Monitor kompüter, smartfon və digər qadcetlərdən gələn məlumatları əks etdirən cihazdır. Monitorlarda televizorlarda olan tüner və dekoder kimi elementlər mövcud deyil. Beləliklə, monitorlar televiziya yayımından gələn məlumatları qəbul edib nümayiş etdirə bilmir. Displey, korpus, idarəetmə plataları və qida bloku monitorun hissələridir.
80-cı illərdə satışa çıxarılan ilk kompüterlərdə olan monitorlar lampalı panel ilə təchiz edilirdilər. Həmin panellərin sayəsində istifadəçi qeydiyyat bitlərindən birinin vəziyyətini (söndürülmüş və ya qoşulmuş olmasını) görə bilirdi. Daha sonra mühəndislər KŞB (katod şüa borusu)-displeylərə keçdilər, nəticədə məlumatın ekrana çıxarılıması mümkün oldu.
Ən müasir displeylər arasında alıcılar daha tez LCD ekranlara üstünlük verir, ən tələb olunan isə LED və OLED displeylərdir.
Maye kristal matris daxilində maye kristallar olan şüşə paneldir. Kristallar üçün xüsusi çalarlar dəyişimi sxemi mövcuddur – RGB (yani qırmızı, yaşıl və göy).
Maye kristal monitorun hissələri:
Televizor və flaqman smartfonların istehsalında LCD ekranlardan istifadə olunur.
TFT – maye kristal ekranların sadə növüdür, burada nazik örtüklü tranzistorlardan istifadə olunur. Daha çox LCD TFT monitorlar əldə edilir.
LCD tipli monitorlar piksel və subpiksellərdən ibarətdir. Onların sayəsində istifadəçilər monitorlarda milyonlarla rəng və çalar görürlər. Hər bir monitor rəng, şaquli və üfüqi filtrlər, şəffaf elektrodlar və maye kristal hissəciklərdən (molekullar) ibarətdir. Piksellər ekrana rəngləri ötürür və beləliklə hazır şəkil yaranır. LED işıqlandırma və matris görüntünün displey üzərində göstərilməsini təmin edir.
Maye kristal IPS matris 178° şaquli və üfüqi baxışa malikdir. IPS yüksək kontrastlıq və bütün rəng və çalarların ötürülməsini təmin edir. Sayəsində istifadəçi dəqiq və parlaq, təbii rənglər olan görüntüdən həzz alır. IPS displey ilə internetdə aparılan işlər, film izlənilməsi, fotoşəkillərin redaktə edilməsi ideal şəkildə həyata keçirilir.
LED monitorların əsasını işıqdiod (LED) işıqlandırma təşkil edir. LED işıqların texnologiyası enerjiyə qənaət edir, qızmır və intensiv yüklənmələr nəticəsində korlanmır. Bu xüsusiyyət texnika istehsalında aparıcı brendlər arasında geniş şəkildə istifadə olunur. TV və kompüterlər ekranlarında tətbiq edilir.
Satışda daha tez LED (işıqdiod işıqlandırma) və OLED (bu texnologiyada əsas orqanik işıqdiodlardır) növlərinə rast gəlmək olar. OLED monitorlar daha çox yeni TV və smartfonların ekranlarında istifadə olunur.
Plazma monitorlarının texnologiyası artıq köhnəlmiş sayılır və satışlarda çıxarılmışdır. Plazma texnologiyasında ekranın hər bir hüceyrəsi ayrıca işıqlandırılan elementdir. Yüksək sürətli işıltı baş verdikdə istifadəçi artıq hazır görüntünü seyr edir. Bu növ monitorların üstünlükləri:
Monitor növünü seçdikdə istifadə məqsədlərinə diqqət yetirmək vacibdir. Kompüter oyunları üçün əldə etdikdə kliklərə yüksək sürətli cavab verən, dizaynerlər üçün isə rəng çalarlarını dəqiqliklə çatdıran cihazları seçməyə dəyər. LED monitorlar daha populyar, OLED isə daha bahalı variantdır.
Maxi.az internet mağazasında “Rəqəmsal texnika” bölməsində istədiyiniz monitor modelini ən optimal qiymətə əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.