Samsung Galaxy A52 adekvat qiymət/keyfiyyət nisbətini axtaran və telefonu bir neçə il işlətməyə əldə edənlər üçün ən uyğun modeldir. Smartfonda sözün əsl mənasında keyfiyyətli cihazdan istifadə edərkən həzz almaq üçün bütün xüsusiyyətlər mövcuddur.
Galaxy A52 üzərində barmaq izləri saxlamayan mat korpusa malikdir. A52-də istifadə edilən material – glastic (glass və plastic sözlərinin kombinasiyası). Karbon lifi ilə gücləndirilmiş, mexaniki təsirlərə olduqca davamlı plastikdir. Cihazın ölçüləri - 159.9 x 75.1 x 8,4 mm, çəkisi – 189 qr təşkil edir.
Model bu seqmentə uyğun olan düz səthli ekrana malikdir. Ekrana quraşdırılmış barmaq izi skaneri mövcuddur, ekran sönük olduqda da skaner basdıqda reaksiya verir. Bundan əvvəl istehsal edilmiş Galaxy A51 modeli ilə müqayisədə skanerin iş sürəti və dəqiqliyi daha yüksəkdir. Həmçinin üz tanınması funksiyası da var və keyfiyyətli şəkildə işləyir. Sağ yan tərəfdə ikili səs düyməsi və qoşulma/söndürülmə düyməsi mövcuddur.
Ekran ölçüləri: 6,5 düym, 1080x2400 piksel (20:9), 90 Hz, SuperAMOLED, 405 ppi. Bunlardan əlavə parlaqlığın avtomatik tənzimlənməsi, AlwaysOn Display, Corning Gorilla Glass 5 mövcuddur. Kamera ekrana quraşdırılmışdır. AlwaysOn Display – ekran üzərində saat və ya şəkil, bildiriş işarələrini görmək və tədbiqlərə tez keçmək imkanıdır. Ekranda rəng parametrlərini dəyişmək olar. Displey günəşli havada yaxşı oxunur, parlaqlığı istənilən əməliyyat üçün kifayət edir. Sudan qorunma funksiyası mövcuddur.
Yuxarı hissəsində iki nanoSİM-kart və microSD üçün slotlar var. Slotlar kombinə edilmiş deyil, beləliklə 2 nömrə və yaddaş kartından eyni zamanda istifadə etmək olar. İki mikrofon və küçə, klub və digər şəraitlər üçün səsboğucu sistem mövcuddur. Bu nüanslar əvəzolunmazdır və belə hallarda cihaz öz işini mükəmməl şəkildə yerinə yetirir.
Smartfonun quraşdırılmış Li-Ion akkumulyator həcmi 4500 mAs təşkil edir, sürətli enerji yığımına malikdir. Sürətli şarj ilə 75 dəqiqə ərzində 100 % enerji toplayır.
Galaxy A52 modelində Snapdragon 720G çipseti (texniki norması 8 nm), 2.3 HHz tezliyə qədər iki nüvəli Cortex A-76, 1.8 HHz tezliyə qədər altı nüvəli Cortex-A55, qrafika Adreno 618 istifadə edilir.
Galaxy A52 iki diapazonlu Wi-Fi malikdir, sürətli məlumat ötürmə üçün VHT80 dəstəklənir. Bluetooth versiyası - 5.0, NFC mövcuddur (Samsung Pay/Google Pay).
Samsung Galaxy A52 dörd kamera ilə təchiz edilmişdir. Ikisi müxtəlif bucaqda görünüş, biri – makroçəkiliş və dördüncü kamera - fonun süni bulanması (dərinlik göstəricisi) sisteminin düzgün işləməsi üçün cavabdehdir. Əsas modul faza aşkarlayan avtofokus, ekvivalent fokus uzunluğu 26 mm və f / 2.0 aperturası olan obyektiv və optik stabilizatorlu 64 Mp sensor əsasında işləyir.
İkinci kamera geniş baxış bucağına cavabdehdir: bu kamerada 12 meqapiksellik sensorlu modul və 123 dərəcə baxış bucağı təmin edən f/2.2 aperturalı optikadan istifadə edilir. İkiqat zum Pro, AR Emoji və digər effektlər mövcuddur. Ön və əsas kameralar üçün yeni rejim – Snapchat-dan götürülmüş effektlərdir. “Şən” (Fun) rejimində daimi və həmçinin hər həftə yenilənən filtrlər mövcuddur.
Model Android 11 və OneUI 3 (ən yeni və ən mükəmməl interfeys versiyası) ilə işləyir.
Cihazda verilişləri yazmaq imkanı olan quraşdırılımış radio var. Qulaqlıqlar anten kimi işləyə bilir. Standart əlavələr: kalkulyator, fayl meneceri, diktofon və smartfonla rahat işləmək üçün digər tədbiqlərlə təqdim edilir. Bixby ssenariləri – Samsung-un səs köməkçisi də mövcuddur.
Maxi.az internet-mağazasında Samsung Galaxy A52 4Gb 128 Gb Black (qara) modelini əldə edə bilərsiniz. Münasib qiymət birdəfəlik ödənişlə əldə etmək imkanını verir. Kredit və ya faizsiz taksit üsullarını da seçə bilərsiniz. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.