Shivaki LED US43H1401 televizor modeli incə çərçivəli nazik ekrana malikdir. LED işıqlandırması isə korpusun eleqant dizaynını daha da vurğulayır. Bu cür televizor istənilən interyerə bəzək verər və evin ümumi tərzinə uyğun olar.
TV SHIVAKI US43H1401 Android 9.0 əsasında 1920x1080 (Full HD) imkanlı ekrana malikdir, diaqonalı 43 düym təşkil edir. İki HDMI girişindən əlavə xarici daşıyıcılar və media faylların qoşulması üçün nəzərdə tutulmuş iki USB portu mövcuddur. Model Ethernet ev internetinə qoşulmaq üçün internet girişə də malikdir, həmçinin WI-FI vasitəsilə naqilsiz qoşulma mümkündür.
TV Shivaki LED US43H1401 DVB-T/T2/C/S2 rəqəmsal və peyk tünerləri ilə təchiz edilmişdir, həmin tünerlər analoq və rəqəmsal kabel televiziyasını birləşdirməyə imkan verir. Bundan əlavə, yüksək dəqiqliyə malik HD kanal paketləri qoşula bilər.
Time Shift – fasiləni canlı görüntüyə çevirə bilən funksiyadır. Bu xüsusiyyət futbol matçını və ya digər maraqlı verilişi izləyərkən təcili çıxmaq lazım olduqda faydalı olur.
Ən maraqlı funksiyalarından biri - səs azaldılması sistemidir. O, görüntünü zəif siqnaldan yaranan səs-küydən təmizləyir. Bu cür sistem ekranda hər zaman parlaq və aydın görüntüdən həzz almağa imkan verir.
TV Shivaki LED US43H1401 həm maraqlı proqramlar, xəbərlər və müxtəlif kanalların təklif etdiyi bütün verilişlərə baxmaq, həm də internetdə əyləncəli media proqramlarını (filmlər, cizgi filmləri, TV şouları, elmi filmlər və s.) izləmək üçün yaradılmışdır.
Həmçinin səs ilə axtarış dəstəklənir.
TV Shivaki LED US43H1401 televizor modelini internet mağazamızda asanlıqla əldə edə bilərsiniz. Bunun üçün sadəcə Maxi.az saytına daxil olun və ən münasib qiymətə sifariş edin. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.