İki sürətli drellər Bakıda satışı • MAXI.AZ

Drellər Bu kateqoriyada hal hazırda 6 məhsul var

Drel ən tanınmış və tələb olunan ev alətlərindən biri sayılır. Bir və iki sürətli drel modelləri mövcuddur.

İki sürətli alətlər öz universallığı ilə fərqlənir. İki iş rejimi xüsusi düymə ilə idarə edilir. Birinci sürətdə aşağı dövriyyələr və yüksək fırlanan moment müşahidə olunur. Bu sürət rejimi qazma, qarışdırma və bərkitmə kimi çətin prosesləri həyata keçirməyə imkan verir. Aşağı tezlik olduqda böyük diametrli qazma detallarının isinməsinə imkan vermir. Özü vurulan vintlərin bərkidilməsi asta dövriyyələr olduqda daha rahat olur.

İkici sürət qoşulduqda maksimum fırlanma tezliyinə nail olunur. Bu növ drellər daha funksionaldır – geniş istifadə spektrinə malikdir, ciddi yüklənmələr və kompleksli təmir işlərinə davamlıdır. Möhkəmləndirilmiş koprus, güclü mühərrik və reduktor, bəzi hallarda isə elektron idarəetməsi maddələri effektiv şəkildə qarışdırmaq, qalın səthli metal üzərində qazmaq, başlıqlarla taxta və ya kərpic üzərində işləməyə imkan verir.

Maxi.az internet-mağazasında müxtəlif brendlərdən iki sürətli drelləri əldə etmək olar. Bir neçə tanınmış modellərə nəzər yetirək:

1. Bolt çevirən Makita DF0300

Onun əsas fərqli cəhəti – 2,5 m uzunluğu olan şəbəkə kabelidir. Bu uzunluqda kabel gündəlik işlər üçün əlverişlidir. Nəticədə akkumulyatorları daima dəyişməyə ehtiyac qalmır. Bolt çevirənin kabeli keyfiyyətli rezindən istehsal edilmişdir və öz elastikliyini hətta şaxtalı havada itirmir. Alətin “cırcır” adlandırılan detalı mövcuddur, həmin detal vintin bərkidilməsi zamanı material səthinin pozulmaması üçün fırlanma momentini (bərkidilmə gücü) tənzimləyir. Alətdə tez sıxılan patron mövcuddur. Patrona başlıq və ya qazma detalını bərkidmək üçün heç bir əlavə açara ehtiyac yoxdur. Bundan əlavə revers düyməsi var. Bolt çevirən drel iki fırlanma sürətinə malikdir. Sürət düyməsi alətin yuxarı hissəsində yerləşir.

2. Zərbəli drel BOSCH GSB 24-2

Zərbəli drel BOSCH GSB 24-2 – çoxyönlü, iki sürətli, daş hörgüsü üzərində işlər üçün nəzərdə tutulmuş zərbəli mexanizmli elektrik qazma alətidir. Zərbəli drel optimal fırlanma momentini (maksimum göstəricisi 40 Nm qədər təşkil edir) yaradan planetar reduktor və həmçinin yüksək məhsuldarlığı olan güclü elektrik mühərrik ilə təchiz olunmuşdur. Drel fırlanma sürətinin tənzimlənməsinə də malikdir. Əsas xüsusiyyətlər:

  • metal korpusda 2-sürətli planetar reduktor;
  • güclü və məhsuldar elektrik mühərrik;
  • KickBack Control funksiyası sayəsində istifadəçinin qorunması;
  • sürət tənzimlənməsi;
  • revers funksiyasının mövcudluğu.

3. Akkumulytorlu zərbəli drel Makita DHP453RFE

Akkumulyatorlu zərbəli bolt çevirən drel Makita DHP 453 RFE – Makita brendinin yeni cərgəsindən olan alətdir. Drel qazma və zərbəli qazma işləri, bolt və vintlərin bərkdiliməsində istifadə edilir. Model fırçalı elektrik mühərrik və metal dişli planetar reduktor ilə təchiz olunmuşdur. Maksimum fırlanan moment 42 Nm təşkil edir. İki sürət rejimi mövcudur – 0-400/1300 döv/dəq. 18 V Li-Ion akkumulyator ilə işləyir.

Maxi.az mağazasında alış

Maxi.az internet-mağazasında “Alətlər və digər avadanlıq” bölməsində müxtəlif brendlərdən iki sürətli drellər geniş çeşidləri ilə təqdim olunmuşdur, münasib qiymətlər isə məhz sizə uyğun modeli seçmək imkanı verir. Müvafiq kataloqa keçin alın, sifariş edin – biz isə ən qısa müddətdə çatdıraq. Ehtiyac olduqda onlayn mağazanın satış məsləhətçisi lazımi məlumatı təqdim edə, uyğun variantları təklif edə və ödəniş və çatdırılma üsulları ilə tanış edəcəkdir. Nağd, kredit və taksitlə ödənişlər mümkündür.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml