- əmici vasitələr – yanacağı nəmdən azad edirlər;
- düzəldici – oktan rəqəmi göstəricilərini yüksəldir;
- universal – yuxarıdakı növlərin xüsusiyyətlərini birləşdirir.
Dizel sistemləri üçün qatqılar
Dizel ilə işləyən mühərriklərə gəldikdə isə, bu cür avtomobil qatqıları var:
- bakteriya əleyhinə - dizelin bakda uzun müddət olduğuna görə əmələ gələn göbələk və bakteriyaları məhv edir;
- setan artıran – setan rəqəmini artırır, xüsusilə soyuq mövsüm olduqda, və beləliklə mühərrikin səmərəliliyi artır;
- disperqatorlar – dizelin ayrı fraksiyalara bölünməsinin qarşısını alır (bu vəziyyətdə parafin aşağıya, maye hissəsi isə yuxarıya doğru hərəkət edəcək);
- köhnəlmə əleyhinə - elementlərin əlavə sürüşməsini təmin edərək, ayrı detalların aşınmasının qarşısını alır və mexanizmin fəaliyyət müddətiini uzadır;
- depresorlar – dizelin bulanma və bərkilməsinə səbəb olan temperaturu azaldır, aşırı mənfi temperaturlarda istifadə üçün faydalıdır;
- təmizləyici – yanacaq sisteminin təmizlənməsi üçün qatqılar his, qatran və yağ qalıqları, və digər çirklənmələri aradan qaldırır, bunun sayəsində qazların toksikliyi azalır.
Həmçinin bir neçə cür əlavələri özündə birləşdirən universal variantlar da mövcuddur.
Yanacaq qatqısı: seçim xüsusiyyətləri
Avtomobil üçün qatqıların seçimini etdikdə mühərrik növü və istifadə qaydalarına nəzər yetirmək vacibdir. Qış mövsümü zamanı (və ya qışa hazırlaşanda) donma temperaturlarını azaltmaq üçün vasitələr əldə etmək düzgün olardı. Soyuq temperatur uzun müddətli olduqda sadə avtomobillər üçün bakteriya əleyhinə qatqılar kifayətdir, fəal istifadə zamanı - təmizləyici və davamlılığını uzaldan vasitələrdən istifadə etmək olar. Universal əlavələri də seçmək mümkündür, lakin bəzən müəyyən növü seçmək tələb olunur.
Seçim zamanı hələ də tərəddüd edirsinizsə, o halda Maxi.az məsləhətçisi sizə köməklik göstərər. Tanınmış brendlərdən ən münasib qiymətlərə avtokimyavi vasitələri təklif edər. Sonra rahat bir şəkildə ödəməli, çatdırılma növünü seçməlisiniz - və əldə etdiyiniz məhsul artıq sizə doğru yola düşəcəkdir. Məhsulları kredit və ya taksit ilə də almaq mümkündür – şərtləri ilə məsləhətçi sizi tanış edəcəkdir. Aparıcı istehsalçıların avtomobil kimyası ilə avtomobilinizə keyfiyyətli qulluq bəxş edin.