Samsung televizorlar Bakıda satışı • MAXI.AZ-da qiymətlər

Televizorlar Bu kateqoriyada hal hazırda 2 məhsul var

Samsung televizorları

Artıq heç birimiz nə həyat nə də evimizi televizorsuz təsəvvür edə bilmərik. Televiziya vasitəsilə müxtəlif məlumatlar, sevimli filmlər və seriallar, idman yarışları və talk-show izləyirik. Müasir bazarda müxtəlif büdcə, texnologiyalara uyğun geniş seçim təklif olunur. Diaqonal, funksiyalar, smart-fuksiyanın mövcudluğu, ekran imkanları və bir çox digər aspektlər cihazların qiymətinə təsir edir.

Samsung şirkəti keyfiyyətli televizorların istehsalında ən tanınmış və populyar brendlərdən biridir. Kino sevərlər arasında ən populyar olan 4K yayımı təmin edən 55 düym modellərdir.

Alış etdikdə növbəti məqamlara nəzər yetirmək tövsiyə olunur:

  • Baxış bucağı;
  • Matris;
  • Modelin rəqəmsal imkanları;
  • Diaqonal;
  • Ekranın kontrastlıq və parlaqlığı;
  • Səs sistemi.

Diaqonalı düzgün seçmək üçün televizora qədər məsafəni ölçmək vacibdir. Matrislər 2 növə bölünür –  LED və QLED. QLED televizorlar yüksək parlaqlıq, daha geniş rəng ötürülməsi diapazonuna malikdir. LED modellərdə gərginliyin təsiri altında yerini dəyişən maye kristallar mövcuddur.

Samsung televizorlarının xüsusiyyətləri

Samsung-dan geniş çeşiddə texnologiyalarla yanaşı, diqqət yetirməyə dəyər ümumi xüsusiyyətlər:

  1. HDR – keyfiyyətli və realistik görüntünü təmin edən funksiyadır;
  2. Smart TV - bu funksiya sayəsində istifadəçilər internet vasitəsilə ötürülən istənilən məzmunu izləyə bilərlər;
  3. Bluetooth siçanı, klaviaturanı, dinamikləri və s. naqilsiz qoşmağa imkan verir;
  4. Router vasitəsilə WiFi sosial şəbəkələr, saytlar, YouTube istifadə etməyə imkan verir.

Müasir dizayn növləri istənilən interyer həlləri ilə uyğunlaşa bilər. Brend televizorların dizaynına xüsusi diqqət yetirir. Hətta televizorların çərçivələrini dəyişdirmək olar. İncə və eleqant çərçivə boz, qara, gümüşü və ağ rəngdə ola bilər.

Samsung-da ən yenilikçi texnologiyalardan istifadə edilir:

  1. Neo QLED — artıq mövcud olan Samsung QLED versiyasının yeni mərhələsidir. QLED texnologiyası kvant nöqtəli LED işıqlandırma deməkdir. Burada kiçik işıqdiodlardan ibarət ən yeni işıq mənbəyi olan Quantum Mini LED istifadə olunur. Onların sayəsində detallı görüntü əmələ gəlir və işıqlandırma ilə idarə edilir.
  2. The Frame Samsung – bu, Samsung televizorunun bir növüdür, ekranında istənilən təsviri yerləşdirib, rəsm əsəri kimi istifadə etmək olar. Təsvir əhval və istəyə görə dəyişdirilə bilər. Burada istənilən interyer dizayna uyğun həmçinin çərçivələri də dəyişdirmək mümkündür.  
  3. Samsung Sero – qeyri-adi dizayna malik TV modelləridir. Çevrilən ekran istifadə edilir, ekranın movqeyini şaquli və ya üfüqi etmək olar. İnternet kontent, sosial səhifələr və digər məlumatlara baxmaq üçün çox uğurlu həll yolu hesab olunur. 

İndi isə istifadəçilər arasında bir neçə ən populyar TV Samsung modelləri barədə daha detallı məlumat.

TV Samsung UE43AU8000U

Samsung UE43AU8000U modeli 43″ diaqonala malik ekran ilə təchiz edilmişdir. Crystal 4K prosesoru görüntü keyfiyyətini yaxşılaşdırır və 4K qədər çatdırır. Cihazda VA matrisi, və həmçinin Edge LED işıqlandırması quraşdırılmışdır. Ekranın baxış bucaqları 178˚, yenilənmə tezliyi isə 60Hz təşkil edir. Dynamic Crystal Color texnologiyası 1 mlrd rəng çalarları sayəsində canlı rəng ötürülməsini təmin edir, beləliklə ekran üzərində realistik görüntü yaranır. High Dynamic Range texnologiyası da mövcuddur, onun sayəsində parlaqlıq səviyyəsi yaxşılaşır və eyni zamanda rənglər zəngimləşir, aydın detallaşma baş verir. Auto Motion Plus və Motion Xcelerator texnologiyaları sayəsində televizor Samsung UE43AU8000U kadrları yoxlayır, onların hərəkətlərini daha axıcı edir. Bundan əlavə, Dolby Digital Plus HDR10, HDR10+ və HLG kimi texnologiyalar da dəstəklənir.

Samsung UE32T5300AU

Büdcəli modellər sırasından Samsung UE32T5300AU televizorunu qeyd etmək olar. Televizor 32″ düym diaqonallı Full HD ekrana malikdir. Sayəsində rənglər diapazonunun zənginləşməsi, aydınlığın artırılmasını təmin edən High-Dynamic Range (HDR) texnologiyası mövcuddur. Təbii rənglərin ötürülməsi PurColor texnologiyasının köməkliyi ilə əldə edilir. Təsvirin korreksiyası və detalların təkmilləşdirilməsini təmin edən Ultra Clean View texnologiyası da dəstəklənir. Bunlardan əlavə, Contrast Enhancer (kontrastlığı yaxşılaşdırır), Motion Rate və PQI 1000 (dinamik səhnələrdə görüntünü dəqiqləşdirir), Dolby Digital Plus (səs keyfiyyətini artırır), Multiroom Link (digər otaqlarda səsə qulaq asmaq üçün) texnologiyalar da dəstəklənir.

Samsung QE65Q700TAU

Bu model 65 düym çərçivəsiz ekran ilə təchiz edilmişdir, ekran imkanları 7680×4320 təşkil edir. Görüntü keyfiyyəti 8К səviyyəsindədir. QE65Q700TAU modelində süni intellekt dəstəklənir, sayəsində görüntünün realistik olması təmin olunur. İşıqlandırma şəraitindən asılı olaraq, parlaqlıq səviyyəsi müntəzəm olaraq dəyişir. Beləliklə, izləyici daima ideal görüntünü seyr edir. Həmçinin Direct Full Array 12x, Contrast Enhancer, Ultra Black, HDR10, HDR10+, HLG, Quantum HDR 1000 texnologiyaları dəstəklənir. Hərəkət və dinamik səhnələrin təsvirinin aydın və dəqiq olması üçün Motion Rate 100 və Auto Motion Plus kimi texnologiyalardan istifadə edilir.

Bu model 6 ədəd dinamik (ön, kənar və yuxarı) sayəsində güclü səsə malikdir. Televizor ekranı bölünmək qabiliyyətinə malikdir – bir tərəfində hal hazırda nümayiş edilən məlumatı, digər tərəfində isə smartfonun ekranını göstərə bilər.

Bu və bir çox digər maraqlı və keyfiyyətli Samsung televizorlarını Maxi.az-da əldə edin.

Maxi.az-da alış – hər zaman yüksək keyfiyyət və münasib qiymət deməkdir.

Samsung televizorlarının qiymətlərini necə öyrənmək və harada sərfəli qiymətə əldə etmək olar?

İstənilən model  Samsung televizorlarını Maxi.az internet mağazasında ən sərfəli qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Samsung televizorlarını həmçinin mağazalarımızdan da əldə edə bilərsiniz.    

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml