Noutbuk üçün atlıq Bakıda Azərbaycanda satışı • MAXI.AZ-da qiymətlər

Noutbuklar üçün altlıqlar Bu kateqoriyada hal hazırda 4 məhsul var

Müasir istifadəçilərin əksəriyyəti şəxsi kompüterlərdən daha çox noutbuklara üstünlük verir. Əsas səbəb - daşınma rahatlığıdır. Mənfi tərəfləri də mövcuddur – köhnəlmiş detalları dəyişdirmək çox çətindir. Belə hallarda xarici cihazlar həddindən artıq qızma probleminin öhdəsindən gələ bilər. Soyuducu altlıqlar məhz bu cür hallar üçün faydalıdır.

Noutbuklar üçün altlıqların üstünlükləri:

  • 1. Laptopu iş prosesinə uyğun rahat vəziyyətdə saxlayır. Bundan əlavə, cihaz görmə və əzələlər üzərinə düşən yükü azaldır.
  • 2. Altlıqdan istifadə etdikdə noutbuk daha gec sıradan çıxır.

Həddindən artıq qızma zamanı və nəticədə noutbukun zəifləməsi olduqda; isti hava şəraitində və ya otaqda normadan yüksək hava temperaturu olduqda; noutbukdan dizlər üstündə və ya yumşaq səth üzərində istifadə etdikdə; mürəkkəb proqramlar və ya oyunlardan istifadə zamanı; və daha bir çox digər problemlər baş verdikdə soyuducu cihazı əldə etmək tövsiyə olunur.

Noutbuk üçün altlıq əldə etdikdə nəyə diqqət yetirmək lazımdır?

Altlıq seçimi üçün əsas məqamlar:

  • konstruksiya növü, ölçülər, soyutma növü;
  • material;
  • çəki;
  • gücü, diametri və ventilyatorların sayı, səs səviyyəsi;
  • təchizatı.

Noutbuklar üçün soyuducu altlıqların növləri

Altlıqları noutbuku masa səviyyəsindən bir qədər yüksəkdə (istifadəçinin istəyindən asılı olaraq) saxlayan müxtəlif səviyyəli ayaqları ilə qatlanan masa ilə müqayisə etmək olar.

Perforasiya edilmiş altlıq münasib qiymətə və mürəkkəb funksiyaları olmayan tam adi bir növdür. Bu cür cihazlar yalnız əyilməni tənzimləyə bilər. Yumşaq və sərt altlıq seçimi mövcuddur. Yumşaq altlığı masa üstünə yerləşdirmək olar, sərt növün aşağı hissəsində yastıq var. Noutbuku diz üstündə istifadə etdikdə bu nov altlıq uyğundur.

Eyni zamanda bir neçə funksiyaya malik olan altlıq-masalar mövcuddur. Hündürlüyü, əyilmə bucağıını tənzimləmək olar. Bu cür cihazlarda kompüter siçanı üçün yer nəzərdə tutulmuşdur. Geniş funksiya diapazonlu altlıqlar ağır çəki, böyük ölçülərə malikdir, və nəticədə qiyməti də daha yüksək olur.

Soyutma növü iki cür olur – passiv və aktiv. Passiv soyutma noutbukdan istiliyi udur və eyni zamanda havanı dövr edir. Bu variant həddindən artıq istilik olmaqdıqda uyğundur. Aktiv soyutmada quraşdırılmış ventilyatorlardan istifadə edilir. Bu növ daha effektivdir (noutbukun temperaturunu 5-15 dərəcəyə qədər endirir), lakin qiyməti də daha bahadır. Aktiv soyutma zamanı daha çox enerji sərf edilir və səs yaranır.

Materiallar, çəki və ölçülər

Altlıqların istehsalında plastik, taxta, alüminium və ya mis istifadə edilə bilər. Mis və alüminium ən effektiv material sayılır.

Ölçülərin seçimində cihazın diaqonalına nəzər yetirmək lazımdır. Asan daşınması üçün yüngül çəki önəmlidir.

Noutbuk altlıqlarının funksiyaları və təchizatı

  • elektrik şəbəkədən birbaşa qidalanma və ya USB;
  • bərkidici detallar;
  • çıxarılan ventilyatorlar;
  • noutbukun səsini artıra bilən dinamiklərin mövcudluğu;
  • işıqlandırma və ya quraşdırılmış lampalar;
  • siçan üçün xüsusi yerin mövcudluğu;
  • çəkməcə;

Maxi.az-da alış – hər zaman rahat, münasib və sürətli

Azərbaycanda ən tanınmış ve sevilən Maxi.az internet mağazasında “Rəqəmsal texnika” bölməsinə keçərək noutbukunuz üçün ən uyğun altlığı Bakıda mümkün olan ən münasib qiymətə sifariş edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml