Xiaomi Redmi Note 9 3GB/64GB 2020-ci ilin may ayında təqdim olunmuş MediaTek Helio G85 çipseti ilə işləyən ilk smartfonu olmuşdur. Smartfonun ən maraqlı xüsusiyyətləri – 6,53 düym ölçülü displeyi, 48Mp fotosensorlu dördlü kamerası və 5020 mAs böyük həcmli akkumulyatorudur.
Redmi Note 9 ekranı ehmalca çərçivəyə keçən yuvarlaq kənarları ilə Corning Gorilla Glass 5 qoruyucu şüşə ilə örtülmüşdür. Yuxarıda qeyd edildiyi kimi, smartfonun ekran diaqonalı 6,53 düym təşkil edir və kameranın yuxarı sol bucaqda mövcud olan boşluğa yerləşdiyi sayəsində ekran çərçivələri olduqca nazikdir. Model boz rəngdədir.
Telefon iki SİM-kart slotu, FM radio və standart audio girişi ilə təchiz olunub. Smartfon həmçinin Miracast vasitəsilə ekranın uyğun televizorlara/monitorlara/proyektorlara simsiz yayımını dəstəkləyir.
5020 mAs həcmli böyük batareyanın enerji toplaması üçün smartfonun aşağı hissəsində yerləşən USB Type-C girişindən istifadə edilir.
Xiaomi smartfonu üzərində MIUI 12 örtüyü olan Android 10 əməliyyat sistemi ilə işləyir.
MIUI 12 geniş funksiyalar və interfeysin müxtəlif optimallaşdırmalarını təqdim edir. Ən gözəçarpan yeniliyi isə İdarəetmə mərkəzi və iOS-a çox bənzəyən son istifadə edilmiş proqramlar üçün yeni növ menyu.
Smartfonda Bluetooth 5.0 istifadə edilir, təmassız ödənişlər üçün isə NFC modulu mövcuddur.
Wi-Fi modulu 2.4 və 5 HHz diapazonda 802.11 a/b/g/n/ac standartlarını dəstəkləyir.
Məkanı müəyyən etmək üçün smartfon GPS, Galileo, BeiDou və GLONASS peyk sistemlərindən, həmçinin yerüstü SBAS sistemindən istifadə edir.
Redmi Note 9 səsli zənglərini LTE operator şəbəkəsi (hər iki SİM üçün keçərlidir) ilə etməyə imkan verən dual VoLTE dəstəkləyir. VoWiFi texnologiyası da mövcuddur.
Nömrələr üçün 2 slot və yaddaş kartı üçün 1 slot mövcuddur, beləliklə, eyni vaxtda iki nanoSIM və microSD quraşdırıla bilər.
Redmi Note 9 dördlü kamera (kvadrokamera) 48Mp imkanlı fotosensor və f/1.79 optik diafraqmaya malikdir.
Gündüz vaxtı yüksək keyfiyyətli və rəngləri dəqiqliklə çatdıran fotoşəkillər etmək mümkündür.
Modulda həmçinin 8Mp ultra genişbucaqlı obyektivli (f/2.2) kamera, portret üçün 2Mp və makroçəkiliş üçün 2Mp kameralar quraşdırılmışdır.
Yaxşı işıqlanmada 13Mp ön kamera keyfiyyətli selfi-şəkillər etməyə malikdir.
Sensorlu ekran sürətlə və dəqiqliklə toxunuşlara cavab verir, bütün səthi yüksək həssaslığa malikdir. Arxa tərəfində yerləşən barmaq izi skaneri kilidin açılmasına cavabdehdir. Üz tanınması funksiyası da dəstəklənir.
5020 mAs böyük həcmli batareya dəstinə daxil olan sürətli enerji yığma cihazı ilə tam doldurulması üçün 2 saatdan az müddət tələb edir. Danışıq rejimində olduqda smartfon 33 saat davam edir.
Maxi.az internet mağazasında Xiaomi Redmi Note 9 3GB / 64GS Grey (boz) modelini əldə edə bilərsiniz. Nağd şəkildə və ya kreditlə / faizsiz taksitlə də ödəyə bilərsiniz. Sifarişin ödənilməsi və çatdırılması üçün bir neçə variantdan məhz sizin üçün ən uyğun olanı seçin. Sifarişlə bağlı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq kömək edəcəkdir. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə etmək mümkündür, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.