Xiaomi Redmi Note 7 4GB/64GB Black – Xiaomi brendinin ən rahat və funksional modellərindən biridir. 2019-cu istehsal ilinə baxmayaraq, smartfon indiki zamana qədər aktual və axtarılan bir modeldir.
Modelin displey ölçüləri 6,3 düym təşkil edir, üzərində “damla” formasında bir kəsməlidir. 2 dəfə daha bahalı smartfonlarda olan Qualcomm Snapdragon 660 platforması mövcuddur, həmçinin ikili 48Mp əsas kamerası və şüşə korpusu var. Büdcəli smartfon üçün olduqca bahalı parametrlərə malikdir.
Xiaomi Redmi Note 7 arxa paneli qara şüşədən istehsal edilmişdir. Ölçüləri: 159,2 x 75,2 x 8,1 mm. İdarəetmə – sağ qırağında iki düyməsi, arxa paneldə barmaq izi skaneri, 3,5 mm audio çıxış, USB Type-C mövcuddur. Barmaq izi skaneri sürətlə və problemsiz işləyir. Həmçinin üz tanınması funksiyasından da istifadə etmək mümkündür. Xiaomi Redmi Note 7 Android 9.0 Pie MİUİ 1.2 örtüyü ilə işləyir.
Söz edilən modelin displeyi – IPS. Öncə göstərildiyi kimi, ölçüləri 6,3 düym, formatı 19,5:9 təşkil edir.
Redmi Note 7 yüksək keyfiyyətli oleofob örtüyə malikdir. Bu o deməkdir ki, barmaq izləri ekrandan çox asanlıqla silinə bilər. Günəşli havada ekranda yüksək parlaqlıq rejimi qoşulur, beləliklə, oxunma problemləri tamamilə aradan qaldırılır. Ayarlarda rəng tonunu (soyuqdan istiyə qədər) tənzimləmək və rəng diapazonunu genişləndirmək olar.
Xiaomi Redmi Note 7 smartfonu aktuallığını itirməyən Qualcomm Snapdragon 660 platformasında işləyir. Qualcomm Snapdragon 660-da 2,4 Ghz tezliyi olan səkkiz Kryo 260 nüvəsi və takt tezliyi 850 Mhz olan Adreno 512 qrafik alt sistemi istifadə olunur. Əməliyyat sisteminin sürətlə işləməsi və əsas tədbiqlərin sürətlə və problemsiz qoşulması üçün gücü çatır. Smartfonun operativ yaddaşı 4 Gb, quraşdırılmış yaddaş həcmi isə 64 Gb təşkil edir. Həmçinin SİM-kart üçün ikinci slota 256 Gb qədər həcmi olan microSD yerləşdirmək mümkündür, çünki bu modeldə hibrid sistemindən istifadə edilir.
Smartfonda əsas kamera 48Mp, avtofokus + 5Mp, dərinlik göstəricisi, Dual-LED işıqlandırması, HDR və panorama mövcuddur. Portret rejimində arxa fon bulanıq olur və byutifikatoru işə salmaq olar. Kameranın gecə rejimi mövcuddur - bir neçə şəkil çəkdikdən sonra yüksək dinamik diapazonlu və az səsli bir fayla birləşdirir.
Redmi Note 7 akkumulyatorunun 4000 mAs həcmi var. Standart iş rejimi zamanı enerjisi 1 gün davam edir.
Beləliklə, modelin əsas üstünlükləri barədə bir daha:
Maxi.az internet-mağazasında Xiaomi Redmi Note 7 4Gb/64Gb Black (qara) modelini sifariş edə bilərsiniz. Ödəniş üsulları seçiminizdən asılıdır – birdəfəlik və ya kredit yaxud taksit ilə. Sifariş etdikdə hər hansı bir çətinlik olarsa, satış məsləhətçimiz hər zaman köməklik göstərməyə və çatdırlmanı təşkil etməyə hazırdır. Həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən Maxi.az dükanlar şəbəkəsində də bu modeli əldə edə bilərsiniz.