Printerlər və skanerlər artıq uzun illərdir ki, həyatımızın daimi hissəsi olmuşdur. Ofisdə və ya evdə sənədləri və ya fotoşəkilləri kopyalamağa, skan etməyə hər zaman ehtiyac var. Bu cihazları necı düzgün seçmək olar? Çap və skan üçün ayrı cihazlar almağa dəyərmi?
Əlbəttə, özündə bir neçə orqtexnika funksiyalarını birləşdirən ÇFC (çoxfunksiyalı cihaz) əldə etmək daha rahat və sərfəli olar. Bu növ aparatlarda istənilən sənədləri skan, çap və kopiya etmək olar. Lakin bir çox hallar olur ki, skaner və ya printer cihazlarını ayrıca almaq daha məqsədə uygundur.
Planşet skanerlərində sənəd şəffaf planşet üzərinə yerləşdirilir, daha sonra xüsusi arabacıq sənəd üzərindən keçərək məlumatları oxuyur. Bu növ cihazlar böyük sənədlərin skan edilməsi üçün uyğun deyil.
Plyonkalı skaner cihazları şəffaf sənədlər (məsələn, slaydlar) ilə işləmək üçün uyğundur. Bu növ aparatlar əksər hallarda foto studiyalar üçün əldə edilir, və ofislərdə çox nadir olur.
Barabanlı cihazlarda skan nəticələrinin yüksək keyfiyyətini qeyd etmək olar. Buna görə də aparatlar yüksək qiymətə malikdir. Adətən bu növ modellər böyük idarələr və ya şirkətlər üçün əldə edilir.
Bu növ skanerlər ofislərdə istifadə edilir, sənədlər avtomatik şəkildə skan edilir. Vərəqlər ayrıca skan edildikdə proses daha yüksək sürətlə həyata keçirilir.
Yığcam ölçüdə əl skanerləri də mövcuddur. Burada çox yüksək keyfiyyət olmur, lakin proses sürətlə gedir və cihaz rahat şəkildə daşınılır. Sənədləri yol şəraitində təcili skan etmək lazım olduqda bu funksiya çox rahatdır.
Skan cihazlarını aldıqda aşağıdakı göstəricilərə nəzər yetirmək tövsiyə olunur:
Lazer printerinin iş prinsipi kseroqrafik çap üzərində qurulur, lakin burada, kserokopiyadan fərqli olaraq, printerin işığa həssas elementlərini lazer şüası ilə skan etməklə görüntülər çap edilir. Lazer cihazlarında nəm və rəng itkisinə davamlı olan yüksək keyfiyyətli çap əldə edilir.
Bu növ cihazlar (LED printer) lazer printerlərinə bir qədər bənzəyir, lakin mühüm fərqləri də var. Əsas fərq – fotosilindrin işıqlandırmasıdır, burada LED işıqlar silindirn bütün uzunluğu boyunca bərabər şəkildə yerləşir, işıqların sayı 10000 və daha artıq ola bilər.
Jet printerlərində çap prosesi nöqtə üsulu ilə həyata keçirilir. Xüsusi matris maye boyalar ilə rəngli çap prosesində iştirak edir. Bu printerlərdə 2 növ boya ötürülməsi olur – fasiləsiz və ya tələb olunanda. Birinci halda boyalar fasiləsiz şəkildə cihaza ötürülür, ikinci halda isə mürəkkəb yalnız tələb olunduğu anda kağız üzərinə ötürülür.
Sublimasiya printerləri ilə çap prosesi qalın səthlər üzərində həyata keçirilir. Məsələn, CD, DVD disklər və ya plastik kartlar üzərində.
Matris printeri zərbə üsulu ilə işləyir. Çap edən başlıq üzərindəki iynələr ilə kağız səthinə zərbələr vurur, və beləliklə nöqtəli çap əmələ gəlir. Əksər hallarda 9 və 24 iynəli matris printerlərindən istifadə olunur. Modellərin çoxusunda kağızın əl ilə yüklənməsi tələb edliir.
İstədiyiniz skaner və ya printer cihazını Maxi.az internet mağazasında ən münasib qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.