Smartfon Xiaomi POCO F3 korpusu cəlbedici göy rəngdə, arxa paneli toxunuşda xoş qabarıq səthlidir. Telefon yığcam ölçülərə malikdir, korpusu nazikdir və hər iki tərəfdən Gorilla Glass 5 qoruyucu şüşə ilə örtülmüşdür. IP53 dərəcəli nəm və tozdan qorunmaya malikdir. Kameralar bloku smartfonun arxa tərəfində quraşdırılmışdır. Korpusun sağ tərəfində ikili səs və qoşulma düymələri mövcuddur. Qoşulma düyməsi həmçinin barmaq izi skaneridir. Telefonun aşağı hissəsində 2 sim kart üçün slot və onunla yanaşı Type-C üçün giriş var.
POCO F3 Samsung brendinə məxsus AMOLED ekran ilə təchiz edilmişdir, ekran yağlanmayan oleofob örtüklə qorunur. Displey bütün rəng və çalarları əks etdirir, həmçinin 120Hz qədər yenilənmə tezliyinə malikdir. Bu növ yenilənmə səviyyəsi smartfonun məhsuldarlığına yaxşı təsir göstərir. Ekran çox parlaqdır, hətta günəşli havada belə rahatlıqla oxunur.
Poco F3 4520 mAs həcmli batareya ilə təchiz edilmişdir. 33Vt sürətli enerji toplamasını dəstəkləyir. 1 dəfə tam doldurulmasına 50 dəqiqə tələb olunur. Oyun rejimində 10 saata qədər fasiləsiz davamlı qalır, bu məqam da batareyanın yüksək gücünü nümayiş etdirir.
Smartfon Qualcomm Snapdragon 870 prosesoru ilə işləyir, MIUI 12 for POCO örtüklü Android 11 üzərində əsaslanır. Telefon hətta oyunlar və ya uzun müddətli video izləmə zamanı qızmır.
Faydalı və lazımlı funksiyalardan NFC, IR-ötürücü, sürətli GPS qeyd etmək olar, bunlardan əlavə 5G şəbəkəsi və Wi-Fi 6 versiyası da dəstəklənir.
Kameralar bloku üç moduldan ibarətdir: əsas 48Mp, ön 20Mp və genişbucaqlı 8Mp. Makrokamera yaxşı işıqlandırma şəraitində yüksək keyfiyyətli fotoşəkillər çəkməyə imkan verir. Əsas kamera - Sony IMX582 Exmor RS. Onun köməkliyi ilə flaqman səviyyəsində olmasa da aydın kadrlar əldə etmək mümkündür. Gecə rejimi çəkilişləri də yaxşı alınır. Ultrageniş kamera həndəsə və perspektivi nəzərə alaraq yüksək keyfiyyətli fotoşəkillər yaradır.
Xiaomi POCO F3 6Gb 128Gb Blue (göy) smartfonu əldə etmək üçün Maxi.az saytına keçin və ən optimal qiymətə sifariş edin. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.