Müasir zamanda həyatımızı elektrik alətlər olmadan təsəvvür edə bilmirik. Onlardan həm müəyyən sənət sahibi olan insanların işlərində həm də adi məişətdə xırda təmir və ya mebel quraşdırılması üçün istifadə olunur. Elektrik tikinti alətləri yanacaq alətinə alternativ olaraq daha ekoloji və rahatdır, həmçinin ev işlərində əla köməkçi kimi iştirak edirlər.
Elektrik alətlərin əsas növləri
Müasir zamanda bir çox tikinti elektrik alətləri mövcuddur, lakin yenə də bir neçə əsas kateqoriyanı ayırmaq olar:
- Dəlik qazma alətləri — сюда можно отнести drel və perforatorlar. Hər növün özünə məxsus cəhətləri var, lakin əsas iş prinsipi - başlığın yüksək sürətlə fırlanmasındadır (bəzən daha dayanıqlı materiallarla işləməyə imkan verən əlavə geri və irəli zərbə hərəkəti ilə).
- Vintləmək üçün elektrik alətlər — bu kateqoriyaya boltçevirən , qaykaburan daxildir. Əsas istifadə məqsədlərindən (bolt, qayka və digər birləşdirici detalların yeridilməsi və çıxarılması) başqa, başlıqlarını dəyişərkən onlardan məişətdə burma/oyma üçün də istifadə edilir.
- Cilalama alətləri — burada yastı və düz itiləyici maşınlar, həmçinin onların bucaqlı növünü (bolqarka) qeyd etmək olar. Bunlardan əlavə xüsusi cilalama maşınları da mövcuddur.
- Frezer/oyma üçün elektrik alətlər – şaquli tipli frezerlər – bu məqsəd üçün ən məşhur qurğulardır.
- Metal/taxta kəsimi üçün — bu məqsədlərə elektrik rəndlər, gücü ilə fərqlənən müxtəlif növ elektrik mişarlar (dairəvi, qılınc, zəncirli, lentli, dirəkli) istifadə edilir.
- Göstəriciləri ölçən alətlər — multimetrlər — elektrik ilə bağlı işlərdə əvəzolunmazdır.
Həmçinin Maxi.az mağazasında bu tipli elektrik alətlər də əldə edə bilərsiniz: lobziklər,
texnofenlər, bağ işləri üçün kolqıran və trimmerlər,
nasoslar,
elektrik xırmanlar,
renovatorlar(cilalayıcı maşın, bolqarka və qılınc tipli mişar kimi qurğuların xüsusiyyətlərini birləşdirmiş universal alətlər),
qanovqazanlar. Kataloqda hətta taxta emal etmək üçün reysmus dəzgahı da mövcuddur.
Enerji təchizatı növü
Enerji təchizatı növü üzrə alətlər iki kateqoriyaya bölünür:
şəbəkəli və akkumulyatorlu. Birinci növ daha büdcəlidir, əlavə enerji yığımına ehtiyacı yoxdur. Ikinci növ isə daha yığcamdır, və kabeli istifadə olunan məkana qədər uzatmaq çətin olduqda və ya heç mümkün olmadıqda, daha rahatdır. Məsələn, akkumulyatorlu alətlər evdən kənarda görülən işlər zamanı, və ya tez tez elektrik kəsilməsi olan evlərdə istifadə üçün rahatdır.
Maxi.az internet-mağazasında tanınmış ticarət markalarına məxsus elektrik alətləri münasib qiymətlərə əldə edə bilərsiniz. Saytda bu sahəyə aid ən yeni məhsullar təqdim edilir – erqonomik, güclü və davamlı. Satış birdəfəlik ödəniş şəklində, yaxud taksit və ya kredit verilməsi ilə həyata keçirilə bilər (şərtlər hər bir məhsul üçün fərdi olaraq müəyyən edilir).
Seçim zamanı çətinlik olduqda mütəxəssisimiz model və ticarət markasını seçməyə və həmçinin alışınızın maksimal dərəcədə uğurlu və münasib qiymətə olduğuna köməklik göstərəcəkdir. Bundan əlavə müştərilərimizə çatdırılmanın bir neçə rahat variantlarını təkif edirik – sizə ən uyğun olanı seçin, biz isə məhsulları tez bir zamanda çatdıraq.