Bir çoxumuz ofis və ya ev kompüteri üçün hansı klaviaturanı seçməklə maraqlanırıq. Və əsas kriterilər praktiklik, keyfiyyət və rahat istifadəsidir.
Klaviaturanın əsas funksiyası düymələri sıxaraq mətn və ya rəqəmləri çap etməkdir. Burada ən əsas sürət, səs səviyyəsi və düymələrin tez cavab verməsidir.
Bu növ klaviaturalarda əsas element düymələrin altında yerləşən elastik membrandır. Elastikliyi sayəsində düymələr sıxıldıqda, membran öz formasını itirmir, əvvəlki vəziyyətinə qayıdır. Səssiz iş və hərflərin rahat şəkildə çap olunması bu cür cihazın üstünlüyüdür. Lakin mənfi cəhətləri də mövcuddur – düymələr davamlı deyil, tez bir zamanda zəifləyir və təxminən 5-10 milyon klikdən sonra onlar artıq yararsız hala gəlir.
Ən davamlı klaviatura növlərindən biri sayılır. Onun iş prosesi qayçı prinsipinə bənzəyərək, düymənin altında olan iki qövs kəsişməsindən ibarətdir. Düymə altında olan başlıq kontaktları bağlayır. Bu növ cihazların üstünlüyü: səssizlik, uzun müddətli istifadə, düymələrin bərkidilmə keyfiyyətidir. Mənfi cəhətləri də mövcuddur – uzun müddətli istifadə klavişlərin ilişməsinə gətirə bilər.
Bu tipli cihazlarda hər bir düymə ayrı ayrılıqda işləyir, hər birinə aid kontakt düyməsi və geri qayıdan yaydan ibarət olan müstəqil mexanizm mövcuddur. Çap prosesində düymələri güclü sıxmağa ehtiyac yoxdur, 2 mm dərinliyə qədər kifayət edir. Belə mexanizm mətn çapını asanlaşdırır və daha sürətlə çap etməyə imkan verir. Cihazın üstünlüyü ondan ibarətdir ki, düymələrin davamlılığı sayəsində 50 mln qədər təşkil edən sıxma resursu da artır. Mexanik klaviaturaya qulluq da asan olur, toz və xırda hissəciklərdən asanlıqla təmizlənir. Mənfi cəhətləri arasında artıq səs və daha yüksək qiyməti qeyd etmək olar.
Şəxsi kompüterlər üçün mexanik klaviaturalarda düymə mexanizmlərinin bu növləri mövcuddur:
Klaviaturaların ən tanınmış forması klassik formadır. Düz və ona oxşar düzbucaq düymələrdir, düymələrin sıx şəkildə yerləşməsi 10 barmağın hamısı ilə eyni zamanda çap etməyə imkan verir.
Bu növdə ən əsas klavişlərin qeyri-adi - romb şəkində yerləşdirilməsidir. Bu cür düzülməsi sayəsində əllər və barmaqlar gec yorulur.
Aşağı profilli klaviaturada işləyərkən barmaqlar yorulmur və çap sürəti bir neçə dəfə artır.
Bu cür cihazda düymələr arası məsafə sayəsində düymələrə toz və su daxil olmur.
Yığcam klaviatura az yer tutur, əsasən mətn çapı üçün istifadə edilir, rəqəmsal paneli mövcud deyil.
Qoşulma üsulu üzrə klaviaturalar naqilli və naqilsiz olur. Naqilli klaviaturaların qoşulması adından məlum olduğu kimi, kabel köməkliyi ilə həyata keçirilir. Naqilsiz növlər üçün Bluetooth və ya USB mövcudluğu zəruridir və qiyməti daha yüksəkdir. Naqilsiz klaviaturalar yerə qənaət edir, monitor ətrafında istənilən məsafədə yerləşdirilə bilər.
Azərbaycanda ən populyar internet-mağaza olan Maxi.az-da “Rəqəmsal texnika” bölməsində istənilən növ klaviaturanı əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. İstədiyiniz modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.