2020-ci ilin modeli Samsung Note 20 Ultra bizə nə təklif edir?
Əsas və ən maraqlı üstünlükləri – bronz rəgdə minimalistik dizaynlı metal korpus, incə detallar və Corning Gorilla Glass möhkəm qoruyucu şüşə. Əlbəttə ki, yenilənmiş S Pen qələmini də unutmayaq. Modelin diaqonalı 6,9 düym təşkil edir, əldə rahat şəkildə tutulur, iş və əyləncələr üçün geniş imkanlar yaradır. Galaxy Note 20 Ultra qeydləri mətnə, mətni isə PowerPoint təqdimatına çevirmək imkanı verir. Bircə toxunuşla yazıları daha səliqəli etmək olar – S Pen əl yazısını oxunaqlı və səliqəli edərək "düzləşdirir".
Note 20 Ultra modeli eyni anda iki ekrandan istifadə etməyə imkan verir – “qoşulma” menyusu və ya tapşırıq paneli vasitəsilə mobil proqramlar birbaşa kompüterdə açılır. Tez qoşulma və sürətli məhsuldarlığa malik bir smartfondur. Galaxy Note 20 Ultra yüksək sürətli yüklənmə və striminq təmin edir. 5x optik zum və ultra yüksək imkanlı 50x zum mövcuddur.
Galaxy Note 20 Ultra ön kamerası 10Mp-dir, avtofokusu (dual-pixel) dəstəkləyir. Gündüz vaxtı selfi şəkillərinin keyfiyyəti yaxşı səviyyədədir, həmçinin saniyədə 60 kadr olmaqla 4K imkanlı videoçəkiliş edir.
Arxa paneldə yerləşən üçlü kamera 108 Mp fotosensora malikdir. Gündüz vaxtı çəkilən fotolar yüksək keyfiyyətdə alınır, lakin gecə vaxtında da qabaqcıl proqram alqoritmləri sayəsində layiqli keyfiyyəti saxlayır.
Maksimum aydın və detallı 8K imkanlı video çəkib və smartfonda da onu redaktə etmək mümkündür. Yenilənmiş Samsung DeX ikinci ekrana naqilsiz qoşulmaq imkanını verir. Xüsusi DeX interfeysi vasitəsilə foto və videolara baxmaq üçün monitor və ya televizora qoşula və smartfonunuzdan istifadə etməyə davam edə bilərsiniz.
Galaxy Note 20 Ultra 4500 mAs həcmli akkumulyatora malikdir – həcminin böyüdülməsi avtonom işləməsinə təsir etmişdir. Dəstə ultra yüksək sürətli 25Vt güclü enerji yükləmə cihazı daxildir.
Təkmilləşdirilmiş tanıma texnologiyası foto və videoları dostlarla daha asan və daha sürətli paylaşmağa imkan verir. Fayllarla paylaşmaq üçün telefonu dostunuz tərəfə çevirmək kifayətdir.
Samsung Note 20 Ultra smartfonunun yaddaş həcmi 256 Gb təşkil edir. 1 Tb qədər yaddaş kartını dəstəkləyir və exFAT fayl sistemi ilə işləyə bilir.
Galaxy Note 20 Ultra müasir Android 10 və üzərində quraşdırılmış OneUI 2.5 firma örtüklü sistem ilə işləyir.
S Pen stilus Galaxy Note smartfonlar seriyasının unikal üstünlüyüdür. 4096 təzyiq səviyyəsi hələ də tanınır və ucu 0,7 mm qalınlığındadır. Stilusun yeni versiyası təkmilləşdirilmiş avtonomluğu ilə 24 saata qədər işləyir (əlavə funksiyaları Bluetooth vasitəsilə işləyir). Əl yazısı mesajlar yaratmaq üçün istifadə edilə bilər - smartfon yazıları dərhal mətnə çevirir. Ekran sensoru eyni anda 10 toxunuşa reaksiya verir və çox dəqiq işləyir. Korpus çox keyfiyyətli Corning Gorilla Glass Victus oleofob örtüyünə malikdir. Displeydə quraşdırılmış barmaq izi skaneri telefonun kilidini tez açır. Üz tanınması funksiyası da mövcuddur.
Maxi.az onlayn mağazasında Samsung Galaxy Note 20 Ultra 256Gb Bronze (bronz) smartfonunu münasib qiymətlə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.