Galaxy A22 modelinin korpusu qara rəngdədir, arxa qapağının səthi üzərində gün işığında hərəkətli naxış mövcuddur. Smartfonun ölçüləri 159.3 x 73.6 x 8.4 mm, çəkisi isə 186 qr təşkil edir. Model yaxşı erqonomikaya malikdir, əldə rahat saxlanılır. A22-nin ekran səthi yastıdır, sağ tərəfində barmaq izi skaneri mövcuddur. Üz tanınması funksiyası yüksək səviyyədədir. Həmin funksiya sürətləndirilmiş və normal tanınmadan istifadə edir, onu foto və ya video ilə aldatmaq mümkün deyil.
Səs, qoşulma/söndürülmə düymələri (barmaq izi sensoruna quraşdırılmışdır) sağ kənar tərəfində yerləşir. Sol tərəfdə - iki nanoSİM və bir microSD yaddaş kartı üçün slot mövcuddur. Slot hibrid deyil, bu o deməkdir ki, eyni zamanda iki nömrə və bir yaddaş kartından istifadə etmək mümkündür.
Samsung Galaxy A22 6.4 düym diaqonalı olan SuperAMOLED Corning Gorilla Glass 5 ekranı ilə təchiz edilmişdir, yeniləmə tezliyi 90 Hz, sıxlığı isə 720х1600 piksel təşkil edir (20:9). Avtomatik parlaqlıq tənzimlənməsi 600 nit qədər artırıla bilər.
Ekran üzərində saat, fon şəkli, bildiriş nişanlarını görmək və istənilən tədbiqə sürətlə keçid almaq üçün AlwaysOn Display funksiyası mövcuddur. Ekran parlaqlığı bütün məzmunu hətta günəşli havada da görməyə imkan verir.
Telefon 5000 mAs həcmli Li-Ion batareysaı ilə təchiz edilmişdir. Akkumulyator sürətli enerji toplamanı dəstəkləyir, dəstə 15 Vt gücü olan sarj cihazı daxildir. Adi istifadə zamanı enerjisi iki günə kifayət edir. Batareyanın tam doldurulması üçün 75-80 dəqiqə tələb edilir.
Samsung А22 iki ədəd 2 HHz tezlikli Cortex A75, 6 ədəd 1.8 HHz tezlikli Cortex A55 nüvəli və Mali G52 MС2 qrafikası olan MediaTek Helio G80 çipseti ilə işləyir.
Smartfon 13 Mp ön, 48 Mp əsas kameralar ilə təchiz edilmişdir. Pro, AR Emoji və digər effektlər mövcuddur. Ön kamera boke və digər əlavə effektləri yarada bilir. Əsas kamera avtofokus və optik sabitləşməyə malikdir. Bundan əlavə 12 Mp rejimdə çalışa bilir (hərəsi 4 ədəd olaraq piksellər birləşir).
Model Android 11 və OneUI 3 ilə işləyir, interfeysin bu versiyası çeviklik və seçimlər baxımından ən yaxşılardan biridir.
Samsung Galaxy A22 4GB 64GB Black (qara) smartfon modelini əldə etmək arzusundasınız? O halda hər şey çox asan - Maxi.az saytına keçid alın, modeli münasib qiymətə sifariş edin. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.