Xiaomi Redmi 5 yuvarlaq bucaqlı və nazik çərçivəli smartfon modelidir. Ölçüləri 18:9 sm təşkil edir. Sistem düymələri virtualdır, bu o deməkdir ki, istifadəçi onların yerini dəyişə və hətta ekran üzərindən tam ləğv edə bilər. Korpusun kənarları və həmçinin yuxarı və aşağı hissələri plastikdən istehsal edilmişdir, mərkəzi hissəsində isə metal əlavəsi mövcuddur. İkili səs tənzimlənməsi düyməsi sağ tərəfdə, daha aşağıda - qoşülma/söndürülmə düyməsi yerləşir.
Redmi 5 modelinin ekranı Gorilla Glass şüşəsi ilə təchiz edilmişdir. Şüşə oleofob səth ilə örtülmüşdür, barmaqlar ekran üzərində asanlıqla sürüşür, izlər isə silinir. Smartfona IPS texnologiyalı 18:9 ölçülü 5.7 düym displey quraşdırılmışdır. Ekran imkanları HD+ (1440x720 nöqtə), 282 PPI, parlaqlıq - 450 nt təşkil edir. Rəng tonu tənzimlənməsi (isti, təbii, soyuq) və kontrastlıq (avtotənzimlənmə, yüksək, standart) nəzərdə tutulmuşdur.
Smartfon 12 Mp əsas kamera ilə təchiz edilmişdir, sayəsində gündüz şəkilləri mükəmməl alınır. Fotolar detallı və parlaq olur. 5Mp ön kamera ilə keyfiyyətli selfi şəkillər alınır. Xiaomi Redmi 5 maksimum keyfiyyətli FullHD video çarxlar çəkir.
Xiaomi Redmi 5 3300 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir. Enerji ilə tam dolu olduqda aktiv şəkildə istifadə edildikdə tam bir gün davamlı işləyir. Quick Charge 2.0 sürətli enerji cihazı dəstəklənir, bunun üçün QC sarj cihazını əldə etmək tələb olunur.
Redmi 5 telefonunun quraşdırılmış yaddaş həcmi 32Gb, operativ yaddaş isə 3Gb təşkil edir. Yaddaşı microSD köməkliyi ilə 128Gb qədər genişləndirmək imkanı var.
Smartfon səkkiz nüvəli Qualcomm Snapdragon 450 1.8 Hhz çipseti və Aderno 506 qrafik sistemi ilə işləyir.
Smartfonun sol kənarında iki nanoSim və ya bir nanoSim və bir microSD üçün hibrid slot yerləşir.
Xiaomi Redmi 5 3GB/32GB Dual SIM Gold (qızılı) modelini Maxi.az saytında çox asan və ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.