Hamımız Apple-dan yenilikləri gözləyirik. Və iPhone 13 Pro istisna deyil. 2021-ci ilin sentyabr ayında satışa buraxılan bu model flaqman smartfonlarını sevənlər arasında əsl bestsellerə çevrilmişdir.
Eleqant model cazibəli Sierra Blue mavi rəngində istehsal edilmişdir, şüşə panelləri dəbli çərçivə ilə bəzədilmişdir. Arxa tərəfi mat səthə malikdir, barmaq izlərinə qarşı davamlıdır. Flaqmanın ölçüləri 146,7×71,5×7,65 mm təşkil edir. Öncəki versiyadan fərqli olaraq iPhone 13 Pro daha ağır çəkiyə malikdir, 204 qr. Telefon hər zamanki kimi, erqonomikdir, əldə rahat şəkildə saxlanılır.
Telefon IP68 standartlı su və toza davamlı qorunmanı dəstəkləyir.
iPhone 13 Pro keyfiyyətli Super Retina XDR ekranı ilə təchiz edilmişidir, diaqonalı 6,1 düym təşkil edir. Ekran 2532×1170 piksel imkanlarına malikdir (460 ppi). Modelin yenilənmə tezliyi 120 Hz təşkil edir. iPhone 13 Pro displeyi Apple Ceramic Shield qoruyucu şüşə ilə örtülmüşdür.
iPhone 13 Pro Face ID kamera sistemi olan TrueDepth texnologiyası ilə təchiz edilmişdir. Həmin texnologiya sayəsində istifadəçilər smartfonun kilidini aça və həmçinin Apple Pay vasitəsilə zəruri ödənişləri həyata keçirə bilərlər.
Smartfon Apple iPhone 13 Pro yüksək səviyyəli səsə keyfiyyətinə malikdir, hətta səs-küylü şəraitdə belə danışıqlar aydın şəkildə eşidilir. Səsboğucu sistem və səs ötürülmə hər zamanki kimi yüksək səviyyədədir. Həmçinin stereosəs dəstəklənir, bütün səs tezlikləri aydın eşidilir, musiqi dinləmək xüsusi zövq verir. Simli qulaqlıqar üçün giriş mövcud deyil, bu səbəbdən yalnız naqilsiz qulaqlıqlardan istifadə etmək mümkündür.
iPhone 13 Pro A15 Bionic prosesoru ilə təchiz edilmişdir, qrafikası 5 nüvəlidir. Telefon 128Gb yaddaş həcmi ilə təchiz edilmişdir, genişləndirmək üçün 1Tb qədər yaddaş kartı yerləşdirmək mümkündür. Wi-Fi 6, Bluetooth 5.0, naviqasiya sistemləri, NFC, Ultra Wideband dəstəklənir.
iPhone 13 Pro modelinin kameraları: əsas genişbucaqlı 12Mp, ultragenişbucaqlı 12Mp, telefoto 12Mp və 3-dat optik zum. Photographic Styles (fotoçəkiliş üçün) və Cinematic Mode (videoçəkiliş üçün) çəkiliş rejimləri mövcuddur. Bütün kameralarda gecə çəkilişi rejimi işləyir.
Smartfon 3095 mAs həcmli batareya ilə təchiz edilmişdir, 23Vt sürətli enerji toplama dəstəklənir, cəmi 30 dəqiqə ərzində 50% qədər enerji yığır.
Maxi.az onlayn mağazasında “Telefonlar, planşetlər və qadcetlər” bölməsində iPhone 13 Pro Sierra Blue modelini ən optimal qiymətə əldə edə bilərsiniz. Birdəfəlik ödəniş və ya taksit/kredit üsulları ilə ödənişlər mümkündür, sizə ən uyğun olanı seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir. Bu modeli həmçinin Bakı və Sumqayıt şəhərlərində yerləşən mağazalarımızda da əldə edə bilərsiniz.