Xiaomi Redmi Note 10S smartfonunu 2021-ci ilin ən uğurlu modellərindən biri adlandırmaq olar. Redmi Note 10S yüksək sürət, keyfiyyətli kamera, həcmli yaddaş, rahat ölçü və formalara malikdir.
Xiaomi Redmi Note 10S korpusu plastikdən istehsal edilmişdir. Erqonomik forması sayəsində çox rahat şəkildə əldə saxlanılır. Barmaqlar güc və səs düymələrinə asanlıqla çatır. Smartfonun çəkisi 179 q təşkil edir. Lakin buna baxmayaraq, çəkisi hiss olunmur. Səs, qoşulma düymələri və barmaq izi skaneri cihazın sağ qərağında yerləşir. Modelin ölçüləri 16*7,5*0,7sm təşkil edir.
Model 6.43 düym diaqonala malik super AMOLED FHD+ ekran ilə təchiz edilmişdir.
Kameralar bloku əsas kamera 64Mp, genişbucaqlı 8 Mp, və həmçinin 2 Mp makro + 2 Mp dərinlik sensoru ilə təchiz edilmişdir. İstəyinizdən asılı olaraq, müxtəlif çəkiliş rejimlərindən birini seçmək mümkündür: foto/video/portret və s. Həm gündüz həm də gecə çəkilişləri eyni səviyyədə çox keyfiyyətli alınır. Gündüz şəkilləri çox gözəl olur – dolğün və parlaq rənglər, makro çəkilişlər zamanı arxa planın mülayim bulanıqlığı baş verir. Fokus sürətli və dolğundur. Xüsusilə 64 Mp rejimində yüksək dərəcədə detallaşma olur.
Xiaomi Redmi Note 10S modeli Mali-G76 MC4 qrafik çipli Helio G95 çipseti ilə işləyir. Wi-Fi ac(5) və Bluetooth 5.1 mövcuddur. Barmaq izi skaneri sürətli və dəqiq şəkildə toxunuşları tanıyır. Redmi Note 10S 4G LTE və NFC modulunu dəstəkləyir.
Model 5000 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir, 33 Vt sürətli enerji toplanmasını dəstəkəyir. Sosial şəbəkələrdən aktiv istifadə, bir neçə saat ərzində video izləmə, çoxsaylı zənglər, oyunlar və s. olduqda batareya bir gün davamlıdır. Daha az istifadə zamanı cihaz 1,5-2 gün enerji toplamadan işləyə bilər. Redmi Note 10S 30-35 dəqiqəyə 50% qədər sarj yığır. Tam enerji toplamasına 1,5 saat tələb olunur.
Smartfon keyfiyyətli stereodinamiklərlə təchiz olunmuşdur. Dinamiklər güclü və həcmli səsə malikdir. Əsas dinamik cihazın aşağı, köməkçi dinamik isə yuxarı hissəsində yerləşir.
Xiaomi Redmi Note 10S 6GB 128GB White (ağ) smartfon modelini Maxi.az internet-mağazasında asanlıqla əldə edə bilərsiniz, münasib qiymət isə alışınızı daha da xoş edəcək. Bir neçə ödəniş növləri (birdəfəlik nağd ödəniş, kredit və ya taksit) mövcuddur. Sizə ən uyğun olanı seçin və sifariş edin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.