Xiaomi POCO M3 Pro smartfonunun korpusu plastikdən istehsal edilmişdir, arxa panel parlaq və mat səthlərinin birləşməsidir. Bu dizayn üsulu cihaza daha maraqlı görünüş verir. Korpus üzərində həmçinin “POCO” loqotipi mövcuddur. Barmaq izi skaneri korpusun sağ kənarında yerləşən qoşulma və kilid düyməsinə quraşdırılmışdır.
POCO M3 6,5 düym ekran ilə təchiz edilmişdir. Standart parlaqlıq səviyyəsi 100 nit təşkil edir. Displey maksimum olan 90 Hz yenilənmə tezliyini dəstəkləyir. Bu cəhət oyun sevənlər üçün xüsusilə vacibdir.
Smartfon Poco M3 audio çıxış və FM-radio dəstəkləyir. USB 2.0 Type-C gırışı enerji yükləmə və kompüterə qoşulma üçün istifadə edilir. Telefon 2 sim kart dəstəkləyir, lakin hibrid slota malikdir: 2 nanoSİM və ya 1 nanoSİM və 1 microSD yerləşdirmək olar.
Poco M3 Pro 5G modeli MIUI 12 örtüklü Android 11 əsasında işləyir. Cihaz HD keyifyyətində məzmunu göstərməyə malik olan DRM Widevine L1 dəstəkləyir.
Poco M3 Pro smartfonu 5G və LTE, və həmçinin NFC modulunu dəstəkləyir. GPS, GLONASS, Galileo və BeiDou sistemləri məkanı təyin edirlər.
Xiaomi POCO M3 Pro smartfonunun Li-Po batareya həcmi 5000 mAs təşkil edir. Cihaz 18 Vt sürətli enerji toplamanı dəstəkləyir, dəstə 22,5 Vt adapter daxildir. Tam doldurulmasına 1 saat 45 dəqiqə tələb olunur.
Kamera bloku üç moduldan ibarətdir - əsas və iki köməkçi modullar. Əsas sensor olan 48 Mp OmniVision OV48B (f1/79) və 2 MP GalaxyCore GC02M1. Üçüncü sensor – 2 Mp Hynix Hi259 kamerasıdır (dərinlik göstəricisi sensoru). Xiaomi Poco M3 Pro 5G kamerası avtofokus ilə təchiz edilmişdir.
Xiaomi POCO M3 Pro 5G 4GB 64GB Black (qara) smartfonu əldə etmək üçün Maxi.az saytına keçid alın və ən münasib qiymətə asanlıqla sifariş edin. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerşələn mağazalarımızda da əldə edə bilərsiniz.