A seriyasının büdcəli seqmentinə aid olan bu model 2020-ci ilin sonunda bazara daxil olmuşdur. Telefonun istehsalı zamanı Samsung mühəndisləri flaqman elementlərinin mövcudluğuna üstünlük vermişlər. Məsələn, genişbucaqlı modullu 48Mp kamera, NFC modulu, quraşdırma keyfiyyəti.
Galaxy A12 korpusunun ön hissəsi cəlbedici üçtərəfli çərçivə ilə bəzədilmişdir. Səs düyməsi korpusun sağ tərəfində, daha aşağı hissədə isə eyni anda barmaq izi skaneri olan qoşulma/söndürülmə düyməsi yerləşir. Mikrofon üçün giriş telefonun yuxarı, USB Type-C girişi isə aşağı hissəsində yerləşir. Cihaz 16,4 х 7,5 х 0,8 sm təşkil edən kifayət qədər iri ölçülərə malikdir, çəkisi isə – 205 qr.
Samsung Galaxy A12 modeli 6,5 düym diaqonalı olan TFT displey ilə təchiz edilmişdir. 1600x720px imkanlı ekran 60Hz yenilənmə tezliyinə malikdir. Displey kifayət qədər parlaqdır və öz qiymət seqmentinə uyğun olan 16 mln.rəng əhatə edən yüksək rəng reproduksiyasına malikdir. Parlaqlıq tənzimlənməsi, görmə rahatlığı funksiyaları mövcuddur.
Smartfon A12 4 moduldan ibarət olan kameralar bloku ilə təchiz edilmişdir: əsas 64Mp, genişbucaqlı 5Mp, dərinlik sensoru 2Mp və makrokamera 2Mp. Həmçinin 8Mp imkanlı ön kamera da mövcuddur. Samsung Galaxy A12 ilə HD və Full HD videoçəkilişlər mümkündür.
Telefon 64Gb quraşdırılmış yaddaş həcminə malikdir. Ehtiyac olduqda həcmi yaddaş kartı köməkliyi ilə genişləndirmək mümkündür.
Smartfon 5000 mAs həcmli akkumulyator ilə təchiz edilmişdir, sürətli enerji toplama dəstəklənir. Batareyanın birdəfəlik doldurulması iki gün aktiv istifadə üçün yetərlidir. Sürətli şarj ilə telefon 1,5-2 saat ərzində 100% qədər enerji ilə dolur.
А12 One UI Core örtüklü Android 11 ilə işləyir. Smartfon səkkiz nüvəli Cortex A53 prosesoru ilə təchiz edilmişdir, sayəsində bütün tədbiqlər ləngimədən, tam sürətli şəkildə işləyir.
Samsung Galaxy A12 4Gb 64Gb Blue (göy) smartfonunu əldə etmək üçün Maxi.az saytına keçid alıb çox münasib qiymətə sifariş edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.