Xiaomi POCO X3 Pro dizaynında ən əsas xüsusiyyət – arxa qapağının yuxarı hissəsində yerləşən və dairə içərisində olan kameralar blokudur. Arxa tərəfinin aşağı hissəsində cəlbedici şrift ilə POCO loqosu əks olunmuşdur. Smartfon xromlanmış plastik çərçivə ilə örtülmüşdür, korpus kənarları yuvarlaqdır. Yığcam ölçülərə baxmayaraq, smartfon əldən sürüşmədən, tam rahatlıqla saxlanılır.
POCO X3 Pro 6,67'' IPS displey ilə təchiz edilmişdir. Selfi kamera və onun altında danışıq dinamiki mərkəzi hissədə yerləşir. Aşağı hissədə kiçik qara çərçivə mövcuddur. Displey smartfonu zədələrdən qoruyan Gorilla Glass 6 şüşəsi ilə örtülmüşdür. Ekran parlaq və dolğun rənglərə malikdir, yenilənmə tezliyi 120 Hz təşkil edir.
Korpusun sağ tərəfində çox rahat daktiloslopik sensor və səs idarəeməsi düymələri yerləşir. Həmçinin displeyə quraşdırılmayan mexaniki barmaq izi sensoru da mövcuddur. Sensor çox həssasdır, bütün toxunuşlara dərhal cavab verir. Qulaqlıqlar, TypeC, dinamik və mikrofon üçün girişlər korpusun aşağı hissəsində yerləşir.
Simkart slotu korpusun sol tərəfində yerləşir. Slot hibriddir – 2 Simkart və ya 1 Simkart və 1 yaddaş kartı yerləşdirilə bilər.
Xiaomi POCO X3 Pro modeli stereo səsə malikdir. İkinci dinamik mövcud olmasa da danışıq dinamiki onu tamamilə əvəz edir. Simli qarniturdan istifadə etmək və ondan anten kimi istifadə edərək radio dinləmək mümkündür.
Smartfon 4500 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir, tam bir gün aktiv istifadə üçün kifayətdir. Ehtiyatla istifadə etdikdə isə iki günə də uzadmaq mümkündür. Enerji ilə tam doldurulmasına 1 saat tələb olunur.
Smartfon MIUI Global 12.5.1 örtüklü LiquidCool Technology 1.0 Plus soyutma sistemli Qualcomm Snapdragon 860 prosesoru ilə təchiz edilmişdir. NFC sistemi ilə ödənişlər dəstəklənir.
POCO X3 48 Mp əsas və 20 Mp ön kameralar ilə təchiz olunmuşdur. Keyfiyyətli avtofokusa malikdir. Həmçinin yüksək səviyyəli makro çəkilişlər alınır. Ultra genişbucaqlı kamera kimi 8 Mp sensor istifadə olunur.
Xiaomi POCO X3 Pro 6GB 128GB Blue (göy) modelini Maxi.az tam saytında asanlıqla və ən optimal qiymətə sifariş edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.