Tecno Spark 6 böyük ekran, həcmli batareya və bu parametrlər ilə yanaşı çox münasib qiymətə malik bir smartfondur.
Tecno Spark 6 modeli qeyri-adi kameralar blokuna malikdir - korpusun üzərindən bir qədər kənara çıxan yuvarlaq formadadır, ön kamera yuxarı sol bucaqda yerləşir. Arxa panel Comet Black adlanan parlaq qara rəngdə, aşağı hissəsində diaqonal boyunca zolaqlı plastikdəndir. Ön panel qoruyucu plyonkalı yüksək keyfiyyətli şüşə ilə örtülmüşdür. Qoşulma və səs düymələri smartfonun sağ kənarında yerləşir. Sol tərəfdə isə iki nanoSİM və microSD üçün slotlar mövcuddur.
Böyük ekran Tecno Spark 6 modelinin ən əsas üstün xüsusiyyətlərindən biridir. Displeyin diaqonalı 6,8 düym təşkil edir! Ekranda IPS LCD texnologiyasından istifadə olunmuşdur, displey imkanları HD+ (1640×720 piksel) təşkil edir. Ekran keyfiyyətli rəng ötürülməsi, parlaqlıq və geniş baxış bucağına malikdir.
Tecno Spark 6 MediaTek-dən Helio G70 çipseti ilə işləyir. Çipset 8 nüvədən ibarətdir: 2 nüvə Cortex-A75 və 6 nüvə Cortex-A52. Telefonun operativ yaddaşı 4Gb, quraşdırılmış yaddaş həcmi isə 128Gb təşkil edir. Smartfonun sürətlə və dəqiq işləyir.
Smartfonun kameralar bloku 4 moduldan ibarətdir: 16Mp əsas kamera, 2Mp makrokamera, 2Mp dərinlik sensoru və QVGA. Kifayət qədər işıqlı şəraitdə çox aydın şəkillər alınır. Videoçəkiliş üçün də uyğun olan boke effekti də mövcuddur. HDR qoşulduğu halda ön kamera keyfiyyətli selfi çəkir, fotoşəkilləri quraşdırılmış filtrlər ilə bəzəmək mümkündür. Üzün hamarlanması, dəri tonunun dəyişilməsi və digər effektlər mövcuddur.
Smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılmışdır, funksiya çox sürətli və dəqiq şəkildə işləyir. Həmçinin yüksək işıqlandırma olan şəraitdə işləyən üz tanınması mövcuddur. Funksiyanı gecə vaxtı işlətmək üçün displeyin işıqlanmasını artırmaq kifayətdir.
Tecno Spark 6 5000 mAs həcmli batareya ilə təchiz edilmişdir. Bir tam doldurulması 2 gün intensiv şəkildə istifadəyə kifayət edir.
Tecno Spark 6 modelində həm danışıq həm də multimedia funksiyalarını yerinə yetirən bir dinamik quraşdırılmışdır. Dirac texnologiyası səs səviyyəsini artırır. Telefon Wi-Fi 5, Bluetooth 5.0 və A-GPS dəstəkləyir.
Tecno Spark 6 4Gb/128Gb Comet Black (qara) modelini əldə etmək üçün Maxi.az saytına keçin və ən münasib qiymətə sifariş edin. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.