Modelin ən vacib yeniliklərindən biri çip-üzərində-sistemdir (SoC) – cihazın funksiyalarını həyata keçirən və inteqral sxemi üzərində qurulmuş bir sistemdir. Bundan əlavə Apple Touch ID və ya 3D Touch funksiyalarından istifadə etmiş və əsas kameranı təkmilləşdirmişdir.
10-cu kateqoriya LTE-Advanced modemi sayəsində iPhone 7 modeli qəbul və ötürmə üçün 450 və 100 Mbit/s qabiliyyətini təmin edir. Model Qualcomm MDM9645M baseband-çipi ilə təchiz edilmişdir, çip 12-ci kateqoriyalı LTE-A dəstəkləyir.
iPhone 7-nin dizaynı sayəsində Apple bu smartfonu unibody adlandırmışdır, çünki şüşə və alüminium arasındakı sərhəd demək olar ki, fərqlənmir. 138.3 x 67.1 x 7.1 sm ölçülü iPhone 7 32GB Black modeli qara incə korpusa malikdir. Əsas kameranın obyektivi arxa panel üzərində bir qədər qabarıqdır və zərif yüksəlişlə əhatə olunmuşdur. Əsas kameranın obyektivi və əsas düymənin sensoru sapfir şüşə ilə örtülmüşdür. Əsas düymə əslində Force Touch sensorudur, ona edilən hər bir toxunuş mükəmməl şəkildə və yüksək tezlikdə işləyir.
Geniş rəng əhatəsi olan keyfiyyətli ekran iPhone 7-nin ən vacib üstünlüklərindən biri sayılır. iOS qlobal rəng korreksiyası sistemi quraşdırılmışdır: bütün görüntülər rəng profilinə uyğun olaraq göstərilir. Ekran imkanları 1334 x 750 piksel təşkil edir.
Əsas kameranın imkanı 12, frontal kameranın isə 7 Mp təşkil edir. iPhone 7 modeli ixtisaslaşmış İSP malikdir, hansı ki təsvirin emalını həyata keçirir.
iPhone 7 korpusunun yuxarı hissəsində tam bir səsgücləndirici kimi işləyən danışıq dinamiki mövcuddur. Aşağı dinamiklə birlikdə danışıq dinamiki stereorejimdə çalışır. Apple naqilsiz interfeysi audiocihazların qoşulması üçün bir vasitə kimi istifadə edir.
iPhone 7-nin batareya həcmi 1960 mAs təşkil edir. Enerji 100 % olduqda 3G şəbəkəsində 14 saatlıq ünsiyyət və ya 12 saat ərzində internetdən intensiv şəkildə istifadəyə kifayət olur.
İPhone sevənlərə Maxi.az saytına daxil olaraq iPhone 7 32GB Black (qara) modelini ən münasib qiymətə sifariş etmək kifayətdir. Birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlə ödəmək imkanlarından faydalanın. Sizə ən uyğun ödəniş və çatdırılma üsulunu seçin. Sifariş etdikdə çətinlik olarsa, satıcı mütəxəssisimiz sizə köməklik edər. Bu modeli Maxi.az mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz, filiallarımız Bakı və Sumqayıt şəhərlərində yerləşir.