Şəbəkə filtrləri və uzadıcı: Bakıda kreditlə satışı - MAXI.AZ

Şəbəkə filtrləri və uzadıcılar Bu kateqoriyada hal hazırda 14 məhsul var

Şəbəkə filtri və uzadıcı – bu iki cihazın fərqi nədədir? Hər ikisi içində müxtəlif sayda rozetkalar və şəbəkəyə qoşulması üçün kabel olan plastik korpus şəklindədir. Onların əsas fərqi filtrin qoşulma/söndürmə düyməsinin mövcudluğudur. Qiymət fərqi də var, uzadıcılar daha ucuz qiymətə satılır. Bundan əlavə daha bir vacib fərqi qeyd etmək olar – şəbəkə filtrlərini bir birinə qoşmaq olmaz, uzadıcıları isə mümkündür.

Uzadıcı

Bu cihaz sadə rozetkaya bənzəyir. Uzadıcı kabelin köməyi ilə elektrik şəbəkəsi və elektrik cihazlar arasındakı məsafə məsələsi həll edilir. Məsələn, drel və ya tozsoranı qoşmaq lazım gəldikdə və rozetka balkonda olduqda uzadıcı kömək edəcək. Burada vacib bir nüansa nəzarət yetirmək lazımdır – uzadıcı və ona qoşulan bütün cihazların güc uyğunluğu.

Şəbəkə filtri

Şəbəkə filtri adi uzadıcı ilə eyni funksiyaları yerinə yetirir. Lakin eyni zamanda, elektrik şəbəkəsində qısa qapanma və yüksək tezlikli müdaxilələrdən qoruyur. Elektrik cərəyanın kəskin artması baş verdikdə qoruyucular yana və onları dəyişmək lazım ola, bəzən də elektrik cihazın özü də sına bilər. Şəbəkə filtrində texnikanın yanmasının qarşısını alan qoruyucu mövcuddur.

Şəbəkə filtrlərinin seçimi zamanı aşağıdakı məqamlara diqqət yetirmək vacibdir:

  • korpusun qurğusu – möhkəmliyi, hermetikliyi, plastikin keyfiyyəti, xarici təsirlərdən qorunma səviyyəsi (IP65 standartından aşağı olmamalıdır).
  • rozetkaların torpaqlaması.
  • kabelin materialı.
  • kabelin uzunluğu (standart uzunluq 1,8 m).
  • korpus üzərində aydın şəkildə əks olunmuş yazılar olmalıdır, istehsalçının loqosu, parametrlər.
  • zərbələrə davamlılıq.
  • isinməyə davamlılıq.

Maxi.az-da alış

Maxi.az onlayn mağazasında müxtəlif növ uzadıcı və ya şəbəkə filtrlərini ən münasib qiymətə əldə edə bilərsiniz. Sifariş etdikdə hər hansı bir çətinlik olarsa mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.

btn_google_dark_normal_ios Created with Sketch. image/svg+xml