Drellərin Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Drellər Bu kateqoriyada hal hazırda 4 məhsul var

Hər evdə ən əvəzolunmaz alətlərdən biri drel sayılır. Drel – müxtəlif materiallar üzərində dəliklər etmək üçün qazma detalına və ya digər kəsici alətə fırlanma hərəkətini verən əl, pnevmatik və ya elektrik alətidir, tikinti, bitirmə və digər işlərdə istifadə olunur. Müasir bazarda əsas altı növ drel əldə etmək mümkündür. Hər növün həm ümumi həm də tiplərinə uyğun fərqləri var:

Drel seçdikdə nəyə diqqət yetirmək vacibdir?

İşinizə uyğun drel seçərkən ilk növbədə modelin sinfinə nəzər yetirməniz vacibdir: məişətdə istifadə, yarı peşəkar və ya peşəkar yanaşma üçün. İstifadə məqsədini təyin etdikdə cari vəzifələri yerinə yetirmək üçün hansı növün daha uyğun olduğuna qərar vermək olar.

Zərbəsiz drellər

Zərbəsiz variantın əsas mexanizmi – hər bir elektrik alətdə olduğu kimi, motordur (elektrik mühərrik). İş zamanı motor fırlanır, fırlanaraq hərəkəti mil vasitəsilə reduktora ötürür. Reduktor mühərrikdən ötürülən həddindən artıq yüksək sürətli fırlanmanı nəzarətdə saxlayır, patronun fırlanma momenti artır. Drelin patronu keçmə milin köməkliyi ilə reduktora bağlanır. Patrona lazımlı qazma detalı və ya digər detallar bərkidilir.

Patron növləri

İki əsas patron növü mövcuddur – açar və tezsıxılan patronlar. Açar patronları açar ilə bərkidilir, bu proses vaxt sərfiyyəti və işçi qüvvəsini tələb edir. Tezsıxılan variant qazma detalını güc işlətmədən və dərhal dəyişdirmək imkanı verir. Patronun sıxılmasında maksimum və minimum diametrlər ola bilər, müxtəlif modellərdə 1.5 mm-dən 16 mm-dək. Maksimum diametr alətin yuxarı sinfə aid olduğunu göstərir, diametr nə qədər böyük olsa, alət o qədər peşəkar səviyyəlidir. İstifadəsi: dəqiq və təmiz qazma üçün istifadə olunur, plastik, metal və ya taxta üzərində incə dəliklər etməyə imkan verir; kərpic, beton və ya daş üzərində bu cür drel ilə işləmək tövsiyə olunmur.

Zərbəli drellər

Zərbəli drellərin üstünlüyü – məişət perforatoru və drelə aid funksiyaların özündə birləşməsidir. Bu səbəbdən zərbəli alətlər büdcəyə qənaət etmək və bahalı perforatorlara pul xərcləməmək imkanı verir. Zərbəli drellər bərk materiallar üzərində işləmək üçün zəruridir. Bu növ drel qazma və ya zərbəli qazma rejimində işləyir. Modelin əsas təyinatı – qazmadır. Beton, kərpic üzərində dəliklər qazmaq yalnız nadir hallarda ehtiyac olduqda əlavə bir funksiyadır. Dreli zərbəli rejimdə ümumi iş vaxtının beşdə biri zamanı istifadə etdikdə, alət uzun müddət sizə xidmət edəcəkdir. İstifadəsi: iki rejim aləti universal növə çevirir, onunla taxta, plastik və metal üzərində işləmək mümkündür, zərbəli rejim beton, kərpic və daş üzərində də işləmək imkanı verir.

Bolt çevirən drel

Bolt çevirənlər akkumulyatorla işləyir. Bu alətlər vintləri bağlamaq və əksinə açmaq üçün başlıqları hər iki tərəfə fırlada bilir. Bolt çevirənlər üçün akkumulyatorlar qiymət seqmenti, həcm, müxtəlif yaddaş effektləri və enerji toplama sürətinə uyğun müxtəlif növlərdə istehsal edilir. Akkumulyator nə qədər güclü olsa, o qədər ağır çəkiyə malikdir. İstifadəsi: bu drellər istənilən növ taxta, plastik, gipskarton, kiçik metal qurğuları, profillər üzərində qazma üçün yararlıdır. Lakin alətlərin əsas vəzifəsi – bolt, özü vurulan vint, sadə vintlərin sıxılması və açılmasıdır.

Künc drellər

Kiçik məkanda işləmək üçün zəruri bir alətdir. Mürəkkəb yerlərə çatması məqsədi ilə ucu nazikdir, bucaq forması istənilən küncdə işləmək imkanı verir. Şəbəkə və ya akkumulyatordan işləyən müxtəlif modellər mövcuddur. İstifadəsi: divarlar arası və ya tavan altında ola bilən dar məkanlarda, yaxın məsafədə yerləşən elementlər arasında rahat şəkildə işləyir.

Mikser drellər

Mikser dreli maye və ya səpilən maddələrin qarışdırılması üçün istifadə edilir. Əsas xüsusiyyətləri – yüksək gücü və minimum iki növ sürətin mövcudluğudur. Alətin qulpu əməliyyat zamanı dreli etibarlı şəkildə sabit saxlamalıdır. İstifadəsi: boya, mastik, gips qarışımları və digər tikinti maddələrini qarışdırmağa kömək edir; başlığın adi qazma başlığına dəyişdirmək imkanı var və bu halda taxta, metal plastinlər və ya gipskarton üzərində qazma işlərini etmək də mümkün olacaq.

Almaz drelləri

Bu növ alətlər çox güclüdür, ən qalın material səthindən keçməyə qadirdir. Qazma zamanı xüsusi almaz başlıqlardan istifadə edilir. 6 sm-dən iri dəlik etmək üçün dreli iş zamanı bərkitmək tövsiyə olunur. Qazma quru və ya nəm ola bilər: soyutmaq üçün sudan istifadə olunur. İstifadəsi: beton, dəmir-beton, daş və ya kərpic ilə işləmək imkanı verir, tikintinin müxtəlif sahələrində istifadə edilən güclü və peşəkar alətdir.

Maxi.az mağazasında alış – məhsul və xidmətlərin maksimum keyfiyyəti deməkdir!

Maxi.az internet-mağazasında sınaqdan keçmiş və tanınmış brendlərin drelləri təqdim edilir, geniş çeşidləri və münasib qiymətləri isə sizə ən uyğun olan modeli seçməyə imkan verir. Müvafiq kataloqa keçin, sifariş edin, biz isə alışlarınızı ən qısa zamanda çatdıraq. Ehtiyac olduqda, onlayn mağazanın satış məsləhətçisi lazımi məlumatı verə, uyğun variantları təklif edə və ödəniş və çatdırılma üsulları ilə tanış edə bilər. Nağd və ya kredit yaxud taksitlə ödəniş imkanları mövcuddur.
[/az] [az]

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml